Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fazil İmamverdi oğlu Nəcəfov (16 fevral 1935, Bakı – 11 iyul 2023, Bakı) — heykəltaraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan heykəl

Fazil Nəcəfov

  • Ana Səhifə
  • Vikipediya
  • Fazil Nəcəfov

Fazil İmamverdi oğlu Nəcəfov (16 fevral 1935, Bakı – 11 iyul 2023, Bakı) — heykəltaraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan heykəltaraşlığında avanqard üslubunun banilərindən biri.

Fazil Nəcəfov
Doğum tarixi 16 fevral 1935(1935-02-16)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 11 iyul 2023(2023-07-11) (88 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Buzovna
Fəaliyyəti heykəltaraş, rəssam
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1950–1955),
  • Moskva Dövlət Rəssamlıq İnstitutu[d] (1955–1961)
Stil avanqard
Tanınmış işi
  • Qara Qarayevin heykəli
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 20022002 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1988
"Şöhrət" ordeni — 20202020

Mündəricat

Həyatı

Nəcəfov Fazil İmamverdi oğlu 1935-ci ildə Bakıda dünyaya göz açıb. 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Burada Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltaraşlığın sirlərini öyrənib.

Fazil Nəcəfov 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutundan məzun olub. 1960-cı illərdən sərgilərdə iştirak edən rəssamın "İzahat" adlı heykəl kompozisiyası, daha sonra isə "Neftçi" əsəri ictimaiyyətin diqqətini cəlb edib.

Heykəltəraşın emalatxanasında "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi nümunələr var.

2014-cü ildə Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaratmışdır.

Hazırda Bakıda Müasir İncəsənət Muzeyinin toplusunun əhəmiyyətli hissəsi Fazil Nəcəfovun əsərlərindən ibarətdir.

2019-cu ilin yanvarında Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş "Göyə baxan daşlar" sənədli filminin təqdimatı keçirilmişdir.

Fazil Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülmüşdür. 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Fazil Nəcəfov 2023-cü il iyulun 11-də, 88 yaşında vəfat edib.

Filmoqrafiya

  • Üfüqü ötənlər (film, 2011)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fazil Nəcəfov haqqında məlumat. Fazil Nəcəfov nədir? Fazil Nəcəfov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qəbz

  • Fevral 27, 2026

    Syanbilər

  • Fevral 27, 2026

    Yabqu

  • Fevral 24, 2026

    SSRİ Prezidenti

  • Fevral 27, 2026

    Propilen

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst