Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhməd Cəmil (əsl adı: Əhməd Səttar oğlu Cəmilzadə; 20 oktyabr 1913, İrəvan – 24 sentyabr 1977, Bakı) — Azərbaycan şairi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birl

Əhməd Cəmil

  • Ana Səhifə
  • Vikipediya
  • Əhməd Cəmil

Əhməd Cəmil (əsl adı: Əhməd Səttar oğlu Cəmilzadə; 20 oktyabr 1913, İrəvan – 24 sentyabr 1977, Bakı) — Azərbaycan şairi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan dövlət mükafatı laureatı (ölümündan sonra 1980).

Əhməd Cəmil
Əhməd Səttar oğlu Cəmilzadə
Doğum adı Əhməd Səttar oğlu Cəmilzadə
Doğum tarixi 20 oktyabr 1913(1913-10-20)
Doğum yeri
  • İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 24 sentyabr 1977(1977-09-24) (63 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti şair, yazıçı
Fəaliyyət illəri 1928–1977
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Cəmilzadə Əhməd Səttar oğlu 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində kustar sənətkar ailəsində doğulmuşdur. Dörd yaşında ikən atasını itirmiş, anasının himayəsi altında boya-başa çatmışdır. İbtidai və orta təhsili Gəncə şəhər məktəblərində almışdır.

Orta məktəbin yeddinci sinfində oxuyarkən "Gözəl Qafqaz" adlı ilk şeiri 1928-ci ildə "Qızıl Gəncə" jurnalında dərc olunmuşdur. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak etmişdir. Onun şeirləri "Qızıl Gəncə", "Dağıstan füqərası", "Gənc bolşevik", "Hücum", "İnqilab və mədəniyyət" qəzet və jurnallarında vaxtaşırı dərc olunurdu. Sonra Bakıda Ali pedaqoji institutun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930–1933). Şəmkir rayonunun Zəyəm kəndində (1933–1936), sonra Gəncədə (1936–1940) orta və ali məktəb müəllimi, metodist olmuşdur. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçıları İttifaqında şeir bölməsində məsləhətçi, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilmişdir (1940–1942).

İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz, Krım cəbhə qəzetləri ("Döyüş zərbəsi", "Hücum", "Vətən uğrunda irəli") redaksiyalarında çalışmışdır (1942–1943). Yazıçılar İttifaqı İdarə Heyətinin məsul katibi (1944–1947), həm də idarə heyətinin üzvü seçilmişdir. Uzun müddət "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" jurnalları redaksiya heyətinin üzvü olmuşdur.

Onun evi

1948-ci ilin oktyabrınadək səhhəti üzündən işləməmişdir. Sonra 1948-ci ilin oktyabrında Azərbaycan Sovet Yazıçıları İttifaqında idarə heyətinin məsul katibi seçilmişdir. 1950-ci ildə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1951-ci ildə "Ədəbiyyat qəzeti"ndə müvəqqəti redaktor işləmişdir. Azərnəşrdə baş redaktor, redaktor (1953–1955), Azərbaycan Mədəniyyət Nazirliyində məsləhətçi (1956–1959), "Azərbaycan" jurnalırının redaktoru (1959–1960), Azərnəşrin baş redaktoru (1962–1963), Gənclik nəşriyyatında redaktor (1964–1967), "Ulduz" jurnalında baş redaktor işləmişdir (1973–1977). Rus, gürcü, Ukrayna, erməni, özbək, belorus, tacik və s. dillərdən Azərbaycan dilinə tərcümələr etmişdir. Xidmətlərinə görə iki dəfə "Qırmızı əmək bayrağı" ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medallarla təltif olunmuşdur.

1977-ci il sentyabrın 24-də Bakıda vəfat etmişdir.

Mükafatları

  • Azərbaycan SSR Dövlət mükafatı — 1980

Xatirəsi

Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.

  1. Yadigar. Bakı: Azərnəşr, 1942, 82 səh.
  2. Əsgər qardaşıma Bakı: Uşaqgəncnəşr, 1942, 26 səh.
  3. Şaxta baba. Bakı: Uşaqgəncnəşr, 1942, 15 səh.
  4. Can nənə, bir nağıl de. Bakı: Azərnəşr, 1943, 11 səh.
  5. Böyük qardaşımız. Bakı: Azərnəşr, 1944, 7 səh.
  6. Şeirlər. Bakı: Uşaqgəncnəşr, 1947, 47 səh.
  7. Təməl daşları. Bakı: Azərnəşr, 1951, 82 səh.
  8. Qələbə yolları. Bakı: Azərnəşr, 1954, 126 səh.
  9. Şeirlər. Bakı: Azərnəşr, 1957, 230 səh.
  10. Mənim azad torpağım, Bakı: Uşaqgəncnəşr, 1960, 53 səh.
  11. Əhməd Cəmil. Bakı: Azərnəşr, 1961, 261 səh.
  12. Bahar şəfəqləri. Bakı: Azərnəşr, 1964, 62 səh.
  13. Seçilmiş əsərləri. Bakı: Gənclik, 1967, 443 səh.
  14. Balıqçı gəmiləri. Bakı: Gənclik, 1968, 10 səh.
  15. Ellər bayramı. Bakı: Gənclik, 1972, 14 səh.
  16. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1975, 366 səh.
  17. Vaxtında gəlmişik bu dünyaya biz. Bakı: Yazıçı, 1979, 297 səh.
  18. Xoşbəxt uşaqlara. Bakı: Gənclik, 1981, 70 səh.
  19. Dünyanın gözəlliyi. Bakı: Azərnəşr, 1983, 303 səh.
  20. Can nənə, bir nağıl de. Bakı: Gənclik, 1987, 80 səh.
  21. Əsərləri. Bakı: Azərnəşr, 1988, 336 səh.

Tərcümələri

  1. S.V.Mixalkov. V.İ.Lenin muzeyində. Bakı: Uşaqgəncnəşr, 1951, 29 səh.
  2. Lenin və Stalin haqqında. Bakı: Uşaqgəncnəşr, 1953, 36 səh.
  3. M.Y.Lermontov. Borodino. Bakı: Uşaqgəncnəşr, 1956, 16 səh.
  4. A.Tvardovski. Lenin və peçqayıran. Bakı: Usaqgəncnəş, 1960, 12 səh.
  5. S.M.Marşak. Naməlum qəhrəman haqqında hekayə. Bakı: Uşaqgəncnəşr, 1962, 13 səh.
  6. M.Mirşəkər. Mahtab. Bakı: Azərnəşr, 1964, 32 səh.
  7. Y.V.Höte. Faust. Bakı: Azərnəşr, 1970, 501 səh.
  8. Dost ellər, dost nəğmələr, Bakı: Gənclik, 1975, 22 səh.
  9. Y.V.Höte. Faust. Bakı: Yazıçı, 1986, 518 səh.
  10. Sayat Nova, Qulaq Sözümə (ermənicdən tərcümə edilmiş şerlər), Yazıç, 1988, səh. 82–122

6

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhməd Cəmil haqqında məlumat. Əhməd Cəmil nədir? Əhməd Cəmil nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ağdam (Tovuz)

  • Fevral 25, 2026

    Möhsün Sənani

  • Fevral 27, 2026

    Veber aparatı

  • Fevral 27, 2026

    Səfəviyyə

  • Fevral 27, 2026

    Rif

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst