Tikehau (fr. Tikehau) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Yerli dildən tərcümədə «Dünyanın dayanacağı» mənasını verir. Taitidən 300 km cənub-şərqdə, Ranqiroadan 10 km qərbdə yerləşir.
| Tikehau adası | |
|---|---|
| fr. Tikehau | |
| |
| Ümumi məlumatlar | |
| Sahəsi | 20 km² |
| Hündür nöqtəsi | 11 m |
| Əhalisi | 507 nəfər (2007-ci il) |
| Yerləşməsi | |
| 14°59′ c. e. 148°09′ q. u.HGYO | |
| Ölkə | |
| Akvatoriya | |
![]() Tikehau adası | |


Coğrafiya
Dairə formasına malikdir və diametri 26 km-dir. Atolun eni 300 – 1000 m arasında dəyişir. Atollun sahəsi 20 km²-dir. Daxilində laqun vardır. Laqun okean suları ilə əlaqələnir. Burada çoxlu sayda balıq növü yaşayır.
Tarixi
Tikehau ilk dəfə 1816-ci ildə rus dənizçisi Otto von Kosebu tərəfindən kəşf edilmişdir. O, adanı İvan Kruzenşternin şərəfinə adlandırır. 1820-ci ildə adanı Birinci Rus Antarktika ekspedisiyası ziyarət etmişdir.
İnzibati bölgüsü
İnzibati baxımından Ranqiroa kommunasına daxildir.
Əhali
2007-ci il məlumatına görə adada 507 nəfər yaşayır. Yeganə yaşayış məntəqəsi - Tuherahera. Əhalisinin əksəriyyəti xristiandır.
İqtisadiyyat
Əhalinin əsas məşquliyyəti balıqçılıq, kopra istehsalı, mirvari toplamaqdır. Son zamanlar turizm inkişaf edir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tikehau haqqında məlumat. Tikehau nədir? Tikehau nə deməkdir?

