Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bank Respublika 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır. Fəaliyyət dövrü ərzində Bank Res

Bank Respublika

  • Ana Səhifə
  • Vikipediya
  • Bank Respublika

Bank Respublika — bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyət.

Bank Respublika
Ümumi məlumatlar
Tipi açıq səhmdar cəmiyyəti
Sənaye bank
Məhsulu Maliyyə xidmətləri
Təsis tarixi 15 dekabr 1992
Baş qərargahın yeri
  • Bakı
bankrespublika.az/?lang=…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixçə

Bank Respublika 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır. Fəaliyyət dövrü ərzində Bank Respublika ölkənin aparıcı banklarından biri kimi özünü doğrultmuşdur.

28 aprel 2005-ci il tarixdən etibarən Almaniyanın 2 nəhəng maliyyə təşkilatı – DEG[ing.] İnvestisiya Şirkəti və Sparkassen[ing.] International Development Trust səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olmaqla Bank Respublika-nın səhmdarları sırasına daxil olmuşlar.

Almaniyanın bu nəhəng maliyyə təşkilatlarının Bank Respublika-nın səhmdarları sırasına daxil olması beynəlxalq səviyyədə Banka olan etibarı göstərir.

Hazırda Bank Respublika müştərilərə müxtəlif növ müasir bank xidmətləri göstərir – hesablaşma-kassa xidmətləri, müxtəlif istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, əmanətlər, plastik kartlar, pul köçürmələri, yol çekləri, bank seyflərinin icarəsi, İnternet texnologiyaları əsasında distant bank xidmətləri və sair.

Bank Respublika müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə faydalı olmaq prinsipi əsasında qurur. Bu həm Bankın sloqanında – "Sizə faydalı", həm də fəaliyyətində və konkret xidmətlərində öz əksini tapır.

Bank Respublika müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif proqramlar çərçivəsində sıx əməkdaşlıq edir.

Bank Respublika Sahibkarlığa Kömək Milli Fondu ilə sahibkarlığın kreditləşdirilməsi və Azərbaycan İpoteka Fondu ilə ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarının da aktiv iştirakçısıdır, Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

Bank Respublika Moody's Investors Service[rus.] beynəlxalq reytinq agentliyindən milli və xarici valyutada olan əmanətlər üzrə B2 dərəcəli uzunmüddətli və NP dərəcəli qısamüddətli reytinqlərə malikdir. Bankın B2 reytinqinin proqnozu "stabil". Bank Respublika Azərbaycanda beynəlxalq reytinq alan ilk banklardandır və Bankın reytinqləri Azərbaycanın özəl bank sektorunda ən yüksək reytiqlərdən biridir.

Bank Respublika qiymətli kağızlar bazarında hazırda aktiv fəaliyyət göstərən və Bakı Fond Birjasının səhmdarı olan "Respublika İnvest" MMC-nin təsisçisi və "Bakı Sığorta" şirkətinin əsas səhmdarıdır.

Bank Respublika eləcə də MasterCard International?! və VISA International[rus.] beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Bank Western Union?!, Coinstar[ing.], Contact[rus.], Migom, PrivatMoney, Bıstraya Poçta, Blizko, Xpress Money, Allür və Zolotaya Korona[rus.] təcili pul köçürmə sistemlərinə qoşulubdur.

Şöbələri

Bankın prioritet məqsədlərindən biri fəaliyyət dairəsini və xidmət şəbəkəsini genişləndirməkdir. Bank Respublika hazırda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Mingəçevir, Yevlax, Goranboy, Bərdə, Göyçay, Şəki, Zaqatala, Quba, Xaçmaz, İmişli, Sabirabad, Şirvan, Cəlilabad, Masallı, Lənkəran və Astara şəhərlərində 33 filial və şöbə, 47 bankomatdan ibarət xidmət şəbəkəsinə malikdir.

Bank Respublika-nın Neftçilər pr. 67 ünvanında yerləşən Ofis24 fiziki şəxslərə həftənin bütün günləri 24 saat fasiləsiz bank xidməti göstərir. Bu xidmət Azərbaycanda ilk dəfə olaraq Bank Respublika tərəfindən tətbiq olunmuşdur.

Xarici Keçidlər

Vikianbarda Bank Respublika ilə əlaqəli mediafayllar var.
  • Bank Respublika
  • Bank Respublika Kreditləri 2014-09-29 at the Wayback Machine
  Bank ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bank Respublika haqqında məlumat. Bank Respublika nədir? Bank Respublika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azadlıq

  • Fevral 27, 2026

    Şikar Aslanov

  • Mart 01, 2026

    Tikehau

  • Fevral 17, 2026

    Eduardo Saverin

  • Fevral 27, 2026

    Yaşar Kamal

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst