Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kevin Riçard Parker (20 yanvar 1986, Sidney) — Avstraliya müğənnisi, bəstəkarı, musiqiçisi, musiqi prodüseri və diceyi. O, əsasən "Tame Impala" layihəsinin yara

Kevin Parker

  • Ana Səhifə
  • Vikipediya
  • Kevin Parker

Kevin Riçard Parker (20 yanvar 1986, Sidney) — Avstraliya müğənnisi, bəstəkarı, musiqiçisi, musiqi prodüseri və diceyi. O, əsasən "Tame Impala" layihəsinin yaradıcısı kimi tanınır və bu layihə çərçivəsində musiqilərin yazılması, ifası, qeydə alınması və prodüserliyi ilə məşğul olur. Parker "Tame Impala" adı altında dörd albom təqdim edib: "Innerspeaker" (2010), "Lonerism" (2012), "Currents" (2015) və "The Slow Rush" (2020). O, beş nominasiya üzrə 13 "ARIA" musiqi mükafatına, iki "APRA" mükafatına, bir "Brit" mükafatına və bir "Qremmi" mükafatına layiq görülüb.

Kevin Parker
Ümumi məlumatlar
Doğum tarixi 20 yanvar 1986(1986-01-20) (40 yaş)
Doğum yeri
  • Sidney, Yeni Cənubi Uels, Avstraliya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, gitaraçı, mahnı yazarı[d], zərbçi[d], bəstəkar, musiqiçi, musiqi prodüseri
Fəaliyyət illəri 2005-ci ildən
Janrlar alternativ rok, psixodelik rok, psixodelik pop[d], sinti-pop, disko
Musiqi alətləri gitara, zərb qurğusu[d], bas-gitara, klavişli alət[d]
Üzvlüyü
  • Tame Impala
tameimpala.com

"Tame Impala" ilə fəaliyyətinə əlavə olaraq, Parker 2009–2011-ci illər aralığında "Pond" qrupunun barabançısı vəzifəsində çalışmışdır. O, qrupun "Beard, Wives, Denim" (2012), "Hobo Rocket" (2013), "Man It Feels Like Space Again" (2015), "The Weather" (2017) kimi studiya albomlarının prodüseri olmuşdur. Prodüser qismində Parker Mark Ronson, Ledi Qaqa, Rihanna, Kanye Vest, Dua Lipa, "The Weeknd", "Gorillaz", Trevis Skott, Don Toliver, "Melody's Echo Chamber", "Justice və The Flaming Lips" kimi tanınmış sənətkarlarla əməkdaşlıq etmişdir.

Mündəricat

Həyatı

Kevin Riçard Parker 20 yanvar 1986-cı ildə Sidneydə doğulmuşdur, lakin həyatının əksər hissəsini Qərbi Avstraliyada keçirmişdir. Parkerin atası, Cerri Parker Zimbabve mənşəli, anası Rozalind Parker isə Cənubi Afrika Respublikası mənşəlidir. Onun valideynlərindən atası "Gold Fields" mədən şirkətində maliyyə işləri üzrə baş direktor vəzifəsində çalışmış, bu səbəbdən ailə Parkerin erkən uşaqlıq illərində ucqar Kalqurli şəhərində məskunlaşmışdır. Daha sonra ailə Pert şəhərinə köçmüş və Parker gəncliyinin qalan dövrünü burada keçirmişdir. Valideynləri onun üç yaşı olanda ayrılmışlar və Pert şəhərinə köçdükdən sonra Parker əsasən anası və sonradan ailələrinə qoşulmuş ögey atası ilə Maunt-Loli ərazisində yaşamış, doğma atası isə Kotteslo ərazisinə köçmüşdür. Ailəsinin parçalanması onun tərbiyəsində müəyyən çətinliklərə səbəb olmuşdur.

Parker kiçik yaşlarından musiqi ilə maraqlanaraq böyümüşdür. Atası həvəskar səviyyədə musiqi ilə məşğul olmuş və bu, Kevinin musiqi tərbiyəsinin formalaşmasında mühüm rol oynamışdır. Musiqi alətində ilk təcrübəsini atasının gitara ifasına müşayiət etməklə qazanmışdır. O, bu barədə qeyd etmişdir: "Gitara çalmağı atamlа birgə "Shadows" qrupunun melodiyalarına ritm verməklə öyrəndim. Atam "Shadows"un əsas rifflərini ifa etmək istəyirdi, çünki Hank B. Marvinin pərəstişkarı idi və məni akkordları müşayiətedici tərzdə çalmağa təşviq edirdi. Parkerin atası, eyni zamanda, "The Beatles", "The Beach Boys" və "Supertramp" kimi məşhur qrupların mahnılarını ifa edən ansamblda çıxış etmişdir. Parker xatırladır ki, anası ev işləri ilə məşğul olarkən, tozsoran səsinə uyğun mahnılar oxuyaraq əylənirdi. Sonradan Parkerin atası ona ilk gitarasını hədiyyə etmişdir.

11 yaşında ikən Parker, böyük qardaşının təsiri ilə təbil çalmağa başlamışdır. Sonrakı mərhələdə gitara və digər musiqi alətlərini lou-fay eksperimentlərində tətbiq edərək, özünün təbirincə "həddən artıq melodik, olduqca qeyri-adi, təkrarlanan və demək olar ki, janr çərçivələrinə sığmayan" musiqi əsərləri yaratmışdır. Bu yaradıcılıq prosesi təxminən 12-15 yaş dövrünü əhatə etmişdir. Parker bu dövr haqqında öz xatirələrini belə bölüşmüşdür: "Musiqi bəstələmək həyatımın ayrılmaz tərkib hissəsi olmuşdur. 12 yaşında ikən iki maqnitofon vasitəsilə multi-trek sistemini qurmağa nail olmuşdum. İlkin mərhələdə təbildə ritm yazır, daha sonra həmin yazını digər maqnitofonda səsləndirərək klaviaturada ifa edirdim. Növbəti mərhələdə isə həmin lenti yenidən səsləndirərək bas gitarada ifa edir və bütün alətləri harmonik şəkildə birləşdirirdim. Atamın mənə 8-trekli avadanlıq almasına qədər bu proseduru davam etdirmişəm. Hətta digər musiqi qruplarında fəaliyyət göstərdiyim dövrdə belə, şəxsi musiqilərimi yaratmağı davam etdirmişəm." Bu yaradıcılıq prosesi Parker üçün əsl həyat tərzinə çevrilmişdir. O, bütün vaxtını musiqiyə həsr edərək, məktəb tapşırıqlarını belə ikinci plana atmış və hər gecəsini qarajda musiqi bəstələməklə keçirmişdir. 16 yaşında ikən Parker ilk səkkiz trekli qeydiyyat cihazına sahib olmuşdur.

Parker "Tame Impala" qrupunun üzvü Dominik Simper ilə 13 yaşında ikən Pertdəki Con XXIII Kollecinin musiqi dərsində tanış olmuşdur. Onlar musiqi sahəsində ortaq maraqlar tapmışlar. Parker və Simper, hazırda "2Day FM"də aparıcılıq edən Den Debuf ilə birgə müxtəlif tanınmış rok qruplarının mahnılarını ifa etməyə başlamışlar. Yeniyetməlik dövründə Parker 1960–1970-ci illərin psixodelik rok musiqiçilərinin yaradıcılığını dərindən öyrənmişdir. O, "Cream" və "Jefferson Airplane" kimi qrupların səsyazmalarına xüsusi maraq göstərmişdir. Həmin dövrdə onun dostları "Brainzz" kimi fərqli janrlı qruplara üstünlük vermişlər. Parker "The Beatles" qrupunun vokal ifaçılığını özünəməxsus üslubu səbəbindən yüksək qiymətləndirmişdir. Parker öz musiqisində "The Doors", "Color Haze" və "Black Sabbath" kimi qruplardan ilhamlandığını vurğulamış, xüsusilə "The Doors" və "Jefferson Airplane"in onun yaradıcılığına əhəmiyyətli təsir göstərdiyini qeyd etmişdir.

Diskoqrafiya

  • Innerspeaker (2010)
  • Lonerism (2012)
  • Currents (2015)
  • The Slow Rush (2020)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kevin Parker haqqında məlumat. Kevin Parker nədir? Kevin Parker nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Şeron Stoun

  • Fevral 27, 2026

    Çelsi FK

  • Fevral 27, 2026

    Paz

  • Fevral 23, 2026

    Quran

  • Fevral 27, 2026

    E.ə. 385

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst