Ruslan Rəcəb oğlu Rəcəbov (1 avqust 1984, Sumqayıt – 31 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin miçmanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Xocavənd rayonu ərazisində, Qızılqaya zirvəsi (432.9 m.) uğrunda gedən döyüşlərdə şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
| Ruslan Rəcəbov | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Sumqayıt, Azərbaycan SSR |
| Vəfat tarixi | |
| Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
| Dəfn yeri | 2 saylı Şəhidlər Xiyabanı |
| Vətəndaşlığı | |
| Təhsili |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Müdafiə Nazirliyi |
| Qoşun növü | |
| Xidmət illəri | 2003—2004 / 2006—2020 |
| Rütbəsi | |
| Döyüşlər | • Qarabağ müharibəsi (2020)
|
| Təltifləri | |
Tərcümeyi-halı
Ruslan Rəcəb oğlu Rəcəbov 1984-cü il, avqustun 1-də Sumqayıt şəhərində anadan olub.
2001-ci ildə tam orta təhsilini başa vurub.
2003-cü ildə Sumqayıt Şəhər Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2003–2004-cü illərdə N saylı hərbi hissədə xidmət edib.
2005-ci ildə hərbi hissənin nəzdində "Gizir hazırlığı kursu"nu bitirib.
Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 7 fevral 2006-cı il tarixli əmri ilə "K/gizir" hərbi rütbəsi, Hərbi Dəniz Qüvvələri Komandanının 22 iyun 2008-ci il tarixli əmri ilə "miçman" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 15 il ərzində radioteleqrafçıların manqa komandiri, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı qrupunun dalğıcı-kəşfiyyatçı, gəmi əməliyyatları dəstəsinin xüsusi təyinatlı qrupunun dalğıcı-kəşfiyyatçısı vəzifələrində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin və Qubadlının azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 31-də Xocavənd rayonu ərazisində, Qızılqaya zirvəsi (432.9 m.) istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. 2 saylı Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi. Osman adında oğlu və Sara adına qızı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ruslan Rəcəbov haqqında məlumat. Ruslan Rəcəbov nədir? Ruslan Rəcəbov nə deməkdir?
