Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cenni Laura Marks (26 sentyabr 1845, Brüssel – 25 noyabr 1911, Dravey[d]) — sosialist aktivist, Karl Marksın qızı.

Laura Marks

  • Ana Səhifə
  • Vikipediya
  • Laura Marks

Cenni Laura Marks (26 sentyabr 1845, Brüssel – 25 noyabr 1911, Dravey[d]) — sosialist aktivist, Karl Marksın qızı.

Laura Marks
Doğum tarixi 26 sentyabr 1845(1845-09-26)
Doğum yeri
  • Brüssel, Belçika
Vəfat tarixi 25 noyabr 1911(1911-11-25) (66 yaşında)
Vəfat yeri
  • Dravey[d]
Vəfat səbəbi sianiddən zəhərlənmə[d]
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı
Həyat yoldaşı
  • Pol Lafarq (1868–1911)
Atası Karl Marks
Anası Cenni Marks
Fəaliyyəti hərbi aktivist[d], tərcüməçi, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Laura Marks 26 sentyabr 1845-ci ildə Brüsseldə dünyaya gəlib. Ailəsi 1849-cu ilin iyununda Londonda məskunlaşmazdan əvvəl Laura valideynləri ilə birlikdə Fransaya, sonra Prussiyaya köçüb. Onun Kubada dünyaya gəlmiş gələcək həyat yoldaşı Pol Lafarq Fransanın gənc sosialistlərindən idi. Pol Birinci İnternasionalda işləmək məqsədilə 1866-cı ildə Londona gəlmişdi. Burada o, Karl Marksla dostlaşmış və Marksın ailə üzvləri ilə, eləcə də ona aşiq olan Laura ilə tanış olmuşdu.

Pol və Laura 1868-ci ilin aprelində Sen-Pankras qeydiyyat şöbəsində evləndilər. Evliliklərinin ilk üç ilində onların ikisi oğlan, biri qız olmaqla üç övladı doğulmuş, lakin onların hamısı körpə ikən ölmüşdülər. Cütlüyün başqa uşaqları yox idi. Ər-arvad ömürlərini birlikdə siyasi işlərlə məşğul olmaqla keçirmiş, Karl Marksın əsərini fransız dilinə tərcümə etmiş və həm Fransada, həm də İspaniyada marksizmi yaymışdılar. Demək olar ki, bütün həyatları boyunca Fridrix Engelsin maddi dəstəyi ilə yaşamışdılar. Engels 1895-ci ildə vəfat etdiyi zaman əmlakının çox hissəsi də onlara miras qalmışdı.

Ölümü

Ömürlərini həsr etdikləri hərəkata bundan sonra verə biləcəkləri heç bir şeyin qalmadığını düşünən Laura və həyat yoldaşı 1911-ci il noyabrın 25-də intihar etmək qərarına gəldilər. Bu zaman Laura 66, Pol isə 69 yaşında idi. İntihar məktubunda cütlük intihar səbəbini qeyd etmişdi. Pol Lafarq məktubda yazırdı:

" Bütün nəşəmi və sevincimi bir-birinin ardınca əlimdən alan amansız qocalıqdan əvvəl mən ömrümü bədənim və ruhum sağlam vəziyyətdə bitirirəm. Bu qocalıq məni fiziki və zehni güclərimdən məhrum edir; o, enerjimi iflic edə və məni özümə və başqalarına yük etməklə iradəmi qıra bilər.

Bir neçə il idi ki, 70-dən çox yaşamayacağıma dair özümə söz vermişdim. Və budur, həyatdan ayrılacağım ili dəqiqləşdirdim. Həll yolumuzun icrası üsulunu da hazırladım: sianid turşusu.

Qırx beş ildir sadiq olduğum mübarizənin gələcəkdə haçansa zəfər qazanacağını bilməyin ali sevinci ilə ölürəm.

Yaşasın kommunizm! Yaşasın beynəlxalq sosializm!

"

Cütlüyün dəfn mərasimində çıxış edənlərdən biri də 1907-ci ildən Parisdə yaşayan və Lafarq ailəsinin yaxın dostu olan, RSDFP-nin nümayəndəsi Vladimir Lenin idi. Sonralar Lenin həyat yoldaşı Nadejda Krupskaya ilə söhbət edərkən aşağıdakı sözləri demişdi:

" Əgər kimsə artıq partiya üçün işləyə bilmirsə, həqiqətin üzünə baxa bilməli və Lafarqlar kimi ölməyi bacarmalıdır. "

Əsərləri

  • Laura Lafargue / Eleanor Marx – Aveling: Briefe und Schriften von Karl Marx … Oktober 1895. In: Die Neue Zeit, 1895, p. 121
  • Karl Marx / Friedrich Engels:Manifeste du parti communiste. (Traduction de Laura Lafargue). V. Giard et E. Brière, Paris 1897
  • Karl Marx (das ist Friedrich Engels):Révolution et contre-révolution en Allemagne. Trad. par Laura Lafargue. V. Giard et E. Brière, Paris 1900 (Bibliothèque socialiste internationale 6)
  • Friedrich Engels:Religion, philosophie, socialisme. Trad. par Paul & Laura Lafargue. Jacques, Paris 1901 (Bibliothèque d'études socialistes 8)
  • Karl Marx:Contribution à la critique de l'économie politique. Traduit sur la 2e édition allemande de Karl Kautsky par Laura Lafargue. V. Giard et E. Brière, Paris 1909 (Bibliothèque socialiste internationale 11)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Laura Marks haqqında məlumat. Laura Marks nədir? Laura Marks nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Taybey 101

  • Mart 01, 2026

    Raytheon Company

  • Fevral 27, 2026

    E.ə. 700

  • Fevral 23, 2026

    Elza Seyidcahan

  • Fevral 27, 2026

    Konstantin Krasusski

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst