Con Robert "Co" Koker (ing. John Robert "Joe" Cocker;20 may 1944[…], Şeffild, İngiltərə – 22 dekabr 2014[…]) — ingilis rok və blüz ifaçısı, bəstəkar və aktyor. Britaniya imperiyası ordeninin kavaleri.
| Co Koker | |
|---|---|
| ing. Joe Cocker | |
![]() Co Koker "Du Bout du Monde" festivalında (Fransa, 2013) | |
| Ümumi məlumatlar | |
| Doğum adı | Con Robert Koker |
| Doğum tarixi | |
| Doğum yeri | Şeffild, İngiltərə |
| Vəfat tarixi | |
| Vəfat yeri | Krouford, Kolorado, ABŞ |
| Vəfat səbəbi | ağciyər xərçəngi |
| Vətəndaşlığı | |
| Uşağı | yoxdur |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | müğənni, bəstəkar |
| Fəaliyyət illəri | 1960 — 2014 |
| Janrlar | blüz, rok |
| Musiqi alətləri | piano |
| Səs tembri | bariton |
| Albom şirkətləri | Regal Zonophone A&M Capitol EMI Decca |
| Mükafatları | |
| cocker.com | |
Xırıltılı bariton səsi sayəsində böyük məşhurluq qazanmışdır. Onun ən məşhur mahnıları Summer in the City, My Father’s Son, Unchain My Heart, You Can Leave Your Hat On, Now That the Magic Has Gone, N`oubliez jamais və Kokerə ilin ən yaxşı musiqisi kateqoriyasında "Oskar" mükafatını qazandıran Up Where We Belong blüz və rok balladalarıdır.
2008-ci ildə müğənninin adı "Rolling Stone" jurnalının tərtib etdiyi "Bütün zamanların 100 ən böyük müğənnisi" siyahısında 97-ci yerdə qərarlaşmışdır.
Həyatının son illərində tez-tez xəstələnirdi. 2014-cü ilin 17 sentyabrında Billi Coel səhnədə çıxış edərkən Kokerin səhhətinin qənaətbəxş olmadığını və onun adının "Rok-n-rol şərəf zalı"na daxil edilməli olduğunu bildirmişdi. Müğənni 22 dekabr 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Krouford şəhərində ağciyər xərçəngindən vəfat etmişdir.
Diskoqrafiya

- 1969 — With a Little Help from My Friends
- 1969 — Joe Cocker!
- 1970 — Mad Dogs & Englishmen
- 1972 — Something to Say
- 1974 — I Can Stand a Little Rain
- 1975 — Jamaica Say You Will
- 1976 — Stingray
- 1978 — Luxury You Can Afford
- 1982 — Sheffield Steel
- 1984 — Civilized Man
- 1986 — Cocker
- 1987 — Unchain My Heart
- 1989 — One Night of Sin
- 1990 — Joe Cocker Live
- 1992 — Night Calls
- 1992 — The Best of Joe Cocker
- 1994 — Have a Little Faith
- 1995 — The Long Voyage Home
- 1996 — Organic
- 1997 — Across from Midnight
- 1999 — No Ordinary World
- 2002 — Respect Yourself
- 2004 — Heart & Soul
- 2007 — Hymn for My Soul
- 2010 — Hard Knocks
- 2012 — Fire It Up
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Co Koker haqqında məlumat. Co Koker nədir? Co Koker nə deməkdir?
