Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rafiq Rəsul oğlu Xələfov (5 iyul 1939, Bakı – 11 oktyabr 1998, Bakı) — mühəndis, Əməkdar mühəndis, dövlət xadimi.

Rafiq Xələfov

  • Ana Səhifə
  • Vikipediya
  • Rafiq Xələfov

Rafiq Rəsul oğlu Xələfov (5 iyul 1939, Bakı – 11 oktyabr 1998, Bakı) — mühəndis, Əməkdar mühəndis, dövlət xadimi.

Rafiq Xələfov
Azərbaycan Respublikası Baş nazirinin müavini
24 iyun 1997 – 11 oktyabr 1998
Baş nazirArtur Rasizadə
Azərbaycan SSR avtomobil yollarının tikintisi və istismarı naziri
4 iyul 1979 – 2 yanvar 1989
ƏvvəlkiDadaş Asanov
Sonrakınazirlik ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyul 1939(1939-07-05)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 11 oktyabr 1998(1998-10-11) (59 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1965–1991)
Təhsili
  • Azərbaycan Politexnik İnstitutu (–1962)
Fəaliyyəti dövlət qulluqçusu
Həyat yoldaşı
  • Rəfiqə Əliyeva
Uşağı
  • Fəxriyə Xələfova
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 1980
Azərbaycan SSR əməkdar mühəndisi — 1982

Həyatı

Rafiq Rəsul oglu Xələfov 1939-cu ildə anadan olmuşdur. Rafiq Xələfov 1979–1989-cu illərdə avtomobil yollarının istismarı və tikintisi naziri olmuşdur.

Rafiq Xələfov 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirəndən sonra müxtəlif sahələrdə çalışmışdır. 1962–1965-ci illərdə "Azərtəsərrüfat" Dövlət Layihə İnstitutunda iqtisadçı, iş icraçısı, baş mühəndis vəzifələrində çalışmışdı. Sonra "Azərdəniznefttikinti" trestinin baş mühəndisi vəzifəsinə irəli çəkilmişdi. 1969-cu ildə Suriyanın neft yataqlarında tikinti işlərinin aparılmasında iştirak etmək üçün bu ölkəyə ezam olunmuşdu.

Sonralar neft sənayesi tikintisi üzrə səriştə və təcrübəsini nəzərə alaraq R. Xələfovu keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin "Xəzərdənizneft" İstehsalat Birliyi baş direktorunun müavini, "Xəzərdənizneftqazsənaye" Ümumittifaq Sənaye Birliyi rəisinin müavini vəzifələrinə irəli çəkmişdilər.

Rafiq Xələfov Tovuzda və Zərdabda Kür, İmişlidə Araz, Naxçıvanda Naxçıvançay, Laçında Pircahançay, Qazaxda Ağstafaçay üzərində körpülərin salınmasında bilavasitə rəhbərlik və iştirak edib. Həmin illərdə Lökbatan-Ələt, Bakı- Sumqayıt-H. Z. Tağıyev-Giləzi magistrallarında hərəkəti tənzimləyən körpülər də salınıb.

Azərbaycanın yol tarixində ilk dəfə olaraq şose yollarının uzunmüddətli inkişaf proqramı da (1981–2000-ci illər üçün) onun rəhbərliyi ilə işlənib hazırlanmışdı.

1989–1993-cü illərdə Nazirlər Kabinətinin İşlər İdarəsində şöbə müdiri, baş nazirin müşaviri, 1993-cü ildən başlayaraq "Xalq üçün mallar" Dövlət Konserninin idarə heyətinin sədri vəzifəsində çalışıb.

1997-ci ildə Baş nazirin müavini təyin edilib.

R. Xələfov əməyinə görə orden və medallarla təltif olunmuşdu. İki çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdi.

Ailəsi

Fəxriyyə Xələfovanın atasıdır. Rəfiqə Əliyevanın həyat yoldaşıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rafiq Xələfov haqqında məlumat. Rafiq Xələfov nədir? Rafiq Xələfov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Kibermüharibə

  • Fevral 27, 2026

    Şahin

  • Fevral 27, 2026

    Toğrul şah

  • Fevral 27, 2026

    Karl Valua

  • Fevral 27, 2026

    Müqəddəs Aqnes

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst