Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məryəm Əli Əkbər Qızı Əlibəyli 1 oktyabr 1968-ci ildə Bakıda anadan olmuşdur. 1976-1987-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində "fortepiano və ta

Məryəm Əlibəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Məryəm Əlibəyli

Məryəm Əliəkbər qızı Əlibəyli (d. 1 oktyabr 1968) — bəstəkar, musiqişünas.

Məryəm Əlibəyli
Məryəm Əliəkbər qızı Əlibəyli
Ümumi məlumatlar
Doğum adı Məryəm Əliəkbər qızı Əlibəyli
Doğum tarixi 1 oktyabr 1968 (57 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, musiqişünas
Janrlar estrada musiqisi, pop musiqi
Musiqi aləti Piano

Mündəricat

Həyatı

Məryəm Əli Əkbər Qızı Əlibəyli 1 oktyabr 1968-ci ildə Bakıda anadan olmuşdur. 1976-1987-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində "fortepiano və tarixi nəzəriyyə" ixtisası üzrə təhsil almış, 8-ci sinifdən hekayə, şeir və mahnılar yazmağa başlamışdır. 1987-1991-ci illərdə Bakı Musiqi Akademiyasının "tarixi nəzəriyyə və musiqişünaslıq" fakültəsində təhsil alaraq musiqişünas ixtisasına yiyələnmişdir.

Yaradıcılığı

1993-2000-ci illərdə xalq artisti, bəstəkar Aqşin Əlizadənin tövsiyəsi ilə Azərbaycan Dövlət Teleradio şirkətində - televiziyada musiqi redaksiyasında, radioda "Xarici ölkələrə verilişlər" şöbəsində musiqi redaktoru vəzifələrində çalışmışdır. "Durna teli", "Ailələr və talelər", "Xəyalə və dostları", "Çərək, çərək, gəl görüşək", "Uşaqların şəhəri" adlı televiziya proqramlarının musiqi və ssenari müəllifi, musiqi redaktoru olmuşdur. 1990-cı ildə Xəyalə Manaflını 5 yaşında estrada janrında oxuyan ilk uşaq müğənni kimi səhnəyə gətirmiş, musiqi prodüseri kimi onun formalaşmasında əmək sahibi olmuşdur. 2000-ci ildə bəstəkar Natiq Qəzənfəroğlu ilə birlikdə gənclərdən ibarət "NM" pop qrupunun, 2004-cü ildə isə Azərbaycanda ilk uşaq pop qrupu olan "Can Bala" qrupunu yaratmış və bədii rəhbəri olmuşdur. 2005-2015-ci illərdə "Noğullar", "Gülən Notlar","Kəpənəklər", "Dostlar" kimi uşaq estrada qruplarının yaradıcısı və musiqi rəhbəri olmuşdur. 2004-2012-ci illərdə Azərbaycan Dövlət Uşaq Filarmoniyası,Heydər Əliyev adına Müasir Təhsil Məktəbində, 2011-2013-cü illərdə Xətai rayon mədəniyyət evində, 132-134 saylı məktəb-bağça təhsil kompleksində musiqi kollektivlərinin bədii rəhbəri kimi çalışmışdır.

Bəstələdiyi musiqilər

200-dən çox nəğmələrə, o cümlədən 100-ə yaxın uşaq mahnılarına şeir yazmış və musiqi bəstələmişdir. "Ailələr və talelər", "Uşaqların şəhəri", "Xəyalə və dostları" kimi verilişlərə, Gənc Tamaşaçılar Teatrında "Biri vardı, biri yoxdu", "Qoğal" nağıl tamaşalarına, "Möcüzələr aləminə səyahət" adlı uşaq fiminə, "Son addım" teleserialına ,"Ortastatistik Rasim "filminə musiqi bəstələmişdir. Bir neçə estrada pyesinin müəllifidir. "Zəmanə uşağı"verilişinin müəllifidir.

Məqalələr və şeirlər

Üzeyir Hacıbəyov, Aqşin Əlizadə, Nazim Əliverdibəyov haqqında, Azərbaycan estrada musiqisi barədə bir çox məqalələrin və şeirlərin müəllifidir.

Məşhur mahnıları

  • "Hoydu dəlilərim, hoydu!" - Elxan Əhədzadə
  • "Gülümsə üzümə, Azərbaycanım" - Flora Kərimova
  • "Bakı-1990-Yanvar" - Azərin
  • "Səni itirəndən" - Azərin
  • "Ailələr və talelər" - Natəvan Şeyxova və Oqtay Ağayev dueti
  • "Yeni dövrü gəlir Azərbaycanın"
  • "Əlvida" - Manana Caparidze
  • "Kimə inanasan" - "NM" qrupu
  • "Səndən başqa kimim var?" - NM qrupu
  • "Sevin ey insanlar" - NM qrupu
  • "Xəyalə, hara belə?" - Xəyalə Manaflı
  • "Bax belə - Xəyalə Manaflı
  • "Ürəyimdə sözm var - Xəyalə Manaflı
  • "Nəğmələr" - Yalçın Rzazadə və Xəyalə Manaflı
  • "Xarıbülbül" - Azərin
  • "Voleybol Federasiyasının himni" - Brilliant Dadaşova
  • "Can bala" - "Can Bala" pop qrupu
  • "Uşaqların şəhəri" - "Can Bala" pop qrupu
  • "Darıxsan əgər" - Elnarə xəlilova
  • "Canımın içi" - Miri Yusif
  • "Böyüklər istəyir ki" - "Can Bala" pop qrupu
  • "Günəş" - "Can Bala" pop qrupu
  • "Uşaqların şəhəri" - "Can Bala" pop qrupu
  • "Anacan" - "Can Bala" pop qrupu
  • "Quzu" - Noğullar qrupu
  • "Bakı" - Noğullar qrupu
  • "Vətənin əsgəri,mənim əsgərim"-(uşaq qrupları)
  • "Heydər babam"-"Gülən notlar"pop qrupu
  • "Zəngəzur"-"Gülən notlar"pop qrupu

Mükafatları

2003-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və "Orizona" firması tərəfindən keçirilən "Nəğmələrin nəğməsi" mahnı müsabiqəsinin diplomuna, 2015-ci ildə "Qafqaz-Media" ictimai birliyinin təsis etdiyi "Heydər Zirvəsi" diplomuna layiq görülmüşdür

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məryəm Əlibəyli haqqında məlumat. Məryəm Əlibəyli nədir? Məryəm Əlibəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Birinci Mahmudlu

  • Fevral 27, 2026

    IV Baqrat

  • Fevral 24, 2026

    Varna

  • Fevral 27, 2026

    Kakaveyhilər sülaləsi

  • Fevral 27, 2026

    Passat

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst