Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qazi ibn Feysəl ibn Hüseyn (ərəb. غازي ابن فيصل‎ Ġāzī bin Fayṣal; d. 21.3.1912, Məkkə, Hicaz, Osmanlı İmperiyası - 4.4.1939, Bağdad, İraq) — Haşimilər sülaləsin

I Qazi

  • Ana Səhifə
  • Vikipediya
  • I Qazi

Qazi ibn Feysəl ibn Hüseyn (ərəb. غازي ابن فيصل‎ Ġāzī bin Fayṣal; d. 21.3.1912, Məkkə, Hicaz, Osmanlı İmperiyası - 4.4.1939, Bağdad, İraq) — Haşimilər sülaləsindən İraqın ikinci kralı. İraq ordusunun feldmarşalı, donanma admiralı və İraq Hərbi Hava Qüvvələrinin marşalı.

I Qazi
ərəb. غازي‎
II İraq kralı
8 sentyabr 1933 – 4 aprel 1939
ƏvvəlkiI Feysəl
SonrakıII Feysəl
Şəxsi məlumatlar
Doğum tarixi 21 mart 1912(1912-03-21)
Doğum yeri
  • Məkkə, Hicaz vilayəti, Osmanlı imperiyası
Vəfat tarixi 4 aprel 1939(1939-04-04) (27 yaşında)
Vəfat yeri
  • Bağdad, İraq krallığı
Vəfat səbəbi Kəllə travması[d]
Təhsili
  • Harrou Məktəbi[d]
Fəaliyyəti monarx, hərbi qulluqçu
Atası Feysəl ibn Hüseyn əl-Haşimi
Anası Hüzeymə bint Nasir
Həyat yoldaşı
  • Aliyə bint Əli (1934)
Uşağı
  • II Feysəl
Dini İslam

Təltifləri "Serafimlər" ordeni Pəhləvi ordeni Supreme Order of the Renaissance "Məhəmməd Əli" ordeni Grand Order of the Hashimites Order of the Two Rivers
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qazi, İraqın birinci kralı I Feysəl ibn Hüseynin oğlu idi. O, atası türklərə qarşı döyüşlərdə olarkən, babası Hüseyn ibn Əli ilə birlikdə qalırdı. Buna görə də, o, utancaq və təcrübəsiz bir gənc kimi böyüdü.

1924-ci ildə Əli ibn Hüseyn əl-Haşiminin rəhbərliyi altında Haşimilər sülaləsi ilə birlikdə Hicazdan Bağdada köçdü və o vəliəhd elan edildi. Sandhurstdakı İngiltərə Krallığı Hərbi məktəbində və Bağdad Hərb Akademiyasında təhsil aldı. 1933-cü ildə atası Feysəl ibn Hüseynin ölümündən sonra hakimiyyətə gəldi. O atası kimi müstəqil siyasət yeritməyə çalışırdı.

1936-cı ilin oktyabrında "Əl-Axani" təşkilatının lideri Hikmət Süleymaninin dəstəyi və general Bəkir Sidqinin rəhbərliyi ilə həyata keçirilən dövlət çevrilişini dəstəklədi. Eyni zamanda İngiltərənin mühafizəsi altındakı Küveyt üzərində İraqın haqqı olduğunu müdafiə etdi.

Hicazın sonuncu Haşimi kralı, əmisi Əli ibn Hüseyn əl-Haşiminin qızı Aliyə Sultan ilə evləndi və bu evlilikdən bir oğlu dünyaya gəldi. 1939-cu ildə avtomobil qəzasında dünyasını dəyişdi. Yerinə oğlu Feysəl ibn Qazi keçdi.

Həmçinin bax

  • Haşimilər
  • Feysəl ibn Hüseyn əl-Haşimi
  • Feysəl ibn Qazi əl-Haşimi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Qazi haqqında məlumat. I Qazi nədir? I Qazi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dnepropetrovsk oblastı

  • Fevral 28, 2026

    Təpəgöz

  • Fevral 27, 2026

    İrrasional ədədlər

  • Fevral 25, 2026

    Saturn (planet)

  • Fevral 27, 2026

    Qadjet

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst