Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lənkəran qalası — Lənkəran rayonu ərazisində yerləşən tarixi memarlıq abidəsi. Lənkəran qalası 1726–1727-ci illərdə tikilib. Sonradan qala ingilis və fransız me

Lənkəran qalası

  • Ana Səhifə
  • Vikipediya
  • Lənkəran qalası

Lənkəran qalası — Lənkəran rayonu ərazisində yerləşən tarixi memarlıq abidəsi. Lənkəran qalası 1726–1727-ci illərdə tikilib. Sonradan qala ingilis və fransız memarlarının köməyilə düzbucaqlı formasında bərpa edilib. Təxminən 35 hektar ərazidə yerləşən qala ölçülərinə görə, Bakı qalasından da böyük olub. Təəssüflər olsun ki, bu günümüzə qədər Qalanın ancaq iki qülləsi qorunub saxlanılıb.

Lənkəran qalası
Rusların Lənkəran qalasına hücumu, rəssam Adolf Şarleman.
Ölkə  Azərbaycan
Şəhər Lənkəran
Aidiyyəti Talış xanlığı
Tikilmə tarixi 1726 - 1727
Vəziyyəti iki qülləsi qalıb
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4802
KateqoriyaQala
ƏhəmiyyətiYerli əhəmiyyətli
Lənkəran qalasının ruslar tərəfindən çəkilmiş planı

Mündəricat

Tarixi

Lənkəran qalası 1726-cı ildə tikilməyə başlanmış, 1727-ci ilin payızında tikintisi tamamlanmışdır.

Lənkəranlıların "Qələ" adlandırdıqları məhəllə bu qalanını içərisində yerləşmişdir. Qala Birinci Rus-İran müharibəsində (1804–1813) İran ordusunun mühüm dayaq məntəqəsi olmuşdur. Qalada İran ordusunun 4 minlik qoşunu yerləşdirilmişdir. Rus qoşunlarının şərqə yürüşündə bu qala çox çətinliklər törədirdi. 1812-ci il dekabrın 31-də rus əsgərləri qala divarlarının yanında mövqe tutur və top atəşləri altında xəndəkləri keçib döyüşü qalanın içərisində aparmalı olurlar. 1813-cü ilin yanvarın 1-də Lənkəran qalası rus qoşunlarının əlinə keçir. İranlıların məğlubiyyətindən sonra sülh müqaviləsi bağlanır. Gülüstan sülh müqaviləsinə (1813) əsasən Lənkəran Rusiyaya birləşdirilir.

Memarlığı

Lənkəran qalasının sahəsi 35 hektara yaxın olub, ölçüdə Bakı qalasından (21,5 hektar) böyük olmuşdur. Lənkəran qalası iki irimiqyaslı döyüş bürclərindən ibarət idi: Şimal bürcü dəniz sahilində, cənub bürcü isə Lənkəran çayının kənarında idi.

Lənkəran qalası istehkamlarının baş planı 1833-cü ildə tərtib və təsdiq olunmuşdur. Qalanın istehkamları bir-biri ilə sədlə və su dolu xəndəklərlə birləşən iki bürcdən ibarət idi. Bir tərəfdən şimal bürcündən çıxan istehkam sədləri sahil boyunca Lənkəran çayı ağzınacan keçib sonra müəyyən bücaq altında dönüb çay sahilindəki cənub bürcünə, başqa istiqamətdən sədlər qala meydanına və bayır şəhərə yönəlmişdir. Qalanın əsas müdafiəsini daş bürc təşkil edirdi. Qalada Qubernator bağı, Naçalnik bağı, axşam bazarı və s. adlı məhəllələr olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lənkəran qalası haqqında məlumat. Lənkəran qalası nədir? Lənkəran qalası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aşağı Gözəldərə

  • Fevral 27, 2026

    Endemik

  • Fevral 27, 2026

    Azərbaycan futbolu

  • Fevral 27, 2026

    Hündür mərəvcə

  • Fevral 27, 2026

    Otrar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst