Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Salis Məmmədsani oğlu Məmmədov (1 iyul 1932, Nuxa – 29 yanvar 2009, Şəki) — "Şəkinin səsi" və "İpəkçi" qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Re

Salis Məmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Salis Məmmədov

Salis Məmmədsani oğlu Məmmədov (1 iyul 1932, Nuxa – 29 yanvar 2009, Şəki) — "Şəkinin səsi" və "İpəkçi" qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (23.10.1991).

Salis Məmmədov
Salis Məmmədsani oğlu Məmmədov
Salis Məmmədov
Salis Məmmədov
Doğum tarixi 1 iyul 1932
Doğum yeri Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 29 yanvar 2009 (76 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Uşaqları Vəfa Məmmədova,
Aydın Məmmədov
Atası Məmmədsani
Milliyyəti azərbaycanlı
İxtisası Jurnalistika
Təhsili BDU
Fəaliyyəti jurnalist
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 19911991
"Tərəqqi" medalı
"Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Mündəricat

Həyatı

Salis Məmmədov 1 iyul 1932-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. 1948-ci ildə Nuxa radio məlumatları redaksiyasında məlumatçı kimi əmək fəaliyyətinə başlamış və 1951-ci ilə - Nuxa radio verilişləri redaksiyası ləğv edilənədək orada işləmişdir.

1952-ci ildən "Nuxa fəhləsi" qəzeti redaksiyasında, 1962-ci ildən isə Nuxa rayonlararası "Lenin bayrağı" qəzetində ədəbi işçi olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1965-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində onun vasitəçiliyi ilə Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması "Nuxa fəhləsi" qəzetində nəşr edilmişdir.

1965-ci ilin aprelində Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə Nuxa İpək Kombinatının "İpəkçi" qəzetinə redaktor təyin edilmiş və 2009-cu ilin yanvar ayına qədər - 44 il bu qəzetin redaktoru olmuşdur. 1990-cı ilin dekabrında "İpəkçi"nin ənənəvi təsisçilərindən imtina etmiş və bu qəzeti "Şəki İpəkçilərinin Açıq Tribunası" elan edərək, qəzetin başlığı üstündəki V.İ.Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan "Bütün ölkələrin proletarları birləşin!" şüarını yığışdırmışdır. Bu, həmin vaxta qədər Azərbaycanda analoqu olmayan, SSRİ-də isə yalnız nadir təsadüf edilən hadisə idi.

Salis Məmmədov Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" bülleteninin redaksiya heyətinin üzvü idi. O, 1993-cü ildə oğlu Aydın Məmmədovla birlikdə ilk müstəqil region qəzeti olan "Şəkinin səsi"ni təsis etmiş və vəfatına qədər həmin qəzetin baş redaktoru olmuşdur.

Salis Məmmədov 29 yanvar 2009-cu il tarixində uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Mükafatları

SSRİ-nin "Şərəf nişanı" ordeni, "Leninin yubiley" medalı, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatı, 21 iyul 2005-ci ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilmişdir. 1993 və 1994-cü illərdə redaktoru olduğu "İpəkçi" qəzeti 60 illik yubileyi münasibətilə prezident Heydər Əliyev tərəfindən 2 təbrik məktubu almışdır.

23 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür.

Həmçinin bax

  • "İpəkçi" qəzeti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Salis Məmmədov haqqında məlumat. Salis Məmmədov nədir? Salis Məmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    German-skandinav mifologiyası

  • Fevral 27, 2026

    Vorkuta

  • Fevral 28, 2026

    Xamis Muradov

  • Fevral 27, 2026

    Şəbbugülü

  • Fevral 27, 2026

    Okayama prefekturası

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst