Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İnqilab Şəfaqət oğlu Şəmiyev (1934, Gələbədin, Ağcabədi rayonu – 1997) — Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri (1969–1985), kənd təsərrüfatı

İnqilab Şəmiyev

  • Ana Səhifə
  • Vikipediya
  • İnqilab Şəmiyev

İnqilab Şəfaqət oğlu Şəmiyev (1934, Gələbədin, Ağcabədi rayonu – 1997) — Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri (1969–1985), kənd təsərrüfatı elmləri namizədi.

İnqilab Şəmiyev
Azərbaycan SSR tədarük naziri
25 mart 1981 – 14 noyabr 1985
ƏvvəlkiTelman Orucov
SonrakıRəhim Cəmilov
(taxıl məhsulları naziri kimi)
12 noyabr 1969 – 1 avqust 1975
Əvvəlkinazirlik yaradılıb
SonrakıSoltan Əzizov
Azərbaycan SSR Tərəvəz və Meyvə İstehsalı, Tədarükü, Emalı və Satışı Aqrar-Sənaye Birliyinin sədri
1 avqust 1975 – 25 mart 1981
ƏvvəlkiSergey Brızqalin
(Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi kimi)
SonrakıTelman Orucov
(meyvə-tərəvəz təsərrüfatı naziri kimi)
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Taxıl Məhsulları və Qarışıq Yem Sənayesi Komitəsinin sədri
4 iyul 1968 – 12 noyabr 1969
Komitə Azərbaycan SSR Tədarük Nazirliyinə çevrilmişdir
Azərbaycan SSR Nazirlər Soveti Baş Taxıl Məhsulları İdarəsinin rəisi
16 may 1967 – 4 iyul 1968
İdarə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Taxıl Məhsulları və Qarışıq Yem Sənayesi Komitəsinə çevrilmişdir
Şəxsi məlumatlar
Doğum tarixi 1934(1934)
Doğum yeri
  • Gələbədin, Ağcabədi rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1997(1997) (62–63 yaşında)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası,
  • Azərbaycan Demokratik Sahibkarlar Partiyası
Fəaliyyəti alim

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
XTNS qızıl medalı XTNS gümüş medalı

Mündəricat

Həyatı

İnqilab Şəfaqət oğlu Şəmiyev 1934-cü ildə Ağcabədi rayonunun Gələbədin kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1956-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə elmi fəaliyyətə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutundan başlamışdır. 1962-ci ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almişdır. Otuzdan artıq elmi işin və məqalənin müəllifidir. O, 1997-ci ildə ölmüşdür.

İnqilab Şəmiyevin 2 övladı var.

Əmək fəaliyyəti

  • 1962–1967-ci illərdə Azərbaycan Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri və kənd təsərrüfatı şöbəsində müdir müavini;
  • 1967–1985-ci illərdə Azərbaycan Respublikasi Nazirlər Soveti yanında Baş Taxıl Məhsulları İdarəsinin rəisi, Dövlət Taxıl Məhsulları Komitəsinin sədri, "Azmeyvətərəvəzsənaye" Respublika Birliyinin sədri, Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri ;
  • 1985–1990-cı illərdə "Azərtərəvəztoxum" Respublika Birliyinin rəisi;
  • 1990–1994-cü illərdə Dövlət Aqrar-Sənaye Komitəsində Baş Bitkiçilik Məhsulları İstehsalı İdarəsinin rəisi;
  • 1994–1995-ci illərdə Respublika Kənd Təsərrüfatı Nazirliyində Üzüm, Meyvə-Tərəvəz Məhsulları istehsalı və Tədarükü Baş İdarəsinin rəisi,

Siyasi fəaliyyəti

İnqilab Şəmiyev 1970, 1975, 1980 və 1985-ci illərin çağırışında Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.

İnqilab Şəmiyev bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyası üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində partiyanın poporsional seçki üzrə vahid namizədlər siyahısında beşinci sırada olmuşdur. ADSP proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, İnqilab Şəmiyev isə deputat seçilə bilməmişdir.

Mükafatları

"Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, "Oktyabr İnqilabı" ordeni və Ali Sovetin Fəxri Fərmanı, bir sıra medallara, o cümlədən Ümumiittifaq Xalq Təsərrüfatının Naliyyətləri Sərgisi (ÜXTNS)-nin qızıl və gümüş medalları ilə təltif olunmüşdur.

  1. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 5 yanvar 2024 tarixində . İstifadə tarixi: 5 yanvar 2024.
  2. Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İnqilab Şəmiyev haqqında məlumat. İnqilab Şəmiyev nədir? İnqilab Şəmiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lamaizm

  • Fevral 27, 2026

    Leviafan

  • Fevral 27, 2026

    Timus

  • Fevral 27, 2026

    Qətadə

  • Fevral 27, 2026

    Qanunsuz immiqrasiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst