Yunis Hüseynov (1 fevral 1965, Kirovabad) — hal-hazırda "Turan Tovuz"da köməkçi məşqçi vəzifəsini icra edən azərbaycanlı futbol mütəxəssisi.
| Yunis Hüseynov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 1 fevral 1965 (61 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 180 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Çəkisi | 75 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub | | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Vəzifəsi | Köməkçi məşqçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həyatı
Yunis Hüseynov 1965-ci ildə Kirovabad şəhərində anadan olub (əsli Ordubadın Dəstə kəndindəndir). Futbolla uşaq yaşlarından elə orada məşğul olmağa başlayıb. İlk məşqçisi Konstantin Abramenko olub. Futbolçu karyerasınam Gəncədə — "Kəpəz" klubunda başlayıb. Daha sonra, 1984-cü ildən Bakının "Neftçi" klubunda oynamağa başlayıb. O zaman "Neftçi" keçmiş SSRİ çempionatının güclülər dəstəsində çıxış edirdi. Y. Hüseynov iki dəfə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.
1992–93-cü illərdə karyerasını İranda davam etdirən Hüseynov sonra yenidən "Neftçi"yə qayıdıb.
O, 1993–1998-ci illərdə Azərbaycan milli komandasında çıxış edib. 2001-ci ildə Yunis Hüseynov böyük futbolda karyerasını başa vururb və məşqçi kimi fəaliyyət göstərməyə başlayıb. 2004–2005-ci illərdə Yevlaxın Karvan futbol klubunun baş məşqçisi olub. Məhz onun rəhbərliyi altında "Karvan" milli çempionatda bürünc medal qazanıb.
Y. Hüseynov 2012-ci ildə "Xəzər-Lənkəran" 2019-cu ildə "Kəpəz" 2020-ci ildə isə "Keşlə" klubunun baş məşqçisi işləyib.
13 noyabr 2024-cü ildə "Turan Tovuz" klubunda köməkçi məşqçi təyin olunub.
Aynur Sofiyevanın həyat yoldaşıdır.
Uğurları
- Azərbaycanda ilin futbolçusu: (2) — 1994, 1998
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yunis Hüseynov haqqında məlumat. Yunis Hüseynov nədir? Yunis Hüseynov nə deməkdir?