Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Quşçuluq kənd təsərrüfatının çox xeyirli sahəsidir. Toyuqlar 5 aylığında yumurtalamağa başlayır. 10 toyuq yumurtası 1kq mal ətinə bərabər qidalılığa bərabərdir.

Quşçuluq təsərrüfatı

  • Ana Səhifə
  • Vikipediya
  • Quşçuluq təsərrüfatı

Quşçuluq kənd təsərrüfatının çox xeyirli sahəsidir. Toyuqlar 5 aylığında yumurtalamağa başlayır. 10 toyuq yumurtası 1kq mal ətinə bərabər qidalılığa bərabərdir. Beləliklə məhsuldarlığı 230-250 yumurtadan ibarət bir toyuq ildə təqribən 25 kq ətə bərabər məhsul verir və buna da ət istehsalına nisbətən 2-4 dəfə az yem sərf edilir. Toyuqçuluq birinci növbədə yumurta istehsalı istiqamətində ixtisaslaşdırılmalıdır. Broyler (çolpa) istehsalı yalnız o vaxt müvəffəqiyyətli olur ki, onların yetişdirilməsində mələz quşlar və ixtisaslaşdırılmış ətlik xətlər (korniş, ağ plimutrok, susseks, ağ quyruqlu qırmızı toyuq cinsləri) bir-birilə düzgün əlaqələndirilib istifadə edilsin.

Hind toyuqlarının yetişdirilməsi birinci növbədə sürünün yaxşı yemlənməsi və saxlanmasından cavan quşların düzgün bəslənməsindən və damazlıq işinin lazımi səviyyədə təşkilindən aslıdır. Planlı cins olaraq Şımali-Qafqaz hind toyuğunu tövsiyə etmək olar. Yerli hind toyuqları iqlim şəraıtınə yaxşı uyğunlaşsalar da az məhsuldardır (Yaşlı hind toyuğu cəmi 5-7 kq gəlir). Şimali-Qafqaz hind toyuqları isə yerli cinslərdən məhsuldar (10-12 kq) olmaqla daha əlverişlıdir.

Dağlıq və dağətəyi zonalarda ən az qüvvəli yem sərf etməklə, ucuz otlaq yemindən istifadə edərək hər il yüz minlərlə qaz yetişdirmək və kökəltmək mümkündür.

İnkubator

İnkubator yumurtaların temperaturasını və nəmliyini avtomatik olaraq nəzarət edən bir cihazdır. İnkubatorlar, yumurtaların qüvvətlənməsi və yumurtadan çıxan cücələrin isti, təmiz və müsait şərait altında yetişməsi üçün istifadə olunur (İnkubator alqı-satqısı və quşçuluqdakı yeri haqqına məlumat almaq üçün klik edin).

İnkubatorlar çox vaxt fermalarda, araşdırma laboratoriyalarında və ev heyvançılıqda istifadə olunur. İnkubatorların əsas məqsədi, yumurtalar üçün optimal şəraitin yaradılmasıdır. İnkubatorlar, temperaturanı, nəmliyi, dövrələrin sayını və dövrələr arasındakı fərq və davamlılığı avtomatik olaraq tənzimləyə bilən sensor və nəzarət sistemləri ilə təchiz olunur.

Yumurtaların temperaturası və nəmliyi, inkubatorun daxilindəki sensor və nemləndirici sistem vasitəsilə izlənilir və tənzimlənir. İnkubatorlar çox vaxt yumurtalara optimal istilik və nəmliyi təmin etmək üçün elektrik enerjisi ilə işləyir. Bu şəkildə, yumurtaların qüvvətlənmə prosesi təmin edilir və cücələr lazımlı vaxtda yumurtadan çıxır.

İnkubatorlar ayrıca yumurtalardan çıxan cücələrin həyat şərtlərinin təmin edilməsi üçün də istifadə olunur. Temperaturanın və nəmin dəyişdirilməsi, cücələrin sağlamlığı, səhiyyəsi və nəzarət altında saxlanılması üçün əhəmiyyətli olan faktorlardır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Quşçuluq təsərrüfatı haqqında məlumat. Quşçuluq təsərrüfatı nədir? Quşçuluq təsərrüfatı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İrakli Kvirikadze

  • Fevral 27, 2026

    Polyaris (personaj)

  • Fevral 27, 2026

    Elektromaqnit şüalanması

  • Fevral 27, 2026

    Xış

  • Fevral 27, 2026

    Alkenlər

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst