Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qorxunc Krum xan (bolq. Крум Страшни; 755, Birinci Bulqar dövləti – 13 aprel 814, Pliska) — Bulqar xanı. 803-814cü illərdə hakimiyyətdə olmuşdur. Onun dövründə

Krum xan

  • Ana Səhifə
  • Vikipediya
  • Krum xan

Qorxunc Krum xan (bolq. Крум Страшни; 755, Birinci Bulqar dövləti – 13 aprel 814, Pliska) — Bulqar xanı. 803-814cü illərdə hakimiyyətdə olmuşdur. Onun dövründə mərkəzi hakimiyyət güclənmiş, qayda-qanun işlənib hazırlanmışdır.

Qorxunc Krum xan
bolq. Крум Страшни
Krum, imperatorun başından hazırlanmış qədəhlə ziyafətdə, XIV əsr rəsmi
Krum, imperatorun başından hazırlanmış qədəhlə ziyafətdə, XIV əsr rəsmi
Birinci Bulqar dövlətinin XIII imperatoru
803 – 814
ƏvvəlkiKardam xan
SonrakıOmurtaq xan
Şəxsi məlumatlar
Doğum tarixi 735
Doğum yeri
  • Birinci Bulqar dövləti
Vəfat tarixi 13 aprel 814 (78–79 yaşında)
Vəfat yeri
  • Pliska, Bolqarıstan
Dəfn yeri
  • Pliska
Fəaliyyəti monarx
Atası Kardam xan
Uşağı Omurtaq xan
Dini Tenqriçilik
Elmi fəaliyyəti
Elm sahəsi siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İlk illəri

Krum xan hakimiyyətə gələndən sonra ilk işi Avar xaqanlığına qarşı hücuma keçmək oldu. Ölkənin ərazisi iki dəfə genişlənərək Bulqar dövləti Frankların qonşusu halına gəldi.

I Nikiforla münasibətlər

Krum xan işğalçılıq siyasəti yeridirdi. Buna görə 807-ci ildə, 809-cu ildə ardıcıl hücumlar edərək Sofiya şəhərini ələ keçirmişdi. 11 iyul 811-ci ildə I Nikiforla danışıqlara cəhd etsə də alınmadı, imperator tarixçi Mixailin sözləri ilə bu dərəcədə qəddar idi:

Nikifor, Bizans imperatoru, Bulqarların torpağına getdi: Qalib gəldi və çoxunu öldürdü.Onların paytaxtına çatdı, ələ keçirdi və dağıtdı. Onun vəhşiliyi o dərəcəyə çatdı ki, kiçik uşaqları torpağa bərkidib başlarını daşla əzdirtdi.

Krum xan buna görə də kəndlilər, qadınlar və əsgərlərdən ibarət bir ordu ilə imperatora hücuma keçmişdi. 26 iyul 811-ci ildə həlledici döyüşdə I Nikifor məğlub edildi, ələ keçirilib başı kəsildi və kəllə sümüyündən şərab qədəhi hazırlandı. İmperatorun iflic olmuş oğlu Stavrakios isə qaçmağı bacardı.

Krum xanın dövründə dövlətin ərazisi (yeni ərazilər sarı rəngdə)

İmperator Mixail ilə münasibətlər

Stavrakiosun hakimiyyəti qısa çəkdi və iflic səbəbilə 812-ci ildə öldü. Yerinə gələn qaynı I Mixail Krum xana vergi verməkdən imtina etmişdi. Cavab olaraq 22 iyul 813-cü ildə hərəkətə keçən xan İstanbulu mühasirəyə aldı. Mixail məğlub olaraq taxtan əl çəkdi və keşiş oldu.

İmperator V Leo ilə münasibətlər

Yeni imperator V Leo Erməni Kruma sülh təklif etdi. Krum bu təklifə aldanaraq tələyə düşdü, lakin ox yarası alaraq qaçmağı bacardı. Əsəbləşən imperator Adrianapolis (indiki Ədirnə) şəhərini yandıraraq əhalisini Bolqarıstana əsir kimi apardı. 30.000 süvari ilə Arkadipolisi (indiki Lüleburgaz) də yandıraraq 50.000 nəfəri əsir götürdü. Əsirlər Nikiforun yandırdığı Pliskanın yenidən qurulmasında qul kimi istifadə edildi. Yeni bir işğala hazırlaşarkən 13 aprel, 814-cü ildə vəfat etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Krum xan haqqında məlumat. Krum xan nədir? Krum xan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Metexi kilsəsi

  • Fevral 23, 2026

    Kükürd

  • Fevral 24, 2026

    Gil

  • Fevral 23, 2026

    Lyublyana

  • Fevral 23, 2026

    Xristianlıqda bölünmə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst