Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

ABŞ azərbaycanlıları və ya Amerika azərbaycanlıları (ing. Azerbaijani Americans) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Az

ABŞ azərbaycanlıları

  • Ana Səhifə
  • Vikipediya
  • ABŞ azərbaycanlıları

ABŞ azərbaycanlıları və ya Amerika azərbaycanlıları (ing. Azerbaijani Americans) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun ABŞ-də yaşayan hissəsinin adı. Əsasən ABŞ-nin Nyu-York, Vermont, Arizona, Florida, Ohayo, Konnektikut, Nevada, Texas, İllinoys kimi ştatlarında yaşayırlar. ABŞ-də azərbaycanlıların 30-a yaxın ictimai birliyi, bir jurnalı və bir televiziya kanalı fəaliyyət göstərir. ABŞ dövlət departamentinin verdiyi məlumata görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra 5 553 azərbaycanlı ABŞ vətəndaşlığına keçmişdir.

Amerika azərbaycanlıları
Ümumi sayı
14.205 (2000) 400,000 (2001) 500,000(2004) 700,000(2013)
Yaşadığı ərazilər
Nyu-York, Vermont, Arizona, Florida, Ohayo, Kaliforniya
Konnektikut, Nevada, Texas, İllinoys
Dili

Azərbaycan dili
ingilis dili

Mənşəyi
Oğuz (türk)
Qohum xalqlar

Türk xalqları

Mündəricat

Tarixi

ABŞ-yə gələn ilk azərbaycanlı Mirzə Əli Əkbər olmuşdur. O, 1912-ci ilin 7 iyun tarixində Böyük Britaniyanın Liverpul dəniz limanından Mauretania gəmisi ilə Ellis adasına gəlmişdir.

Azərbaycan Demokratik Respublikasının tənəzzülündən sonra 20-yə yaxın azərbaycanlı ABŞ-yə getmişlər. Onlar əsasən bolşevik təziqindən qaçanlar olmuşlar. Daha sonra İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi ABŞ-yə mühacirət etmişlər. Onların təxmini sayı 250–300 nəfər olmuşdur. Həmin dövrlərdə azərbaycanlılar ən çox Nyu-York ştatında yaşamışlar. Bu daha çox bu ştatda türk mühacirlərin olması ilə əlaqədər idi. 1980-ci illərə qədər Azərbaycan SSR-dən ABŞ-yə gedənlərin sayı çox az olmuşdur. Bunun əsas səbəbi SSRİ-dən ABŞ-yə adi vətəndaşların getməsinin mümkün olmaması idi. 1980-ci ildə ABŞ–da təxminən 200 Azərbaycandilli ailə yaşayırdı.

1979-cu il İran inqilabı zamanı 150 000 azərbaycanlı İrandan ABŞ-yə mühacirət etmişlər. Onlar əsasən İranda hakimiyyətə gələn rejimin rəhəbrliyi altında yaşamaq istəməyənlər olmuşlar.

Müasir durum

ABŞ dövlət departamentinin verdiyi məlumata görə, 2001–2010-cu illərdə 9 391 nəfər azərbaycanlı ABŞ vətandaşı kimi qeydiyyata götürülmüşdür. Bunlardan 2 565 nəfəri Green card sahibidir. 1990-cı ildən etibarən, Azərbaycandan Green card qalibi olanların sayı 5 490 nəfər olmuşdur. ABŞ dövlət departamenti, orta hesabla Azərbaycana hər il 400 nəfər kvota yeri ayrıldığını açıqlamışdır. Bu da qonşu Gürcüstan və Ermənistana ayrılan kvotadan dəfələrlə azdır. 2011-ci ildə Azərbaycandan Green card qalibləri sayı 355 nəfər olmuşdur. ABŞ azərbaycanlılarının sayları, Qafqazın digər xalqlarına nisbətən azdır. ABŞ-də 500 000 erməninin və 250 000 gürcü əsilli insanların yaşadığı qeyd olunur.

Hazırda ABŞ-də azərbaycanlıların 30-a yaxın təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlardan birincisi 1957-ci ildə yaradılan Amerika Azərbaycanlıları Cəmiyyətidir. Onun indiki sədri Tomris Azəridir.

Kütləvi informasiya vasitələri

ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində azərbaycanlıların Günaz TV adlı televiziya kanalı yayımlanır. Kanal 2005-ci ilin aprel ayından canlı yayıma başlamışdır. Günaz TV-nin əsas təsisçiləri Əhməd Obalı və Huseyn Bəydir. Gün ərzində 24 saatlıq proqramları Hotbird peyki vasitəsilə yayımlanır. Kanalın əsas məqsədi İranda azərbaycanlıların hüquqlarının tapdalanmasına son qoyulması, İran azərbaycanlılarının haqlarının tanınması istiqamətində fəaliyyət göstərməkdir. Gün ərzində 8 saatlıq canlı efir müddəti var.

ABŞ-dəki təşkilatlar

  • Amerika Azərbaycanlıları Cəmiyyəti (1957)
  • Amerikalı Azərbaycanlıların Şurası (2006)
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi (2008)
  • ABŞ-yəzərbaycan Ticarət Palatası (1997)
  • Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Ocağı (2006)
  • Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası (1976)
  • Azərbaycan Nyu-York Assosiasiyası (?)
  • Hyuston Azərbaycanlıları Assosiasiyası (2007)

Sayları

İlABŞ vətəndaşlığına qəbul olunanlar
2001946
20021 187
2003886
2004793
2005904
2006997
2007606
2008834
20091 005
20101 233
20111 153
2012958

Həmçinin bax

Amerika Azərbaycanlıları Cəmiyyəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ABŞ azərbaycanlıları haqqında məlumat. ABŞ azərbaycanlıları nədir? ABŞ azərbaycanlıları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Muxtariyyət

  • Fevral 27, 2026

    Sosialist realizmi

  • Fevral 27, 2026

    Orion (bürc)

  • Fevral 24, 2026

    Skagerrak

  • Mart 02, 2026

    İfratkeçiricilik

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst