Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tahir Yaqub oğlu Budaqov (1 yanvar 1965, Naxçıvan) — Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı (2026-cı ildən), Azərbaycan Respublikası Dövlət Statis

Tahir Budaqov

  • Ana Səhifə
  • Vikipediya
  • Tahir Budaqov

Tahir Yaqub oğlu Budaqov (1 yanvar 1965, Naxçıvan) — Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı (2026-cı ildən), Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sabiq sədri (2015–2026), YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri.

Tahir Budaqov
Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
9 fevral 2026-cı ildən
    ƏvvəlkiElxan İbrahimov
    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
    13 avqust 2015 – 9 fevral 2026
    ƏvvəlkiArif Vəliyev
    Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri
    Vəzifədədir
    5 mart 2021-ci ildən
      ƏvvəlkiƏli Həsənov
      Nizami rayon İcra Hakimiyyətinin başçısı
      23 sentyabr 2009 – 13 avqust 2015
      ƏvvəlkiMehbalı Əliyev
      SonrakıArif Qasımov
      Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
      1999 – 2006
      Şəxsi məlumatlar
      Doğum tarixi 1 yanvar 1965(1965-01-01) (61 yaş)
      Doğum yeri
      • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
      Partiya
      • Yeni Azərbaycan Partiyası
      Təhsili
      • Azərbaycan Tibb Universiteti
      Fəaliyyəti siyasətçi
      Elmi fəaliyyəti
      Elmi dərəcəsi
      • tibb üzrə fəlsəfə doktoru (1992)
      Təltifləri "Şöhrət" ordeni — 2024
      Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu — 2017
      Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

      Həyatı

      Tahir Yaqub oğlu Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuşdur.1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

      1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir (1992). 1997–1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir.

      1999–2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009–2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

      Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.

      3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olmuşdur. "SOS Uşaq Kəndləri — Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir. 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilmişdir.

      Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. Həmin gün YAP Sədrinin qərarı ilə YAP Sədrinin Müavini və YAP Mərkəz Aparatının rəhbəri təyin olunmuşdur.

      31 dekabr 2024-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

      Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2026-cı il tarixli sərəncamına əsasən o, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilmiş, Prezidentin digər sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

      Ailəsi

      Evlidir, 3 övladı var.

      vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tahir Budaqov haqqında məlumat. Tahir Budaqov nədir? Tahir Budaqov nə deməkdir?

      ←Növbəti YazıƏvvəlki Yazı→
      Ən Oxunanlar - Vikipediya
      • Fevral 20, 2026

        Dərbənd

      • Fevral 27, 2026

        Nur Camaatı

      • Fevral 27, 2026

        Rosario

      • Fevral 28, 2026

        Azərenerji

      • Fevral 27, 2026

        Quercoideae

      Trend Mahnılar
      • Fevral 21, 2026

        Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

      • Fevral 17, 2026

        Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

      • Fevral 21, 2026

        Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

      • Fevral 22, 2026

        Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

      • Fevral 25, 2026

        Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

      Studia

      • Vikipediya
      • Musiqi

      Xəbər Bülleteni Abunəliyi

      Əlaqə Saxlayın
      Bizimlə Əlaqə
      © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
      Müəllif hüquqları: Dadash Mammadov
      Üst