"Dalğa" qrupu — Cənubi Azərbaycanın Təbriz şəhərində fəaliyyət göstərən musiqi qrupu. Repertuarlarında Azərbaycan xalq və aşıq mahnıları xüsusi yer tutur. Qurucusu və rəhbəri aşıq Çingiz Mehdipurdur.
| "Dalğa" | |
|---|---|
| fars. موج | |
| Əsas məlumatlar | |
| Üslub | Aşıq musiqisi |
| Fəaliyyət illəri | 1990- |
| Ölkə | Şərqi Azərbaycan ostanı, |
| Şəhər | Təbriz |
| Dil | Azərbaycanca, türkcə, farsca |
Haqqında

1990-cı ildə, Təbriz şəhərində aşıq Çingiz Mehdipur tərəfindən təsis edilib. Dünyanın 30-dan artıq ölkəsində Azərbaycan aşıq sənətinin təbliği yönümlü geniş konsert proqramı ilə çıxış edib. Dəfələrlə Bakıda geniş konsertləri olub. Bakıdakı ən son konserti "Qarabağ dərdi" adı ilə Qarabağa həsr olunub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dalğa (qrup) haqqında məlumat. Dalğa (qrup) nədir? Dalğa (qrup) nə deməkdir?