Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Natali Portman (ivr. ‏נטלי פורטמן‏‎; 9 iyun 1981[…]) — israilli ABŞ aktrisası. 1994-cü ildə "Leon" filmində ilk rolunu alıb, lakin ona dünya şöhrətini Star Wars

Natali Portman

  • Ana Səhifə
  • Vikipediya
  • Natali Portman

Natali Portman (ivr. ‏נטלי פורטמן‏‎; 9 iyun 1981[…]) — israilli ABŞ aktrisası. 1994-cü ildə "Leon" filmində ilk rolunu alıb, lakin ona dünya şöhrətini Star Wars prequel trilogy filmində oynadığı Padme Amidala obrazı gətirib.

Natali Portman
ivr. ‏נטלי פורטמן‏‎
ing. Natalie Portman
Doğum adı נטע-לי הרשלג
Natalie Herschlag
Doğum tarixi 9 iyun 1981(1981-06-09)[…] (44 yaş)
Həyat yoldaşı
  • Bencamin Millepid[d] (2012–2024)
Uşaqları
  • Alef Millepid[d],
  • Amalya Millefid[d]
Fəaliyyəti kino aktrisası, film prodüseri, kinorejissor, ssenarist, teatr aktrisası, televiziya aktrisası, aktrisa
Fəaliyyət illəri 1993-cü ildən
Təhsili
  • Harvard Universiteti (1999–2003),
  • Charles E. Smith Jewish Day School[d],
  • Syosset tam orta məktəbi[d] (–1999),
  • Yerusəlim Yəhudi Universiteti
Boyu 165 sm
Mükafatları Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı — 2011 Golden Globe Award for Best Supporting Actress – Motion Picture — 2005 Dram janrında ən yaxşı qadın roluna görə Qızıl qlobus mükafatı — 2011
IMDb ID0000204
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Məşhur Amerika aktrisası Natali Portman 1981-ci il iyun ayının 9-da Qüdsdə, Avner Herşlaq və Şelli Stivensin ailəsində anadan olub. Atası ixtisasca endokrinoloqdur, hazırda qızına agentlik edən anası isə evdar qadın idi. Aktrisanın ana tərəfi Rusiya və Avstriyadan, ata tərəfi isə Rumıniya və Polşadan gəlmiş yəhudilərdir. Səhnə ləqəbi olan "Portman" Natalinin ana nənəsinin qızlıq soyadıdır. Aktrisanın 3 yaşı olanda ailəsi İsraildən Amerikaya köçüb. Əvvəlcə Vaşinqtonda yaşayan ailə 1988-ci ildə Konnektikuta yerləşir, 1999-cu ildə isə Nyu-York ştatının Lonq-Aylend şəhərində məskunlaşır. Ona doğma olan ivrit və ingilis dillərindən başqa, fransız, alman, yapon və ərəb dillərini öyrənir.

Karyerası

Aktrisa "Leon" (1994) və "Yaxınlıq" (2004) filmlərindən sonra məşhurlaşıb. 2009-cu ildə çəkilməsi nəzərdə tutulan "Qardaşlar" hərbi dramında Ceyk Cillenhal, Tobi Maquayr və Natali baş rolları ifa edəcəklər. Uşaqlıqdan vegetarian olan Portman heyvanların və ətraf mühitin hüquqlarını qoruyur. O, ət məhsulları ilə qidalanmır, xəz, lələk və dəridən olan geyimlərdən istifadə etmir. 2007-ci ildə Natali süni materiallardan hazırlanan ayaqqabı istehsalına başlayaraq öz biznesini qurur. Portmanın aktyorlar Qael Qarsiya Bernal və Ceyk Cillenhalla romantik münasibəti olub. Natalinin multimilyarderlər Net Rotşildlə görüşdüyü ehtimal edilir. Aktrisa "Carmensita" klipinə çəkiləndən sonra, Venesuelanın folklor-müğənnisi Devendra Banhart ilə görüşməyə başlayıb.

Filmoqrafiya

  1. Leon (film, 1994) / Léon
  2. Soyuq dağ (film, 2003) / Cold Mountain
  3. Bağ ştatı (film, 2004) / Garden State
  4. V — Vendetta deməkdir (film, 2006) / V for Vendetta
  5. Paris, mən səni sevirəm (film, 2006) / Paris, je t'aime
  6. Qara qu quşu (film, 2010) / Black Swan
  7. Məhv olma (film) / Annihilation

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Natali Portman haqqında məlumat. Natali Portman nədir? Natali Portman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Urartu

  • Fevral 23, 2026

    Çar Rusiyası

  • Fevral 24, 2026

    4 iyul

  • Fevral 10, 2026

    Gürcüstan

  • Fevral 23, 2026

    Rus-yapon müharibəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst