Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Frenk Arpad Darabont (28 yanvar 1959, Monbelyar[d], Du, Fransa) — amerikalı film rejissoru. O, üç dəfə "Oskar" və bir dəfə "Qızıl Qlobus" mükafatına namizəd olm

Frenk Darabont

  • Ana Səhifə
  • Vikipediya
  • Frenk Darabont

Frenk Arpad Darabont (28 yanvar 1959, Monbelyar[d], Du, Fransa) — amerikalı film rejissoru. O, üç dəfə "Oskar" və bir dəfə "Qızıl Qlobus" mükafatına namizəd olmuşdur. Karyerasına başladığı ilk vaxtlarda qorxu filmləri "Qarağac küçəsində qarabasma 3", "The Blob" və "The Fly II" üçün ssenari yazmışdır. Frenk ən çox yazıçı Stiven Kinqin əsərlərini ekranlaşdırması ilə tanınma qazanmışdır. O, Kinqin müəllifi olduğu romanları əsasında "Şouşenkdən qaçış", "Yaşıl mil" və "Duman" filmlərini çəkmişdir. Frenk həmçinin "Gəzən ölülər" teleserialının ilk mövsümünün rejissorluğunu etmişdir.

Frenk Darabont
mac. Darabont Ferenc Árpád
Doğum adı Ferenc Árpád Darabont
Doğum tarixi 28 yanvar 1959(1959-01-28) (67 yaş)
Doğum yeri
  • Monbelyar[d], Du, Fransa
Fəaliyyəti ssenarist, film prodüseri, kinorejissor, yazıçı, televiziya prodüseri[d], rejissor
Fəaliyyət illəri 1981-ci ildən
IMDb ID0001104
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Frenk Darabont 1959-cu ildə Fransanın Monbelyar şəhərindəki qaçqın düşərgəsində anadan olub. Onun valideynləri 1956-cı ildə Macar inqilabından sonra uşaqları ilə birlikdə Fransaya üz tutmuşdur. Frenk körpə olarkən ailəsi ABŞ-ə köçüb. Onlar Əvvəlcə Çikaqoya, daha sonra isə Frenkin beş yaşı olarkən Los-Ancelesə köçdülər.

Frenkin filmə olan marağı gənc yaşlarında Corc Lukasın rejissoru olduğu "THX 1138" filmini görən zaman başladı. O, orta məktəb təhsilini 1977-ci ildə Hollivud Liseyində başa vurmuşdur. Frenk ali təhsil almamışdır.

Məktəbi bitirdikdən sonra Frenk, Hollivuddakı Qraumanın Misir Teatrında işə götürülüb. O, bu kinoteatrda çalışarkən pul ödəmədən çoxlu filmlərə baxmaq imkanı qazanmışdı. Frenk boş vaxtlarında yazı makinasında yazı yazıb, masa başında saysız-hesabsız saatlar keçirərək yazı bacarıqlarını inkişaf etdirdiyini deyir. O, həmçinin uşaqlıq dostu Kodi Hillsə yazıçı kimi inkişafına töhfə verdiyinə görə təşəkkür edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Frenk Darabont haqqında məlumat. Frenk Darabont nədir? Frenk Darabont nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Anadolu Universiteti

  • Mart 01, 2026

    Həmdanilər

  • Fevral 27, 2026

    Ağyarpaq qovaq

  • Fevral 27, 2026

    II Layoş

  • Fevral 27, 2026

    Karl Popper

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst