Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ələkbər Salahzadə (15 mart 1941, Cimi, Quba rayonu – 1 sentyabr 2013) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Rəsul Rza adına mükafat la

Ələkbər Salahzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Ələkbər Salahzadə

Ələkbər Salahzadə (15 mart 1941, Cimi, Quba rayonu – 1 sentyabr 2013) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Rəsul Rza adına mükafat laureatı (2002), Əməkdar incəsənət xadimi (2005).

Ələkbər Salahzadə
Ələkbər Baba oğlu Məmmədsalahlı
Doğum tarixi 15 mart 1941
Doğum yeri Cimi, Quba rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1 sentyabr 2013 (72 yaşında)
Vəfat səbəbi ürək tutması
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti şair
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20052005
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Məmmədsalahlı Ələkbər Baba oğlu – 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olmuşdur. Orta məktəbi Qonaqkənddə başa vurub ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, illər keçdikcə dövri mətbuatda çıxış etmişdir. "Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olmuşdur (1965-1967). Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor (1966), "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor (1968-1976), Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini (1976-1989) işləmişdir. Sonra "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri (1989-1992), baş redaktor (1992-2004), "Qobustan" jurnalının baş redaktoru (2004) vəzifəsində çalışmışdır. 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlamışdır. Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı vardır. "Kölgədən qorxan" (1983) Şəki, "Yayın qış gecələri" (1985) Sumqayıt, "Nağaraçı naxırçı" (1987) pyesləri Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.

Əsərləri

  • Beş yarpaq (şeirlər və poema). Bakı: Gənclik, 1968, 108 səh.
  • Od hevkəli(şeirlər və poema). Bakı: Gənclik, 1970, 107 səh.
  • Gözlər baxır dünyaya (şeirlər və poemalar). Bakı: Yazıçı, 1979, 136 səh.
  • Xatirə çiçəyi (şeirlər və poema). Bakı: Yazıçı, 1982, 144 səh.
  • Yerimiz bir, göyümüz bir (şeirlər və poemalar). Bakı: Yazıçı, 1986, 192 səh.
  • Od odası (şeirlər və poemalar). Bakı: 1989, 182 səh.
  • Yanıltmaclı əlifba. Bakı: Gənclik, 1995, 128 səh.
  • "Xocalı xəcilləri", B.. Şirvannəşr, 2006, 46 səh.
  • "Vaxt vadisi", B., Nərgiz, 2007, 204 səh.
  • "Mikayıl Müşfiqin monoloqu", B., Nərgiz, 2008, 56 səh.
  • "İtən karandaşların nağılı", B., Beşik, 2008, 34 səh.
  • "Alma gəmirən qurdun nağılı", B., Beşik, 2008, 34 səh.
  • "Oxatan kirpinin nağılı", B., Beşik, 2008, 42 səh.
  • "Pələng olmaq istəyən pişik", B., Beşik, 2008, 34 səh.
  • "Kim nəyə bənzəyir", B., Beşik, 2008, 30 səh.
  • "Meşədən küsən ayı", B., Beşik, 2009, 30 səh.
  • "Taladakı tənha ağacın nağılı", B., Beşik, 2008, 34 səh.
  • "Dost axtaran çəpişin nağılı", B., Beşik 2009, 28 səh.
  • "Dağa çıxan bağanın nağılı", B., Beşik, 2009, 34 səh.
  • "Lovğa xoruz", B., Beşik, 2009, 38 səh.
  • "Ayının sualı", B., Beşik, 2009, 32 səh.
  • "Qobustan", B.. Beşik, 2009, 32 səh.

Tərcümələri

(ruscadan)

  • 1.A.Tarkovski. Gözəl Gülayim haqqında povest. Bakı: Gənclik, 1970, 192 səh.
  • 2.Pyatras Svirka, Tülkünün kələyi. Bakı: Gənclik, 1970, 16 səh.
  • 3.A.Platonov. Dörd hekayə. Bakı: Gənclik, 1971, 51 səh.
  • 4.Lorens Sterin, Fransaya və İtaliyaya sentimental səyahət. Bakı: Gənclik, 1973, 166 səh.
  • 5.A.V.Sofranov. Vida poeması. Bakı: Yazıçı, 1980, 148 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ələkbər Salahzadə haqqında məlumat. Ələkbər Salahzadə nədir? Ələkbər Salahzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mixail Kavelaşvili

  • Fevral 24, 2026

    İon

  • Fevral 28, 2026

    Lepilemurlar

  • Fevral 25, 2026

    Xarici siyasət

  • Fevral 27, 2026

    Təhkiyə

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst