Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Süleymaniyyə camisi — Sultan Süleyman Qanuninin şərəfinə 1550–1558-ci illərdə İstanbulda Memar Sinanın layihəsi əsasında inşa edilən camidi.

Süleymaniyyə məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Süleymaniyyə məscidi

Süleymaniyyə camisi — Sultan Süleyman Qanuninin şərəfinə 1550–1558-ci illərdə İstanbulda Memar Sinanın layihəsi əsasında inşa edilən camidi.

Süleymaniyyə məscidi
Süleymaniye Camii
Süleymaniyyə camisinin xarici görünüşü
Süleymaniyyə camisinin xarici görünüşü
Ölkə
  •  Türkiyə
Yerləşir İstanbul ili, Fatih
Memar Memar Sinan
Tikilmə tarixi 1550
Üslubu Osmanlı memarlığı
Hündürlüyü 53 m
41°00′58″ şm. e. 28°57′50″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Memar Sinanın şagirdlik dövrü əsəri olaraq qiymətləndirilən Süleymaniyyə camisi mədrəsə, kitabxana, şəfa evi, hamam, imarət, hazirə və dükanlardan ibarət Süleymaniyyə Külliyəsinin bir hissəsi olaraq inşa edilmişdir.

Mündəricat

Struktur özəllikləri

Süleymaniyyə camisi klassik Osmanlı memarlığının ən önəmli örnəklərindən biridir. İnşasından günümüzədək İstanbulda 100-dən çox zəlzələ olmasına baxmayaraq, caminin divarlarında ən kiçik çat belə yoxdur. 4 fil ayağı üzərində oturan caminin qübbəsi 53 metr hündürlüyündə və 27,5 metr səviyyəsindədir. Bu əsas qübbə Ayasofyada da olduğu kimi iki yarımqübbə ilə dəstəklənmişdir. Qübbə kasnağında 32 pəncərə var. Cami avlusunun dört küncünün hərəsində bir minarə yer alıb. Bu minarələrin camiyə bitişik olan ikisi üç şərəfəli və 76 metr yüksəkliyində, cami avlusunun şimal küncündə son camaat yeri giriş hissəsində divarın küncündə olan digər iki minarə isə iki şərəfəli və 56 metr hündürlüyündədir. Caminin içərisi qəndil tüstüsünü təmizləyəcək hava axımına uyğun inşaa edilmişdir. Yəni, caminin içərisində yağ lampalarından çıxan hislərin tək bir otaqda toplanmasını təmin edən hava axımı əmələ gələcək şəkildə inşa edilib. Qəndilin hisi əsas giriş qapısının üzərindəki otaqda toplanaraq mürəkkəb hazırlanmasında istifadə olunub.

28 revakla əhatələnmiş cami avlusunun mərkəzində düzbucaqlı formasında şadırvan var. Caminin qiblə tərəfində içərisində Qanuni Sultan Süleymanın və xanımı Xürrəm Sultanın olduğu hazirə mövcuddur. Qanuni Sultan Süleymanın türbəsinin qübbəsi ulduzlu səma görünüşü almağı üçün içəridəki metal lövhələrin araları almazlarla bəzədilib.

Caminin bəzədilməsi baxımından sadə quruluşa sahibdir. Mehrab divarındakı pəncərələr vitrajlarla bəzədilib. Mehrabın hər iki tərəfindəki pəncərələrin üzərində yer alan çini medalyonlarda Fəth surəsi caminin əsas qübbəsinin mərkəzində isə Nur surəsi yazılıb. Caminin xəttatı Həsən Çələbidir.

Süleymaniyyə camisinin 4 minarəsi var. Bunun səbəbi Qanuninin İstanbulun fəthindən sonrakı dördüncü padşah; bu dörd minarədəki on şərəfənin də Osmanlının 10-cu padşahı olduğunun işarəsidir.

Osmanlı külliyələri içində Fateh külliyəsindən sonra ikinci böyük külliyə Süleymaniyyə külliyəsidir. Külliyə İstanbul yarımadasının Haliç, Mərmərə, Topqapı Sarayı və Boğaziçini görən mərkəzdəki ən hündür təpədə inşa edilmişdir. Camii mədrəsələr, darüş-şəfa, darül-hədis, çeşmə, darül-kürra, darüz-ziyafə, imarət, hamam, tabhane, kitabxana və dükanlardan ibarət külliyədə Memar Sinanın türbəsi çöl avlu divarlarının qarşısında təvazökar, kiçik inşadır.

Qalereya

  • Məscidə aid Osmanlı miniatürü
    Məscidə aid Osmanlı miniatürü
  • Süleymaniyyə Məscidi, 1890-cı ildə
    Süleymaniyyə Məscidi, 1890-cı ildə
  • Süleymaniyyə məscidinin yüksəklikdən çəkilmiş fotosu, 1903-cü il. Bruklin Muzey Arxivi, Goodyear Arxiv Kolleksiyası
    Süleymaniyyə məscidinin yüksəklikdən çəkilmiş fotosu, 1903-cü il. Bruklin Muzey Arxivi, Goodyear Arxiv Kolleksiyası
  • Süleymanın məqbərəsi
    Süleymanın məqbərəsi
  • Xürrəm Sultanın məqbərəsi
    Xürrəm Sultanın məqbərəsi
  • Süleymaniyyə məscidinin qərbdən bağçaya girişi
    Süleymaniyyə məscidinin qərbdən bağçaya girişi
  • Süleymaniyyə Məscidi Qərb girişi
    Süleymaniyyə Məscidi Qərb girişi
  • Süleymaniyyə məscidinin xarici sütunları
    Süleymaniyyə məscidinin xarici sütunları
  • Şimal tərəfdən Süleymaniyyə məscidinin görünüşü
    Şimal tərəfdən Süleymaniyyə məscidinin görünüşü
  • Süleymaniyyə məscidinin cənub tərəfdən görünüşü
    Süleymaniyyə məscidinin cənub tərəfdən görünüşü
  • Süleymaniyyə məscidinin günbəzlərinin çöldən görünüşü
    Süleymaniyyə məscidinin günbəzlərinin çöldən görünüşü
  • Süleymaniyyə məscidinin günbəzləri
    Süleymaniyyə məscidinin günbəzləri
  • Namaz zalı və çilçıraq
    Namaz zalı və çilçıraq
  • Müəzzinin mahfili
    Müəzzinin mahfili
  • Süleymaniyyə Məscidi namaz zamanı
    Süleymaniyyə Məscidi namaz zamanı
  • Məscidin gecə zamanı görünüşü
    Məscidin gecə zamanı görünüşü
  • Portiko və minarələrdən biri
    Portiko və minarələrdən biri
  • Süleymaniyyə məscidinin pəncərəsi
    Süleymaniyyə məscidinin pəncərəsi
  • Süleymaniyyə Məscidinin Uzaq Görünüşü
    Süleymaniyyə Məscidinin Uzaq Görünüşü
  • Qiblə divarı və mehrabı əks etdirən Süleymaniyyə məscidinin interyeri.
    Qiblə divarı və mehrabı əks etdirən Süleymaniyyə məscidinin interyeri.

Ədəbiyyat

  • Atasoy, Nurhan; Raby, Julian. Petsopoulos, Yanni (redaktor). Iznik: The Pottery of Ottoman Turkey. London: Alexandria Press. 1989. ISBN 978-1-85669-054-6.
  • Baer, Marc David. "The great fire of 1660 and the Islamization of Christian and Jewish space in Istanbul". International Journal of Middle East Studies. 36 (2). 2004: 159–181. doi:10.1017/S002074380436201X. JSTOR 3880030.
  • Denny, Walter B. Iznik: the Artistry of Ottoman Ceramics. London: Thames & Hudson. 2004. ISBN 978-0-500-51192-3.
  • Goodwin, Godfrey. A History of Ottoman Architecture. London: Thames & Hudson. 2003 [1971]. 215–239. ISBN 978-0-500-51192-3.
  • Necipoğlu-Kafadar, Gülru. "The Süleymaniye Complex in Istanbul: an interpretation". Muqarnas. 3. 1985: 92–117. doi:10.2307/1523086. JSTOR 1523086.
  • Necipoğlu, Gülru. The Age of Sinan: Architectural Culture in the Ottoman Empire. London: Reaktion Books. 2005. ISBN 978-1-86189-253-9.
  • Sumner-Boyd, Hilary; Freely, John. Strolling through Istanbul. London: Tauris Parke. 2010. 199–208. ISBN 978-1-84885-154-2.
  • Barkan, Ömer Lûtfi. Süleymaniye Cami ve İmareti İnşaatı (1550-1557) (türk). (2 Volumes). Ankara: Türk Tarih Kurumu Basımevi. 1972–1979. OCLC 614354340.
  • Faroqhi, Suraiyah. Subjects of the Sultan: Culture and Daily Life in the Ottoman Empire. London: I.B. Tauris. 2005. ISBN 1-85043-760-2.
  • Kolay, İlknur Aktuğ; Çelik, Serpil. "Ottoman stone acquisition in the mid-sixteenth century: the Süleymaniye Complex in Istanbul". Muqarnas. 23. 2006: 251–272. JSTOR 25482444.
  • Morkoç, Selen B. "Reading architecture from the text: the Ottoman story of the four marble columns". Journal of Near Eastern Studies. 67. 2008: 31–47. doi:10.1086/586669.
  • Rogers, J.M. Sinan: Makers of Islamic Civilization. London: I.B. Tauris. 2007. ISBN 978-1-84511-096-3.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Süleymaniyyə məscidi haqqında məlumat. Süleymaniyyə məscidi nədir? Süleymaniyyə məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Salvador Dali

  • Fevral 27, 2026

    Arnold Zommerfeld

  • Fevral 23, 2026

    Taksonomiya

  • Fevral 27, 2026

    I Manuel

  • Fevral 27, 2026

    Cozef Bonapart

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst