Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İstisu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstisu qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

İstisu (Kəlbəcər)

  • Ana Səhifə
  • Vikipediya
  • İstisu (Kəlbəcər)

İstisu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstisu qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

İstisu (Kəlbəcər)
39°56′45″ şm. e. 45°57′26″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Kəlbəcər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
İstisu (Kəlbəcər) xəritədə
İstisu (Kəlbəcər)
İstisu (Kəlbəcər)
İstisu (Kəlbəcər) xəritədə
İstisu (Kəlbəcər)
İstisu (Kəlbəcər)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriyası salınmışdır.

Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

Mündəricat

Tarixi

Tarixən İstisu qəsəbəsi əhalisinin əsas məşğuliyyəti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq olub.

İşğal dövrü

Bu ərazidə bioloji terrorizm üzrə qruplar fəaliyyət göstərirdi. 2020-ci il noyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.

2024-cü il sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstisu qəsəbəsinin təməlini qoyub. Baş plana əsasən, gələcəkdə burada 159 fərdi ev, "townhouse" tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina tikilməsi nəzərdə tutulub.

İstisuyun kimyəvi tərkibi

İstisuyun hərarəti 58,8 0C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edir. Qalan 3 milyard 941 milyon 316 min litr su çaylara axıb gedir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı–xloridli–sulfatlı–natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. 1 saylı buruq quyusundan çıxan suyun kimyəvi tərkibi: M4,9 CO7,1 HCO3S3. C134 SO41 T 61 dərəcə C-dir. Na75. Ca14 İstisu kurortunda mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə oluna bilirlər.

İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbizlik, qaraciyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir.

İstisuit mineralı amfibol qrupuna aid olan mineraldır. Onun tərkibi belədir. 7,6 (Ca, Na) 0,5 (A1 Fe+3) (Si4O11) 2H2O Sütunvari kristallar və lifli (uzunluğu 2–3 sm) aqreqatlar əmələ gətirir. Külü boz rənglidir. Sərtliyi 5–5,5-dir. Kəlbəcər rayonu ərazisindəki Dəlidağ intruzivi ətrafındakı kontakt–metasomatik mineral assosiasiyasında vollastonitlə sıx paragenezdə rast gəlir. Burada istisu qarnitoit intrusivinin əhəngdaşı ilə kontaktında əmələ gəlmişdir. İstisu mineralı Kəlbəcər rayonundakı İstisu kurortunun adındandır.

İstisu sanatoriyasının yaranma tarixi

İstisu sanatoriyası Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsindən sonra

İstisuda müalicə-istirahət zonasının yaranması Sovet hakimiyyəti qurulduqdan sonra, daha dəqiq desək, 1925-ci ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Hələ 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul etmişdir. Sonralar bu məsələ Azərb KP MK-nin birinci katibi M. C. Bağırovun şəxsi diqqət mərkəzində olmuşdur. 1928-ci ildə isə İstisu sanatoryasının tikilməsi, yollar çəkilməsi sovetlərin qurultayında qaldırılmış, M. C. Bağırov öz məruzəsində İstisuya xeyli yer ayırmışdır. 30-cu illərin sonlarında M. C. Bağırov özü İstisuda olmuş, tikinti işləri ilə maraqlanmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İstisu (Kəlbəcər) haqqında məlumat. İstisu (Kəlbəcər) nədir? İstisu (Kəlbəcər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 115

  • Fevral 27, 2026

    Bərgüşad (çay)

  • Fevral 27, 2026

    Mərdəkan qəsəbəsi

  • Fevral 28, 2026

    Production I.G

  • Fevral 27, 2026

    Veqa

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst