Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Taybey-101 — göydələn, müasir arxitektur texnoloji nailiyyətlərə əsaslanan tikilidir. Çin Xalq Respublikasının Tayvan adasında, Taybey şəhərində yerləşir. Bürc

Taybey 101

  • Ana Səhifə
  • Vikipediya
  • Taybey 101

Taybey-101 — göydələn, müasir arxitektur texnoloji nailiyyətlərə əsaslanan tikilidir. Çin Xalq Respublikasının Tayvan adasında, Taybey şəhərində yerləşir. Bürc Xəlifə və Əbrəc Əlbeyt Qüllələrindən sonra hündürlüyünə görə dünyada üçüncü yer tutur. 2003-cü ildə tikilən bu bina 6 il ərzində dünyanın ən hündür binası hesab edilmişdi. Binada çox sayda restoranlar, butiklər, fitnes-klublar, əyləncə mərkəzləri və s. fəaliyyət göstərir.

Taybey 101
臺北101
Xəritə
25°02′01″ şm. e. 121°33′53″ ş. u.HGYO
Ölkə Çin Xalq Respublikası Tayvan
Şəhər Taybey
Tikilmə tarixi 1999 – 2003
Mərtəbə sayı 101
Mərtəbə sahəsi
  • 412.500 m²
Memar CY Lee
Memarlıq quruluşu Postmodern memarlığı
Vəziyyəti Tamamlanıb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Lahiyyəsi 1997- ci ildə hazırlanmış və 1999-cu ildə tikintisinə başlanılmışdır. 2004-cü ildə yeni il gecəsi binanın açılış mərasimi keçirilmişdir. Hal-hazırda bina ticarət mərkəzi funksiyası daşıyır. Binanın tikintisi zamanı yerləşdiyi ərazidə 3 bal gücündə iki zəlzələ qeydə alınıb. Bəzi alimlər ehtimal edir ki, buna səbəb binanın ərazinin qruntuna təsir etməsi olub.

Xüsusiyyətləri

Hündürlüyü

Bina 101 mərtəbədən ibarətdir. Yer altında isə əlavə 5 mərtəbə var. Tikildikdən sonra bir müddət bəzi göstəricilərə görə dünyada ilk yerdə olmuş. 2010-cu ilə qədər dünyada ən hündür bina hesab olunurdu-508 m. (Bürc Xəlifə tikilənə qədər.) Sonuncu mərtəbənin hündürlüyü 439 metrdir. Bina həm də dünyanın ən qiymətli binasıdır. Dəyəri 1,7 milyard dollardı . Hal-hazırda da Taybeydə dünyanın ən sürrətli lifti fəaliyyət göstərir (16,83 m/s). Bina həm də dünyada ən hündür günəş saatı hesab olunur.

Memarlıq üslubu və simvolika

Bina ənənəvi çin memarlıq üslubuna uyğun tikilib. Binanın xarici divarları yuxarıya doğru genişlənən səkkiz şöbədən ibarətdir. Bina tikintisində xüsusi konsepsiya mövcuddur. Bu konsepsiyanın əsasında səkkiz rəqəminin təkrarlanması dayanır. Binaya dayanaqlıq verən sütunların sayıda səkkizdir. Çin mədəniyyətində bu rəqəmin uğur gətirdiyi hesab olunur.

Mərtəbələrin 101 olmasıda xüsusi simvolika ilə bağlıdır. Tikintisi gedən zaman həm yeni əsirin başlaması (100+1), həm də hər yeni il gecəsindən sonra 1 yanvarı sinvolizə edir (1-01). Bina hər gün fərqli rənglə işıqlandırılır. Və hər rəng həftənin bir gününü simvolizə edir .

Gün Bazar ertəsi Çərşənbə axşamı Çərşənbə Cümə axşamı Cümə Şənbə Bazar
Rəng

Xarici görünüşü

Daxili

Binanın 88-92-ci mərtəbələrində xüsusi qurğu- dempfer yerləşdirilib. Bu qurğu külək və zəlzələ zamanı binanın tərpənməsini nizamlayır. Bu qurğunun qiyməti 4 milyon dollar civarında qiymətləndirilir. Kürə şəklində olan bu qurğu 41 polad hissədən ibarətdir. Ümumi çəkisi 660 tondur.

Meydançalar

Binada iki müşahidə meydançası var. 89-cu mərtəbədə olan meydança daxildə, 91-ci mərtəbədə olan meydança xaricdədir. Hər iki meydança dairəvidir və ətrafı 360° boyu müşahidə etmək mümkündür. Bina ənənəvi çin memarlıq üslubuna uyğun tikilib. Buna görə də vizual baxımdan qüllə budda məbədini xatırladır. Ümumi hündürlüyü 508 metrdi .

Hadisələr

Taybey 101 -də nisbilik formulası
  • 25 dekabr 2004-ci il — binanı " Hörümçək adam " ləqəbli Alen Rober fəth etmişdir. Onun "fəthinə cəmi 4 saat lazım gəlib.
  • 19 aprel 2005-ci il — Albert Eynşteynin nisbilik nəzəriyyəsinin 100 illik ildönümü münasbəti ilə bina E=mc² formulası ilə işiqlandırılıb.
Vikianbarda Taybey 101 ilə əlaqəli mediafayllar var.

Həmçinin bax

  • Ən hündür binaların siyahısı
  • Bürc Xəlifə
  • Əbrəc Əlbeyt Qüllələri
  • Petronas qüllələri

Qalereya

  • 2008-ci il.Yeni il atəşfəşanlığı.
    2008-ci il.Yeni il atəşfəşanlığı.
  • Binanın şərq parkının görünüşü.
    Binanın şərq parkının görünüşü.
  • Dempfer.
    Dempfer.
  • Diğər göydələnlərlə müqasiyəsi.
    Diğər göydələnlərlə müqasiyəsi.
  • Dempferin yerləşmə yeri.
    Dempferin yerləşmə yeri.
  • Binanın lifti.
    Binanın lifti.
  • Taybey 101 -in kölgəsi.
    Taybey 101 -in kölgəsi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Taybey 101 haqqında məlumat. Taybey 101 nədir? Taybey 101 nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Əl Fatihə

  • Fevral 27, 2026

    Fagaceae

  • Fevral 27, 2026

    Şunqar

  • Fevral 27, 2026

    Monteneqro Universiteti

  • Fevral 25, 2026

    Avesta dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst