Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlk olaraq "Şəki fəhləsi" adı ilə nəşrə başlamış, daha sonra "Nuxa işçisi", "Nuxa fəhləsi" adlanmışdır. Qəzet "Nuxa fəhləsi" adı ilə 6 may 1962-ci ilə qədər Azə

Şəki (qəzet)

  • Ana Səhifə
  • Vikipediya
  • Şəki (qəzet)

"Şəki" — 1920-ci ildən nəşr edilən qəzet.

"Şəki" qəzeti
Qəzetin 1962-ci ildə "Lenin bayrağı" adı ilə 1-ci sayı
Format 1 çap vərəqi (A1)
Təsisçi Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin qəzeti
(8 may 1962-ci il tarixi 1-ci say və 20 yanvar 1965-ci il tarixli 458 sayından 39 iyun 1965-ci il tarixli sonuncu -525-ci sayınadək)
Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin Nuxa rayonlararası qəzeti
(10 may 1962-ci il tarixli 2-ci sayından, 15 mart 1963-cü il tarixdə çap edilmiş 174-cü sayınadək)
Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı
(17 mart 1963-cü il tarixli 175-ci sayından, 17 yanvar 1965-ci il tarixli 457-ci sayınadək))
Redaktor Məhyəddin Abbasov
Yaranma tarixi 1920
Dil azərbaycanca
Qiymət 2 qəpik (LB)
Səhifə 4 (LB)
Ünvan Nuxa, Şəki küçəsi 38

Mündəricat

Tarixi

İlk olaraq "Şəki fəhləsi" adı ilə nəşrə başlamış, daha sonra "Nuxa işçisi", "Nuxa fəhləsi" adlanmışdır. Qəzet "Nuxa fəhləsi" adı ilə 6 may 1962-ci ilə qədər Azərbaycan KP Nuxa şəhər komitəsi və rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin orqanı idi.

"Şəki fəhləsi" qəzetinin 1930-cu il sayı (əski latın qrafikası ilə)

8.05.1962-ci il − 30.06.1965-ci il tarixləri arasında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin Nuxa məhəlli kolxoz-sovxoz istehsalat idarəsi yanında rayonlararası qəzet kimi "Lenin bayrağı" adı ilə nəşr olunmuşdur. "Nuxa fəhləsi"nin həftədə 3 sayı çap olunmuşdusa (1961), "Lenin bayrağı" əvvəlcə bir müddət həftədə 4 dəfə çap edildi. Daha sonra "Lenin bayrağı" qəzetinin 175-ci sayından (17.03.1963) 457-ci sayınadək (17.01.1965) qəzet Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı olmuş, o dövrlərin rayon qəzetləri kimi həftədə cəmi 3 dəfə çıxmışdı.

"Lenin bayrağı" qəzetinin 30 iyun 1965-ci il tarixli 525-ci sayından sonra, qəzet yenidən "Nuxa fəhləsi" adlandırılmışdır. Qəzet "Nuxa fəhləsi" adlananda da, "Lenin bayrağı" olanda da redaktoru Məhyəddin Abbasov idi.

2 iyul 1965-ci ildən "Nuxa fəhləsi" adı bərpa edilmişdir. Bundan sonra "Vartaşen kolxozçusu" qəzeti "Lenin bayrağı" adlandı və Sovet dövrünün sonuna qədər həmin ad altında nəşr olundu.

18 mart 1968-ci ildə Nuxa şəhərinin və Nuxa rayonunun adları müvafiq olaraq “Şəki şəhəri” və “Şəki rayonu” olaraq dəyişdirildikdən sonra "Nuxa fəhləsi" qəzetinin adı da "Şəki fəhləsi" olaraq dəyişdirildi. 1991-ci ildən sonra isə qəzet "Şəki" adı ilə nəşr edilir.

Həmçinin bax

  • Qusar (qəzet)
  • Şəfəq (qəzet)
  • Zaqatala (qəzet)
  • Şərq qapısı (qəzet)

Qeydlər

  1. Qəzetin 10 may 1962-ci il tarixli 2-ci sayından, 15 mart 1963-cü il tarixdə çap edilmiş 174-cü sayınadək, başlığının altında "Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin Nuxa rayonlararası qəzeti" olması qeyd edilirdisə, 17 mart 1963-cü il tarixli 175-ci sayından, 17 yanvar 1965-ci il tarixli 457-ci sayınadək, başlığının altında "Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı" olması, bundan sonra – 20 yanvar 1965-ci il rarixli 458 sayından etibarən isə qəzetin yenə də lap əvvəlki kimi, Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin qəzeti olması göstərilir.
  2. "Nuxa fəhləsi" qəzetinin 6277/53-cü sayı 6 may 1962-ci il tarixdə, 6802/1-ci sayı isə 2 iyul 1965-ci il tarixdə çap olunmuşdur. Başqa sözlə, 2 iyul 1965-ci il tarixdə "Nuxa fəhləsi"nin nəşri bərpa edilərkən, qəzetin çıxmadığı dövrlərdə Nuxada nəşr olunan "Lenin bayrağı" qəzetinin 525 sayı da "Nuxa fəhləsi" qəzetinin say hesabına əlavə edilmişdir.

İlkin mənbə

  • "Lenin bayrağı" və "Nuxa fəhləsi" qəzetlərinin 1961-1965-ci ildə çap edilmiş nüsxələrinin komplektləri (Salis Məmmədovun şəxsi arxivindən).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şəki (qəzet) haqqında məlumat. Şəki (qəzet) nədir? Şəki (qəzet) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xarimkotan

  • Fevral 21, 2026

    Plankton

  • Fevral 27, 2026

    Sarvan (Şabran)

  • Fevral 27, 2026

    Nexen (nom)

  • Fevral 24, 2026

    Həkim

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst