Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sakarya döyüşü (türk. Sakarya meydan savaşı) — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türkiyə-Yunanıstan müharibələrində Atatürk tərəfindən çox böyük və qanlı dö

Sakarya döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Sakarya döyüşü

Sakarya döyüşü (türk. Sakarya meydan savaşı) — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türkiyə-Yunanıstan müharibələrində Atatürk tərəfindən çox böyük və qanlı döyüş mənasını verən "Melhame-i Kübra" ifadəsi ilə xatırlanan müharibə.

Sakarya döyüşü
Türk-Yunan müharibəsi
Türk komandanlar Duatəpə döyüşünü idarə edərkən. Mustafa Fevzi (Çaxmaq), Körpülü Kazım (Özalp), Mustafa Kamal (Atatürk), İsmət (İnönü) və Hayrullah (Fişəng)
Tarix 23 avqust-13 sentyabr 1921
Yeri Sakarya çayı, Ankara, Türkiyə
Nəticəsi Taktiki nəticəsizlik
Yunan hücumunun dayandırılması
Türk strategiya zəfəri
Münaqişə tərəfləri

Yunanıstan

Ankara Hökuməti

İtkilər

3758 ölü, 18955 yaralı, 354 itkin

5713 ölü, 18480 yaralı, 828 əsir və 14268 itkin

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Sakarya Meydan Müharibəsi, Anadolu türk tarixinin ən əhəmiyyətli döyüşlərindən biridir. Yunan generalı Papulas tərəfindən yunan ordularına Ankaraya hərəkat əmri verilmişdi. Döyüşü yunan tərəfi qazansa, Türkiyə Böyük Millət Məclisi Sevr müqaviləsini qəbul etmək məcburiyyətində qalacaqdı. Digər tərəfdən iyirmi dörd diviziyalıq rus əsgəri Qafqazda bu döyüşün nəticəsini gözləməkdə idi. Döyüşü türklərin uduzması halında Sevr müqaviləsi asanlıqla tətbiq edilə biləcəkdi.

    Nəticəsi

    Sakarya Meydan Müharibəsi sonunda türk ordusunun itkisi 5713 ölü, 18480 yaralı, 828 əsir və 14268 itkin olmaq üzrə cəmi 39289-dur. Yunan ordusunun itkisi isə 3758 ölü, 18955 yaralı, 354 itkin olmaq üzrə cəmi 23007-dir. Sakarya Meydan Müharibəsində çox sayda zabit itkisi olduğu üçün bu Müharibəyə "Zabit müharibəsi" adı da verilmişdir. Mustafa Kamal Atatürk bu müharibə haqqında "Sakarya Melhame-i Kübrası" yəni qan gölü, qan dəryası demişdir.

    Yunanlar üçün geri çəkilməkdın başqa variant qalmadı. Geri çəkilərkən türk əhalisinə qarşı etdiyi təcavüzlər, qundaqlamalar və soyğunçuluq nəticəsində 1 milyondan artıq türk evsiz-eşiksiz qaldı.

    Sakarya döyüşü, Türkiyə tarixində bir dönüş nöqtəsidir.

    Sakarya döyüşünün qazanılması türk xalqının ümumi döyüşün qazanılacağına olan inamını bərpa etmişdir. İstanbulda, bütün məscidlərdə Sakarya şəhidlərinə dualar oxunmuşdur. O ana qədər, Ankara ilə arasında məsafə saxlayan İstanbul mətbuatında bir sevinc duyğusu meydana gəlmişdir. Beynəlxalq cəmiyyətin (xüsusilə İngiltərənin) Türkiyə Böyük Millət Məclisi güclərinə baxışı dəyişmiş və Yunanıstan, arxasındakı İngiltərə dəstəyini itirmişdir.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sakarya döyüşü haqqında məlumat. Sakarya döyüşü nədir? Sakarya döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      İzobar (meteorologiya)

    • Fevral 27, 2026

      Risale-i Nur

    • Fevral 27, 2026

      İntifada

    • Fevral 27, 2026

      Şirvan düzü

    • Mart 01, 2026

      Gərgər (Hadişəhr)

    Trend Mahnılar
    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst