Qurbangah və ya altar — adaq təqdim edilən və qurban kəsilən dini bina.

Qədim dinlərdə geniş yayılmış olan qurbangahlar, yəhudilik və xristianlıqda əhəmiyyətli bir yerə sahibdir. Qurbangahlar həm də memarlıq baxımından əhəmiyyətli abidələrdirlər. Qədim dinlərdən yadigar qalmış qurbangah xarabalıqları, dinlərin ritual xüsusiyyətlərini və ibadət ənənələrini öyrənmək baxımından müxtəlif ipucları daşıyırlar.
Arxeoloqlar tərəfindən tapılan ən mühüm qədim qurbangah yəhudilərin Misiri tərk etməsindən təxminən 40 il sonra Musanın xidmətçisi Yeşua tərəfindən eramızdan əvvəl 12-ci əsrdə inşa edilmiş Ebal dağındakı qurbangahdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qurbangah haqqında məlumat. Qurbangah nədir? Qurbangah nə deməkdir?