Adana Dəmirspor — Türkiyənin Adana şəhərini 1-ci liqada təmsil edən futbol klubu. Futbol departamenti 2022–23 Super Liqada 4-cü yeri tutan və tarixində ilk dəfə Avropa yarışlarına vəsiqə qazanan ən populyar departamentdir. Klub həmçinin avarçəkmə, stolüstü tennis, taekvondo və voleybol idman növləri üzrə də mübarizə aparır.
| Adana Dəmirspor | ||||
|---|---|---|---|---|
| ||||
| Ölkə | ||||
| Ləqəb(lər) | Göy Şimşəklər | |||
| Rəng(lər) | | |||
| Yaranma tarixi | 28 dekabr 1940 | |||
| Stadionu | Yeni Adana Stadionu, Adana, Türkiyə | |||
| Tutumu | 33.543 | |||
| Prezidenti | | |||
| Baş məşqçisi | | |||
| Liqa | 1-ci Liqa | |||
| 2024–2025 | Super Liqa, 19. (Düşdü) | |||
| | ||||
| Rəsmi saytı | ||||
Tarixi
Türkiyə Dövlət Dəmir Yolları (TCDD) idman fəaliyyətlərinə 1930-cu ildə Əskişəhər Dəmirsporun qurulması ilə başlamışdı. Sonrakı illərdə İzmir Dəmirspor, Ankara Dəmirspor, Kayseri Dəmirspor və İstanbul (Haydarpaşa) Dəmirspor quruldu.
Liq mübarizələri
- Super Liqa: 20 mövsüm
1960-1961, 1973-1984, 1987-1990, 1991-1992, 1994-1995, 2021-2025
- 1-ci Liqa: 30 mövsüm
1963-1973, 1984-1987, 1990-1991, 1992-1994, 1995-1999, 2002-2004, 2012-2021, 2025-
- 2-ci Liqa: 9 mövsüm
2001-2002, 2004-2012
- 3-cü Liqa: 2 mövsüm
1999-2001
- Çukurova Liqası: 18 mövsüm
1942-1959, 1962-1963
Stadion
Adana Dəmirin doğma meydanı 2021-ci ilin mart ayından etibarən Adana Stadionudur[ing.]. Stadion 33543 tamaşaçı tutumuna malikdir.
Departamentləri
Futbol departamenti klubun bütün tarixini yaşadan yeganə şöbədir. Departamentə Gökhan Göktürk rəhbərlik edir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adana Dəmirspor haqqında məlumat. Adana Dəmirspor nədir? Adana Dəmirspor nə deməkdir?
