Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu söz 1868-ci ildə Fransanın bu dövrə aid ilk dəfə aşkar edilmiş Kromanyon (Cro-magnon) adamının qalıqlarının tapıldığı Kpo-Manyon mağarasının adından götürülm

Kromanyon

  • Ana Səhifə
  • Vikipediya
  • Kromanyon

Kromanyon — Üst Paleolit adamlarının ümumiləşdirilmiş adı, müasir insanın ilk əcdadlarından.

Ümumi məlumat

Bu söz 1868-ci ildə Fransanın bu dövrə aid ilk dəfə aşkar edilmiş Kromanyon (Cro-magnon) adamının qalıqlarının tapıldığı Kpo-Manyon mağarasının adından götürülmüşdür. Kromanyon adamı 30 min il əvvələ qədər yaşadığı təxmin edilən irqdir. Kromanyon adamı boyunun ucalığı, kəllə tağının hündürlüyü, üzünün enli olması və gözlərinin aşağı batıqlığı ilə xarakteriza olunur. Qübbə formasında kəllə sümüyünə, geniş alına malikdir. 1600 sm2-lik beyin həcmi müasir insanın orta beyin həcmindən çoxdur. Qalın qaş çıxıntıları var və kəllənin arxa hissəsində Neandertal adamının və Homo erectusun xarakterik xüsusiyyəti olan sümük çıxıntısı var. Təxminən 40 min il əvvəl meydana gələn, əsas məşğuliyyəti yemtoplama ve ovçuluq olan kromanyonlar daha da inkişaf etmiş və səsli nitqi öyrənmişdir.

Avropalı irq kimi qəbul edilməsinə baxmayaraq, Kromanyonun kəllə quruluşu və həcmi hazırda Afrika və tropik qurşaqlarda yaşayan bəzi irqlərə bənzəyir. Bu oxşarlığa əsaslanaraq onun Afrika mənşəli qədim irq olduğu təxmin edilir. Digər bəzi paleoantropoloji tapıntılar Kromanyon və Neandertal irqlərinin bir-birləri ilə qaynaşaraq dövrümüzdəki bəzi irqlərə əsas təşkil etdiklərini göstərir.

Nəticə etibarilə bu insanların heç biri "ibtidai növ"lər deyil, tarixən yaşamış, digər irqlərə qarışıb assimilyasiyaya uğrayaraq və ya nəsli kəsilib yox olaraq tarix səhnəsindən silinmiş fərqli insan irqləridir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kromanyon haqqında məlumat. Kromanyon nədir? Kromanyon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şöhrətpərəstlik

  • Fevral 28, 2026

    Nəqliyyat növləri

  • Fevral 27, 2026

    Rumex aquaticus

  • Fevral 24, 2026

    Metr

  • Fevral 27, 2026

    Balakənd

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst