İlklərin şəhəri (az.-əski. ایلکلرین شهری) və ya pionerlər (öncülər) şəhəri (fars. شهر اولینها) — Təbriz şəhərinin qeyri-rəsmi ləqəbidir. Ləqəb İranda baş verən ilklərin bir çoxunun burada baş verməsinə və Təbriz şəhərinin İranın müasirləşməsinə verdiyi töhfələrinə görə verilmişdir.
Təbriz şəhərinin ilkləri
- Çap sənayesi: İlk çap binasının əsasə Şahzadə Abbas Mirzə tərəfindən Təbriz şəhərində qoyulmuşdur. Bu hadisədən 12 il keçdikdən sonra Tehran şəhərində nəşriyyat açılmışdır.
- Kitabxana: Tərbiyət kitabxanası İranda yaradılmış ilk ictimai kitabxanadır. 1921-ci ildə Məhəmməd Əli Tərbiyət tərəfindən yaradılmışdır.
- Qonaq evi və ya hotel: Təbriz İranda modern hotellərin və qonaq evlərinin tikildiyi ilk şəhərdir.
- Kinoteatr: İranda ilk ictimai kinoteatr 1900-cü ildə Təbriz şəhərində açılmışdır.
- Məktəb: Yeni üsulla tədris aparan ilk məktəb 1893-cü ildə Həsən Rüşdiyyə tərəfindən Təbriz şəhərində yaradılmışdır.
- Lal və kar'lar üçün bağça və məktəblər: İranda uşaqlar ədəbiyyatının banisi olan Cabbar Əsgərzadə, həmçinin İranda ilk dəfə kar və lallar üçün məktəb və bağçalar yaratmışdır.
- Yeni ədəbiyyat: Belə ki, Mirzə Əbdürrəhim Talıbov ədəbiyyatda yeni cərəyanın banisidir. Mirzə Fətəli Axundov isə bütün müsəlman şərqində dramaturgiyanın banisidir. Mirzə Ağa Təbrizi ilk farsca dramaturgiya nümunələri yazmış şəxsdir.
- Əsginas: Keyxatu xanın hakimiyyəti illərində Çao adlanan kağız pul çap edilmişdir. Lakin, əhali bunu qəbul etmədiyi üçün onun çapı sonradan dayandırılmışdır.
- Ticarət palatası: İranda ilk ticarət palatası 1906-cı ildə Təbriz şəhərində yaradılmışdır.
- Bələdiyyə: İranda ilk bələdiyyə 1908-ci ildə Təbriz şəhərində təşkil edilmişdir.
- Yanğınsöndürmə idarəsi: İranda ilk yanğınsöndürmə xidməti ilk dəfə 1842-ci ildə Təbriz şəhərində yaradılmışdır.
- Telefon: Təbriz İranda ilk şəhərdir ki, mərkəzləşmiş telefon xətti sisteminə malik olmuşdur (1901).
- Enerji stansiyası: İranın ilk enerji stansiyası və fabriki 1902-ci ildə Təbriz şəhərində yaradılmışdır.
- Qeyri-hökumət təşkilatı: İrandakı ilk Qeyri-hökumət təşkilatı 1952-ci ildə Təbriz şəhərində yaradılmışdır.
- Hava taksisi: İlk hava taksisi xidməti 2012-ci ildə Təbriz ilə Araz Azad Zonası arasında reallaşmışdır.
- Məhəmmədtağı xan Püsyan: İranın ilk pilotu və aviatorudur.
- Hüseyn Sadaqiani: İranın ilk legioner həyatı yaşamış futbolçusudur. Həmçinin, o, İranın yığma futbol komandasının ilk baş məşqçisi olmuşdur.
- Yəhya Ədl: İran cərrahiyyəsinin atası hesab edilir.
- Cavad Heyət: İranda müasi tibb elminin banisi hesab olunur. İranda türk dilinin və azərbaycanlıların haqları uğrunda uzun müddət mübarizə aparmışdır.
- Əhməd Hüseyn Ədl: İranda əkinçilik mexanizminin banisidir (1930).
- Mustafa Ədl: İranda insan azadlıqları və haqları mübarizəsinin banisi hesab edilir. İranın ilk hüquq professorlarındandır.
- Həmid Nitqi: İranda modern ictimai münasibətlərin banisi.
- Əzim Qeyçisaz: ilk İran alpinisti. 8 min metrdən çox hündürlüyü olmuş 12 dağa dırmanmışdır.
- İlk futbol muzeyi (2014)
- İlk mərkəzləmiş müasir polis sistemi (1907)
- İlk Qadın Cəmiyyəti (1908)
- İlk Seysmik stansiya (1855)
- İlk tibb bacılığı təhsili (1916)
- İlk xalçaçılıq təhsili (1994)
- İlk Məhdud Məsuliyyətli Cəmiyyət (1900)
- İlk Uşaq bağçası (1924)
- İlk xalq şuralarının formalaşması
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlklərin şəhəri haqqında məlumat. İlklərin şəhəri nədir? İlklərin şəhəri nə deməkdir?