Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tame Impala — Avstraliya musiqiçisi və çoxalətli ifaçı Kevin Parkerin psixodelik musiqi layihəsi. Studiya şəraitində Parker layihənin bütün musiqi materialların

Tame Impala

  • Ana Səhifə
  • Vikipediya
  • Tame Impala

Tame Impala — Avstraliya musiqiçisi və çoxalətli ifaçı Kevin Parkerin psixodelik musiqi layihəsi. Studiya şəraitində Parker layihənin bütün musiqi materiallarını bəstələyir, səsyazmasını həyata keçirir, ifa edir və istehsalını təmin edir. Konsert fəaliyyəti zamanı "Tame Impala" heyətinə Parker (vokal partiyası, gitara, sintezator), Dominik Simper (gitara, sintezator), Cey Vatson (sintezator, vokal partiyası, gitara), Kem Eyveri (bas gitara, vokal partiyası, sintezator) və Culien Barbakallo (vokal partiyası) daxildir. Kollektiv, keçmiş "Tame Impala" üzvü Nik Olbrukun da təmsil olunduğu Avstraliya psixodelik rok qrupu "Pond" ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. İlkin mərhələdə "Modular Recordings" şirkəti ilə müqavilə imzalayan "Tame Impala" hazırda Amerika Birləşmiş Ştatlarında "Interscope Records" və Böyük Britaniyanın "Fiction Records" şirkətləri ilə əməkdaşlıq edir.

Tame Impala
Tame Impala 2019-cu ildə
Tame Impala 2019-cu ildə
Əsas məlumatlar
Üslub psixodelik rok, alternativ rok, psixodelik pop[d], neo-psixodeliya[d], drim-pop[d], indi-rok
Leybl Modular Recordings[d], Interscope Records
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Parker layihəni ilk dəfə 2007-ci ildə Pert şəhərində təsəvvür etmişdir. Bir sıra tək (sinql) və qısametrajlı albomlardan (EP) sonra "Tame Impala" qrupunun ilk studiya albomu olan "Innerspeaker" 2010-cu ildə işıq üzü görmüşdür. Album Avstraliyada qızıl sertifikatına layiq görülmüş və tənqidçilər tərəfindən müsbət rəy almışdır. Parkerin 2012-ci ildə təqdim etdiyi "Lonerism" albomu Avstraliyada platin statusuna yüksəlmiş və "Ən yaxşı alternativ musiqi albomu" nominasiyası üzrə "Qremmi" mükafatına namizəd olmuşdur. "Tame Impala"nın üçüncü albomu "Currents" 2015-ci ilin iyul ayında ictimaiyyətə təqdim edilmiş və sələfi kimi "Ən yaxşı rok albomu" və "İlin albomu" kateqoriyaları üzrə "ARIA" mükafatlarını qazanmışdır. Parker "Currents" albomunun ilk kompozisiyası olan "Let It Happen" əsərinə görə 2016-cı ildə "İlin mahnısı" nominasiyası üzrə "APRA" mükafatına layiq görülmüşdür. Qrupun dördüncü studiya albomu "The Slow Rush" 2020-ci il 14 fevral tarixində təqdim olunmuşdur. 2020-ci il "ARIA" musiqi mükafatları mərasimində "Tame Impala" beş mükafata sahib olmuşdur.

Diskoqrafiya

  • Innerspeaker (2010)
  • Lonerism (2012)
  • Currents (2015)
  • The Slow Rush (2020)
  • Deadbeat (2025)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tame Impala haqqında məlumat. Tame Impala nədir? Tame Impala nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ömər əl-Bəşir

  • Mart 01, 2026

    Buynaksk rayonu

  • Fevral 28, 2026

    El Arslan

  • Fevral 27, 2026

    Bəydili boyu

  • Fevral 27, 2026

    Kürd

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst