Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Reyhan İbrahim qızı Topçubaşova (15 dekabr 1905, Quba – 5 mart 1970, Bakı) — Azərbaycanın ilk qadın rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943).

Reyhan Topçubaşova

  • Ana Səhifə
  • Vikipediya
  • Reyhan Topçubaşova

Reyhan İbrahim qızı Topçubaşova (15 dekabr 1905, Quba – 5 mart 1970, Bakı) — Azərbaycanın ilk qadın rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943).

Reyhan Topçubaşova
Doğum tarixi 15 dekabr 1905
Doğum yeri Quba, Quba qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 5 mart 1970 (64 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
SSRİ SSRİ
Həyat yoldaşı
  • Mustafa Topçubaşov
Uşağı
  • İbrahim Topçubaşov
Atası İbrahim Axundzadə[d]
Fəaliyyəti rəssam, incəsənət xadimi
Janrlar portret, məişət, mənzərə
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1943
"Əmək igidliyinə görə" medalı — 19461946

Mündəricat

Həyatı

Reyhan Topçubaşova 15 dekabr 1905-ci ildə Qubada anadan olmuşdur.

Reyhan xanım ilk təhsilini Hacı Zeynalabdin Tağıyevin Bakı Qızlar Məktəbində almışdır. Rəssam 1923-cü ilə kimi pedaqoji sahədə çalışmaqla yanaşı, konservatoriyanın (indiki Bakı Musiqi Akademiyası) fortepiano sinfində təhsil alıb, lakin Reyhan, oğlu İbrahimin dünyaya gəlişi ilə bağlı olaraq, təhsilini tamamlaya bilməyib.

Reyhan xanım 1933-cü ildə indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin xüsusi istedadına görə birbaşa 3-cü kursuna daxil olur. O, burada 1935-ci ilə qədər təhsil alır. Elə həmin dövrdən də rəssamlıq sənətinə başlayır.

1931–1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumuşdur. 1941–1945-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini olmuşdur.

10 iyul 1943-cü ildə qadın rəssamlarından ilk "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

Ailəsi

Reyhan Toçubaşovanın bacısı Rəxşəndə Babayeva ilk azərbaycanlı etnoqraf qadındır.

1923-cü ildə həkim Mustafa bəy Topçubaşovla ailə həyatı qurur. Bu evlilikdən 1924-cü ildə İbrahim adlı oğlu doğulur, 1927-ci ildə isə əkiz Zemfira və Elmira dünyaya gəlir. Reyhan xanım İbrahim Topçubaşovun anasıdır.

İbrahim atasının yolu ilə getdi, Azərbaycanın məşhur cərrahı oldu, 1970-ci ildə vəfat etdi. İbrahimin oğlu Ceyhun Topçubaşov da Azərbaycanın məşhur həkimlərindəndir, hazırda Mərkəzi Klinik Xəstəxanada çalışır.

Qızı, Zemfira Topçubaşova da həkim olmuşdur. Prezident İlham Əliyevin 2002-ci ildə imzaladığı fərmana əsasən, o, Azərbaycanda tibb təhsilinin və elminin inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülüb. 2017-ci ildə vəfat etmişdir.

Vəfatı

Reyhan Topçubaşova 5 mart 1970-ci ildə Bakıda vəfat etmişdir..

Yaradıcılığı

"Toy" – (1936)

Əsərləri 1936-cı ildən respublika sərgilərində nümayiş etdirilmişdir. İlk sərgidə rəssamın “Toy” adlı çoxfiqurlu əsəri nümayiş olunur. Onun diplom işi olan bu əsər hazırda Azərbaycan Milli İncəsənət Muzeyində mühafizə olunur.

Portret, məişət, mənzərə janrlarında işləmiş, eləcə də süjetli komposiziyalar və natürmortlar çəkmişdir. Mənzərələrində Abşeron təbiətinin təsviri əsas yer tutur. Mahnı və rəqs ansamblları üçün geyim eskizləri də hazırlamışdır.

Onun "Köhnə Bakı küçəsi", "Köhnə bazar", "İlk təbliğatçı Mina xanım", "İki sahil", "Qoca zalım şahın hüzurunda", "Qız qalası", "Dəniz", "Mərdəkanın görünüşü" adlı süjetli tabloları və "Balerina Qəmər Almaszadənin portreti", "M. Ə. Sabirin portreti", "Avtoportret" və "Nizami Gəncəvi" kimi portretləri var. Sənət əsərləri müxtəlif Bakı muzeylərinin kolleksiyasında saxlanılır.

Boyakarlığın portret ("M. Ə. Sabir", "Q. Almaszadə" və s.), məişət ("Köhnə bazar", "Toy", "Küçə" və s.) və mənzərə ("Qız qalası", "Dəniz", "Mərdəkanın görünüşü", "Gecə vaxtı dənizin mənzərəsi" və s.) janrlarında fəaliyyət göstərmiş, eləcə də süjetli kompozisiyalar və natürmortlar çəkmişdir. Mahnı və rəqs ansamblları üçün geyim eskizləri də işləmişdir.

Reyhan xanım 8 mart 1938-ci ildə ilk dəfə Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət sərgini təşkil etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Reyhan Topçubaşova haqqında məlumat. Reyhan Topçubaşova nədir? Reyhan Topçubaşova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lüdmila Qurçenko

  • Mart 01, 2026

    Volter Lübke

  • Mart 01, 2026

    Meyvəli salat

  • Fevral 27, 2026

    Poliomielit

  • Fevral 24, 2026

    Maldiv adaları

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst