Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Namık İsmail (türk. Namık İsmail; 1890, Samsun, Trabzon vilayəti – 30 avqust 1935, İstanbul) — Türkiyə rəssamı.

Namiq İsmayıl

  • Ana Səhifə
  • Vikipediya
  • Namiq İsmayıl

Namık İsmail (türk. Namık İsmail; 1890, Samsun, Trabzon vilayəti – 30 avqust 1935, İstanbul) — Türkiyə rəssamı.

Namık İsmail
Doğum tarixi 1890(1890)
Doğum yeri
  • Samsun, Trabzon vilayəti, Osmanlı imperiyası
Vəfat tarixi 30 avqust 1935(1935-08-30) (44–45 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti rəssam
Təhsili
  • Qalatasaray liseyi
Üzvlüyü
  • Osmanlı Rəssamlar Cəmiyyəti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Uşaqlıq illəri

Kənd evi (1911)

Namık İsmail 1890-cı ildə Türkiyənin Samsun şəhərində anadan olub. Atası Altunizadə İsmail Zühtü bəy, anası Amasiyalı Yeğenzadə Hüsnü bəyin qızı Bakiyə xanımdır. İsmail anadan olduqdan az bir vaxt sonra ailəsi ilə birlikdə İstanbula köçür. İlk təhsilə 1896-cı ildə Kabataşda yerləşən "Şemsülmekatip"də başladı; daha sonra Beşiktaşdakı "Hamidiye" məktəbində təhsilini davam etdirdi. Rəsim müəllimi Arslanyanın tələbəsi oldu və məktəbi ikinciliklə bitirdi. Saint Benoit Litseyində oxudu. Qalatasaray Litseyi yanğın sonrası yenidən açılınca, Tofiq Fikrətin müdirliyi sırasında bu litseyi bitirərək orta təhsilini tamamladı. Rəsim müəllimi Şevket Dağdan fərdi rəsim dərsləri aldı.

Gənclik illəri

Emalatxanada

Namık İsmailın atası təhsilini artırması üçün onu Parisə göndərdi. 1911-ci ildə Parisdə Julian Akademiyasında, sonra Fernand Cormon Atelyesində rəsim öyrənməyə davam etdi. 1914-cü ildə tətil zamanı İstanbula döndü. Birinci Dünya müharibəsi başlaması səbəbindən İstanbulda qaldı.

1917-ci ildə Ənvər Paşanın Şişlidə qurduğu atelyedə İbrahim Çallı, Hikmət Onat, Ruhi Arel, Sami Yetik, Əli Camal, Əli Sami Boyar kimi rəssamlarla birlikdə savaş rəsimləri çəkdi. Rəsim əsərləri Qalatasaray Sərgisində xalqa göstərildikdən sonra Viyana və Berlində sərgilənmələri üçün, Cəlal Əsad Arsevenlə birlikdə Berlinə getdi. 1917-ci ilin iyun ayında Qalatasaraylılar Yurdunda açılan serginin təşkilində əməyi olan insanlardan biri olan Namık İsmaila bu xidmətinə görə, "Alamet-i mahsusalı gümüş Hilal-ı Ahmer" medalı verildi. Bu rəsimlərin Berlində sərgisi zamanı vətənə dönməyərək, bir müddət Lieberman və Corinth atelyelərində çalışdı. İstanbula döndükdən sonra bir müddət Qazi Osman Paşa orta məktəbində rəsim müəllimi işlədi. İtaliyaya getmək üçün ona izin verilmədiyi üçün Qazi Osman Paşa orta məktəbində işindən istefa edən rəssam, bir il boyunca bütün İtaliyanı gəzdi və rəsimlər çəkdi.

Siyasi xadim və yazıçı

"Mikelancelo biografiyası" əsəri

1919-cu ildə İstanbulda qurulan "Türkiyə İşçi ve Çiftçi Sosyaliat Fırkası"nın qurucuları arasında oldu ve bir müddət bu siyasi partiyanın başkanı oldu. Namık İsmail rəssamlıqla yanaşı sosialist düşüncəyə malik bir düşünce adamı ve yazıçıdır. Gəncliyndən başlayaraq ədəbiyyatla maraqlanmış "Dergah", "Yeni Mecmua", "Kurtuluş", "İleri", "Akşam" xə s. jurnal və qəzetlərdə gözəl sənətlərlə əlaqədar çox sayda yazılar, hekayələr yazmış, naxışlar çəkmişdir. 1920-ci ildə Molla Şefik Bəyin qızı Mediha xanımla evlenir. On il birgə yaşadıqdan sonra ayrı yaşamağa qərar verən cütlük, rəssamın ölümündən iki ay öncə boşanırlar.

Türkiyə rəsim sənətinin ən məşhur və maraqlı sənətkarlarından biri olan Namık İsmail eyni zamanda bir Qafqaz yurdsevəriydi. "Şimali Qafqaz Cəmiyəti", "Türkiyədə Şimali Qafqaz Siyasi Köçmənləri Komitəsi", "Qafqaziya İstiqlal Komitəsi" kimi Çərkəz köçmən təşkilarlarında aktiv olaraq vəzifələr almış, İstanbulda ve Berlində bu təşkilatlar adına çalışmışdır.

1922-ci ildə yenidən Parisə getdi. Pierre Lotinin "Mutsuz kadınlar"ının rəsmini çəkdi. Parisdən döndükdən sonra rəsim öyrətiminə nəzarət etməklə vəzifələndi və bir müddət müfettiş işlədi. 1927-ci ildə Sənayei-Nəfisədə (indiki Memar Sinan İncəsənət Universiteti) müdir yardımçısı və 1928-ci ildən ömrünün sonuna qədər bu universitetdə müdir vəzifəsində işlədi.

Namık İsmailın məzarı

1934-cü ildə ana tərəfinin Yeğenoğlu soyadını alır. 30 avqust 1935-ci ildə gənc yaşda vəfat etdi. Məzar daşında bu soyad yazılıdır. Üçbucaq formalı məzar daşında sol, sağ və alt tərəfdə eyni yerdə dəfn edilməsi anlaşılan böyük qardaşı Hüsnü Yeğenoğlu və atası İsmaila, ortadakı üçbucaq isə Namıq İsmaila ayrılmışdır.

Şəkillər

  • Avtoportret
    Avtoportret
  • Sirkəci gəmi təmirxanası (1914)
    Sirkəci gəmi təmirxanası (1914)
  • Göyərtədə adamlar (1919)
    Göyərtədə adamlar (1919)
  • Aleksis Qrişenko (sentyabr, 1920)
    Aleksis Qrişenko (sentyabr, 1920)
  • Payızgülü (1920)
    Payızgülü (1920)
  • Venedikdə köprü (1921)
    Venedikdə köprü (1921)
  • İyun 1923
    İyun 1923
  • Pont-neuf (1924)
    Pont-neuf (1924)
  • Nü (1935)
    Nü (1935)
  • Kayzer Vilhelm
    Kayzer Vilhelm
  • Samovar
    Samovar
  • Güllər
    Güllər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Namiq İsmayıl haqqında məlumat. Namiq İsmayıl nədir? Namiq İsmayıl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Kənd soveti

  • Mart 01, 2026

    Anarxiya

  • Mart 01, 2026

    Elat

  • Mart 01, 2026

    Dəyə

  • Fevral 23, 2026

    Subtropik

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst