Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Süleyman Rəşidi (Süleyman Həsən oğlu Əliyev; 25 may 1927 – 21 fevral 2003) — Azərbaycan dramaturqu. Azərbaycan tar ifaçısı Şövkət Babayevanın həyat yoldaşı

Süleyman Rəşidi

  • Ana Səhifə
  • Vikipediya
  • Süleyman Rəşidi

Süleyman Rəşidi (Süleyman Həsən oğlu Əliyev; 25 may 1927 – 21 fevral 2003) — Azərbaycan dramaturqu. Azərbaycan tar ifaçısı Şövkət Babayevanın həyat yoldaşı

Süleyman Rəşidi
Doğum adı Süleyman Əliyev Həsən oğlu
Doğum tarixi 1927
Doğum yeri Naxçıvan, Naxçıvan MR
Vəfat tarixi 2003 (75–76 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Şövkət Babayeva
Təhsili
  • Azərbaycan Texniki Universiteti
Fəaliyyəti dramaturq, ssenarist
Əsərlərinin dili azərbaycanca, rusca

Mündəricat

Həyatı

Süleyman Rəşidi 1927-ci ildə mayın 25-də Naxçıvan şəhərində anadan olmuşdur. Uşaqlıq illəri doğma Naxçıvan şəhərində keçmişdir. Təhsilini davam etdirmək üçün 1951-ci ildə Bakı şəhərinə köçmüş və həmin ildə orada Azərbaycan Politexnik İnstitununa daxil olmuşdur. 1956-cı ildə institutu bitirərək mühəndis ixtisası üzrə uzun illər çalışmışdır.

Yaradıcılığı

Süleyman Rəşidinin yaradıcılığı ömrünün uzun illərini əhatə edir. Öz yazıçılıq fəaliyyətini mühəndis sənətinə paralel qoyaraq, uzun illər bu iki bir-birindən fərqli peşələri uğurla davam etdirmişdir. Buna görə Süleyman Rəşidi sənət dairələrində mühəndis-dramaturq kimi tanınıb.

Süleyman Rəşidi yaradıcılığına demək olar ki, gənc yaşlarından başlamışdır. Üç qardaşı və bir bacısı olan gəncin uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib. İki qardaşı - Həmid və Abbasqulu müharibədə iştirak etmişdir. Olardan gələn məktublara əsasən əsgərlərin keçdiyi əzablı yolları öz kiçik hekayələrində əks etdirmişdir. Müharibənin qızğın çağlarında Malaya Zemlyada vuruşan Abbasqulu Əliyev ağır yaralanaraq bir neçə aydan sonra vətənə qayıdır. Böyük qardaşının danışdıqlarından ilham alan gənc Süleymanda elə o illərdə öz şah əsəri olan "Canlı heykəl"in ilk obrazları canlanır.

Böyük Vətən Müharibəsi əzablarını özundə əks etdirən "Canlı heykəl" psixoloji dram əsərini gənc yaşlarından yaratmasına baxmayaraq, hər zaman öz yaratdıqlarına tənqidi yanaşan Süleyman Rəşidi, uzun illər əsəri üzə çıxarmamış, ancaq 1978-ci ildə ilk dəfə olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrıda əməkdar incəsənət xadimi, rejissor Baxşı Qələndərli tərəfindən səhnəyə qoyulmuşdur.

Quruluşçu rəssam M.Qasımov, musiqi tərtibçisi M.Ələkbərov olmuşdur. Mart ayının 15-də premyerası olan tamaşada əsas rollarda Z.Həmzəyeva (Anna İvanovna), N.Həmzəyev (Mahir), S.Hüseynova (Validə), S.Mirzəyeva (Valya) çıxış edirdilər. “Şərq qapısı” qəzetində C.Vəzirov və A.Haqverdiyevin müəllifləri olduqları resenziyada “Canlı heykəl” tamaşasında aktyor ifasının maraqla baxılması, səmimi, təsiredici olması xüsusi vurğulanmışdı. Sonrakı illərdə "Canlı heykəl" əsəri rus və bir neçə sovet xalqlarının dilinə tərcümə olunaraq səhnələşdirilmişdir. Lakin o dövrə qədər Süleyman Rəşidinin bir çox dram əsərləri həyat üzü görmüsdü. Onlardan "İki ananın bir oğlu", "Mən onu axtarıram" pyesləri Naxçıvan şəhərində, "Qonaq" pyesi Jdanov şəhər xalq teatrında səhnələşdirilmişdir. Füzuli, Biləsuvar, Ağdaş, Zaqatala və bir çox rayon teatrlarında,  "Qələm", "Arzu arzusuna çatdi", "Gəncliyin iradəsi", "Hədiyyə", "Qonaq", "Yaxşılığa yamanlıq", "Kiçik leytenant" əsərləri uğurla tamaşaya qoyulub.

Qarabağ müharibəsi və SSRİ-nin dağılma ərəfəsində baş verən hadisələrə Süleyman Rəşidi biganə qalmamış və 20 Yanvar şəhidlərinə həsr etdiyi "Allah onlara rəhmət eləsin" əsərini yaratmışdır və Azərbaycanın əməkdar artisti Vidadi Əliyev tərəfindən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında ilk dəfə 1993-cü ildə səhnəyə goyulmuşdur. Həmən əsər sonra 1994-cü ildə İran-da Təbriz Universitetinin "Vəhdət" salonunda tamaşaya qoyulub. Azərbaycan xalqının faciəli taleyini əks etdirən bu əsər cənublu həmyerlilərimiz tərəfindən hərarətlə qarşılandı. Bunun nəticəsi olaraq Süleyman Rəşidi cənublu həmyerlilərimizə "Mənim Ərdəbilim" komediyasını yazmışdır. Əsər Amaliya Pənahova tərəfindən Bakı Bələdiyyə Teatrında səhnələşdirilmişdir.

Teatr tamaşaları

  1. İki ananin bir oğlu (teatr, 1960)
  2. Mən onu axtarıram
  3. Canlı heykəl (teatr, 1978)
  4. Qonaq
  5. Qələm
  6. Arzu arzusuna çatdı
  7. Gəncliyin iradəsi
  8. Hədiyyə
  9. Yaxşılığa yamanlıq
  10. Kiçik leytenant
  11. Allah onlara rəhmət eləsin (1993)
  12. Mənim Ərdəbilim (teatr, 1995)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Süleyman Rəşidi haqqında məlumat. Süleyman Rəşidi nədir? Süleyman Rəşidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 21, 2026

    Andalusiya

  • Fevral 27, 2026

    Ağaclar

  • Fevral 25, 2026

    Commelinids

  • Fevral 27, 2026

    1973-cü il

  • Mart 01, 2026

    Alabayquş

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst