Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Tiraspol" FK — Moldovanın Tiraspol şəhərini təmsil edən peşəkar futbol klubu. Hazırda Moldova çempionatında oynamaqdadır.

Tiraspol FK

  • Ana Səhifə
  • Vikipediya
  • Tiraspol FK

"Tiraspol" FK — Moldovanın Tiraspol şəhərini təmsil edən peşəkar futbol klubu. Hazırda Moldova çempionatında oynamaqdadır.

Tiraspol FK
FC Tiraspol
Loqonun şəkli
Klubun tam adı Tiraspol Futbol Klubu
Ölkə
  •  Moldova
Rəng(lər)          yaşıl-qırmızı
Yaranma tarixi Konstruktorul Kişinyov (1992)
Tiraspol (2001)
Bağlama tarixi 2015
Stadionu Şerif stadionu
Prezidenti Viktor Tulba
Baş məşqçisi Lilian Popescu
Liqa Moldova çempionatı
2013-14 2
Ev forması
Səfər forması
Rəsmi saytı

1992-ci ildə "Konstruktorul Kişinyov" adı ilə qurulmuşdur. 1996-cı ildə Moldova çempionatına yüksəlmişdir və 1997-ci ildə Moldova çempionatının qalibi olmuşdur. 1996-cı ildə və 2000-ci ildə Moldova kubokunu qazanmışdır. Klub 2001-ci ildə Tiraspola köçəndən sonra Çorburçi qəsəbəsində iqamət etməyə başlamışdır. Dnestryanı Respublikasını təmsil etsə də Moldova çempionatında çıxış edir.

Mündəricat

Tarixi

Konstruktorul Kişinyov

Klub 1992-ci ildə Konstruktorul Kişinyov adı Moldovanın paytaxtı Kişinyovda ilə qurulmuşdur. 1996-cı ildə klub Moldova çempionatına yüksəlmiş və Moldova kubokunun finalında "Tiliqul Tiras"ı 2:1 məğlub etmişdir. Növbəti mövsüm isə şəhərin digər komandası "Zimbru" Kişinyovun 6 ardıcıl çempionluğundan sonra Moldova çempionu olmuşdur. Bu zəfərdən sonra klub ilk dəfə UEFA Çempionlar Liqasında çıxış etmiş, amma 1997–98 mövsümünün ilk seçmə mərhələsində Çexiyanın "Slaviya" Praqa klubuna ümumilikdə 3:4 məğlub olmuşdur. 2000-ci ilin 24 mayında Moldova kubokunun finalında "Zimbru"nu 1:0 məğlubiyyətə uğratmışdır.

Klub bu dövrdə UEFA Kubokunda da çıxış etmişdir. 2000-ci ilin sentyabrında Konstruktorul Kişinyov Bolqarıstanın ÇSKA Sofiya klubuna qarşı oyunda təhlükəsizlik tədbirlərinin pozulmasına görə 1 il avrokuboklardan kənarlaşdırılmışdır.

Dnestryanı

2001–02 mövsümündən qabaq klub Dnestryanı Respublikasının paytaxtı Tiraspol yaxınlığndakı Çorburçi qəsəbəsinə köçmüşdür və adını "Konstruktorul Çorburçi" olaraq dəyişdirmişdir. Daha sonra Tiraspol şəhərinə yerləşmişdir. Kişinyov şəhərini tərk edəndən bəri klub nə çempionluq, nə də ki kubok qazanmışdır.

Ən böyük uğurunu 2004–05 mövsümündə UEFA Kubokunda qazanmışdır. "Tiraspol" növbəti mərhələdə Ukraynanın "Metallurq Donetsk" klubu tərəfindən ümumilikdə 1:5 məğlub edilənə qədər Ermənistanın "Şirak" klubunu iki oyuna əsasən 4:1 udmuşdur.

Statistika

Mövsüm Liqa Yer O Q H M VQ BQ X Kubok Avropa Qeydlər
1994–95 2D ¼ final Keçdi
1995–96 1D 3 302424 711674 Qalib
1996–97 1 302631 821081 1 KK1-ci mərhələ
1997–98 3 261736 543254 Final ÇL1-ci mərhələ
1998–99 2 261565 301351 Final ÇLseçmə mərhələ
1999–00 3 3618117 522365 Qalib UKseçmə mərhələ
2000–01 4 281099 303039 Yarımfinal UKseçmə mərhələ
2001–02 4 2810711 364239 Final
2002–03 5 247512 273826 Yarımfinal İK1-ci mərhələ
2003–04 4 281297 322245 ¼ final
2004–05 4 281288 412344 ¼ final UK2-ci mərhələ
2005–06 3 288137 242137 ¼ final
2006–07 5 36101610 373246 Yarımfinal İK3-cü mərhələ
2007–08 4 301677 362155 Yarımfinal
2008–09 7 309516 303632 Yarımfinal İK2-ci mərhələ
2009–10 9 3381015 203434 ¼ final
2010–11 7 3917616 574557 ¼ final
2011–12 6 33101211 363242 ¼ final

Uğurları

  • Moldova çempionatı (1): 1996–97.
  • Moldova kuboku (3): 1996, 2000, 2013.
  • Moldova 2-ci divizyonu (1): 1995
  • Moldova 3-cü divizyonu (1): 1994

Avropada çıxışı

UEFA Çempionlar Liqası
Mövsüm Mərhələ Rəqib Ev Səfər Ümumi
1997–98 1 Belarus Slaviya Mozir 1–1 2–3 3–4
UEFA Avropa Liqası
Mövsüm Mərhələ Rəqib Ev Səfər Ümumi
1999–00 1 Macarıstan Ferentsvaroş 1–1 1–3 2–4
2000–01 1 Bolqarıstan ÇSKA Sofiya 2–3 0–8 2–11
2004–05 1 Ermənistan Şirak 2–1 2–0 4–1
2 Ukrayna Metallurq Donetsk 1–2 0–3 1–5
2013–14 1 Latviya Skonto 0–1 1–0 1–1 (2–4 p.)
2014–15 1 Azərbaycan İnter Bakı 2–3 1–3 3–6
UEFA İntertoto Kuboku
Mövsüm Mərhələ Rəqib Ev Səfər Ümumi
2002 1 Çexiya Slovaçko 0–0 0–4 0–4
2006 1 Azərbaycan Mil-Muğan 2–0 0–1 2–1
2 Polşa Lex Poznan 3–1 1–0 4–1
3 Avstriya Rid 1–1 1–3 2–4
2008 1 Ermənistan Mika 0–0 2–2 2–2 (səfər.)
2 Ukrayna Tavriya 0–0 1–3 1–3
UEFA Kuboklar Kuboku
Mövsüm Mərhələ Rəqib Ev Səfər Ümumi
1996–97 1 İsrail Hapoel Rişon LeZiyon 1–0 2–3 3–3 (səfər)
2 Türkiyə Qalatasaray 0–4 0–1 0–5
1998–99 1 Sloveniya Rudar Velenjye 0–2 0–0 0–2

Heyət

1 mart 2015-ci ilə olan məlumata əsasən

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Ukrayna GK Oleksandr İlyusşenkov
3 İspaniya DF Erik Barroso
4 Serbiya MF Mihaylo Çakiç
5 Moldova DF Andrey Noviçov
7 Ukrayna MF Yevhen Zariçnyuk
8 Ukrayna MF Serhiy Şapoval
9 Moldova FW George Ovseaniçov
10 Moldova FW Oleq Molla
11 Moldova FW George Boqiv
12 Moldova GK Vladimir Livşit
14 Moldova MF Vadim Rata
15 Bolqarıstan FW Georgi Karaneyçev
Nömrə Ölkə Mövqeyi Futbolçu
16 Ukrayna DF Oleh Yermak
17 Moldova MF Valentin Birdan
19 Moldova DF Sergey Mokanu
20 Moldova MF Aleksandru Qrasu
21 Moldova FW Sergey Alexeyev
22 Moldova DF Andrey Makritçii
23 Moldova MF Viktor Bulat
24 Moldova MF İqor Poyarçov
25 Moldova GK Aleksey Koșelev
27 Moldova MF Vadim Bolohan
28 Moldova FW Artyom Puntus (Şerifdən icarə)
77 Ukrayna DF Kirilo Sidorenko

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tiraspol FK haqqında məlumat. Tiraspol FK nədir? Tiraspol FK nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Kakadu

  • Fevral 27, 2026

    Pirojna

  • Mart 01, 2026

    Anons

  • Fevral 27, 2026

    Aşağı Saksoniya

  • Fevral 27, 2026

    Baft şəhristanı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst