Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşıq Çingiz Mehdipur (28 aprel 1961 və ya 1951, Şeyxhüseynli, Şərqi Azərbaycan ostanı) — Dalğa musiqi qrupunun, Rövşən musiqi məktəbinin qurucusu, ilk dəfə aşıq

Çingiz Mehdipur

  • Ana Səhifə
  • Vikipediya
  • Çingiz Mehdipur

Aşıq Çingiz Mehdipur (28 aprel 1961 və ya 1951, Şeyxhüseynli, Şərqi Azərbaycan ostanı) — Dalğa musiqi qrupunun, Rövşən musiqi məktəbinin qurucusu, ilk dəfə aşıq musiqisini, saz havalarını nota köçürən azərbaycanlı aşıq.

Çingiz Mehdipur
Aşıq Çingiz Mehdipur
Ümumi məlumatlar
Doğum tarixi 28 aprel 1961(1961-04-28) (64 yaş) və ya 1951(1951) (74–75 yaş)
Doğum yeri
  • Şeyxhüseynli, Xudafərin şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, aşıq
Musiqi alətləri qopuz, saz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1961-ci ildə Güney Azərbaycanın Qaradağ bölgəsinin Kəleybər şəhərinə bağlı olan Şıx Həsənli kəndində anadan olub. Uşaqlıqdan musiqiyə maraq göstərib və Qaradağın seçilən aşıqlarında olan əmisi, Aşıq Eynullanın yanında, aşıqlığı və qopuz çalmağı öyrənməyə başlayır. 1977-ci ildə Tehrana gedib orada musiqi təhsilini davam etdirir. 1989-cu ildə Təbrizə qayıdandan sonra ustad Yəhya İsmayılzadədən musiqi nəzəriyyəsini öyrənib.

Fəaliyyəti

1983-cü il də, Tehran Çəng musiqi məktəbində musiqi yazmağa və notları toplamağa başladı. 1990-cı ildə öz Dalğa Musiqi Qrupunu yaradaraq dünyanın bir çox yerində məşhurlaşdı.

1992-ci ildə Rövşən Musiqi Məktəbini qurub qopuz çalmağı öyrətməklə yanaşı "Qopuz məktəbi və onun elmi öyrənməsi" kitabını yazmağa başlayıb. Aşıq Çingiz bu kitabı 2000-ci ildə çap etdirəndən 4 il sonra, Aşıq Havaları adlı kitabını yazıb.

Saz havalarını ilk dəfə notlaşdıran Çingiz Mehdipurdur. Müasir saz məktəbinin gec yaranması hər şeydən əvvəl sazı tədqiq edən, notlaşdıran peşəkar musiqiçinin, elmi ədəbiyyatın, elmi-metodik vasitələrin olmamasından irəli gəlirdi. Ç.Mehdipurun 2000-ci ildə Təbrizdə nəşr etdirdiyi "Qopuz məktəbi" kitabı bu sahədə bir ilk oldu. Ayrı-ayrı aşıq məktəblərimizin saz havalarını qarşılıqlı müqayisə metodu ilə incələyən Ç.Mehdipur 2004-cü ildə Təbrizdə "Aşıq havaları" kitabını çap etdirir. Əsərdə "mi" kökü və "Segah" üzərində incələnərək nota köçürülmüş 36 hava yer alır. Bunun ardınca 2007-ci ildə Bakıda konservatoriyanın xətti ilə "Saz məktəbi" kitabı çap olunur ki, 2012-ci ildə folklor institutunun, elmi şurasının qərarı ilə dərs vəsaiti kimi təsdiq edilir və İncəsənət Universitetində tədris olunur.

Həmçinin bax

  • Azərbaycan aşıq sənəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çingiz Mehdipur haqqında məlumat. Çingiz Mehdipur nədir? Çingiz Mehdipur nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Stiven Spilberq

  • Fevral 27, 2026

    Eldar İsgəndərzadə

  • Fevral 27, 2026

    Şirin su

  • Fevral 27, 2026

    Sevda Məmmədəliyeva

  • Fevral 20, 2026

    Cənub okeanı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst