Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz haz

Doşab

  • Ana Səhifə
  • Vikipediya
  • Doşab

Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye.

Mündəricat

Etimologiya

  • Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir.
  • Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir.

Ümumi məlumat

Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır.

Hazırlanma qaydası

Bəkməz, bəkməz

Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir. Üzüm bəkməzində üzüm şirəsi hazırlanan üsulla alınmış şirəyə bir qədər bəkməz torpağı (şirəxək) qarışdırıb (şirədə olan üzvi turşuları neytrallaşdırmaq üçün) çökmək məqsədilə 2-3 saat saxlayırlar. Alınmış şirəni çökdürüb filtrdən süzür və qaynadıb qatılaşdırırlar. Bu zaman üzərində əmələ gələn kif yığılmalıdır. Şirəni qatılaşdırarkən arabir qarışdırmaq və həcmi 5-6 dəfə azaldıqda hazır olub-olmamasını yoxlamaq lazımdır. Bəkməz hazır olduqda nəlbəkiyə tökülmüş soyuq damcılar yayılmır, yaxud çox gec yayılır. Hazır bəkməzi şüşə qablara töküb ağzını germetik bağlamaq lazımdır.

Bəkməz təbabətdə

Bəkməz təkcə iştaha artırmaq üçün deyil, həm də çoxlu sayda müalicəvi əhəmiyyətlərə malikdirlər. Sadəcə olaraq, hansı məhsuldan hazırlanmış bəkməzin keyfiyyətləri haqda məlumat almaqla onlardan dərman kimi necə istifadə etməyi də öyrənmək olar.

Üzüm bəkməzi bədəni yumşaldır, istilik və quruluq verir, sinə və qaraciyər üçün münasib sayılır.

Xurma bəkməzi bədənə rütubət və istilik verir, qan yaradır, insanı kökəldir. Təzə süd və badam ilə qatışdırıb yedikdə daha faydalıdır, ürək döyüntüsünü və zəifliyi aradan qaldırır. Zəfəran qatılmış xurma bəkməzi əfval-ruhiyyəni yaxşılaşdırır, əncir və güldəfnə ilə xronik öskürək və sinə ağrısı üçün faydalıdır, arpa suyu ilə qarışdırıb içdikdə böyrək daşının parçalanmasına kömək edir, sidikqovucu təsir göstərir. Onun qaynanmışından gülxətmi ilə düzəldilən təpitmə şişləri yatırır və çibanı deşir. Çox işlətmək qana ziyandır.

Qalereya

  • Bulama, üzüm doşabı və Üskü çörəyi (Təbriz)
    Bulama, üzüm doşabı və Üskü çörəyi (Təbriz)
  • Bulama, Təbrizdə üzüm doşabı və Üskü çörəyindən hazırlanan desert
    Bulama, Təbrizdə üzüm doşabı və Üskü çörəyindən hazırlanan desert
  • Üzüm doşabı (Təbriz)
    Üzüm doşabı (Təbriz)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Doşab haqqında məlumat. Doşab nədir? Doşab nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cikirmiş

  • Fevral 27, 2026

    Hipotermiya

  • Fevral 27, 2026

    Ceyran

  • Fevral 27, 2026

    İtburnu

  • Fevral 27, 2026

    Əkbər Nəcəf

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst