Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Akmeizm (yun. άκμη — zirvə) — simvolizmə qarşı olaraq XX əsrin əvvəllərində Rusiyada təşəkkül tapan ədəbi cərəyan. Akmeistlər maddiliyi, mövzu və obrazların kon

Akmeizm

  • Ana Səhifə
  • Vikipediya
  • Akmeizm

Akmeizm (yun. άκμη — zirvə) — simvolizmə qarşı olaraq XX əsrin əvvəllərində Rusiyada təşəkkül tapan ədəbi cərəyan. Akmeistlər maddiliyi, mövzu və obrazların konkretliyini, sözlərin dəqiqliyini əsas sayırdılar. Akmeizm — konkretlik, obrazın "maddiliyi" kultu, "dəqiq yoxlanılmış və ölçüb-biçilmiş sözlər sənəti"dir. Cərəyanın proqramı ilk dəfə 1912-ci il dekabrın 19-da Sankt-Peterburqdakı "Sərsəri köpək" kabaresində ictimaiyyətə elan edilmişdir.

Yeni cərəyanın təşəkkülü "Şeir akademiyası"na müxalif olan "Şairlər sexi" birliyinin fəaliyyəti ilə sıx bağlıdır. Bu müxalif birliyin əsas simaları akmeizmin qurucuları olan Nikolay Qumilyov, "sexin" katibi vəzifəsini tutan Anna Axmatova və Sergey Qorodetski idi.

Müasirləri bu terminə başqa izahlar da vermişlər: Vladimir Piast onun köklərini Anna Axmatovanın latın dilində "akmatus" kimi səslənən təxəllüsündə görmüş, bəziləri terminin yunan dilindəki "akme" — "tiyə, uc" sözü ilə əlaqəsinə işarə etmişlər.

"Akmeizm" termini 1912-ci ildə Nikolay Qumilyov və Sergey Qorodetski tərəfindən təklif olunmuşdur: onların fikrincə, böhran keçirən simvolizmin yerini sələflərin təcrübəsini ümumiləşdirən və şairi yaradıcılıq uğurlarının yeni zirvələrinə aparan bir ədəbi cərəyan tuturdu.

Andrey Belıyə görə ədəbi cərəyanın adı mübahisələrin qızğın vaxtında seçilmişdir və bu səbəbdən də tam əsaslandırılmış deyildi: Vyaçeslav İvanov zarafatla "akmeizm" və "adamizm" haqqında nəsə demiş, Nikolay Qumilyov isə təsadüfən ortaya çıxan bu sözləri havada qamarlamış və özünə yaxın bir qrup şairi akmeist adlandırmağa başlamışdı.

Mündəricat

Akmeizmin xüsusiyyətləri

  • Ayrı-ayrılıqda hər bir şeyin və hər bir həyat fenomeninin daxili dəyəri;
  • Sənətin məqsədinin insan təbiətini nəcibləşdirmə olması;
  • Qüsurlu həyat təzahürlərinin bədii dəyişməyə can atması;

Yazıçıların əsərlərindəki akmeizm

Akmeizm Nikolay Qumilyovun ("Simvolizm irsi və akmeizm" məqaləsi, 1913), Sergey Qorodetskinin ("Müasir rus şeirinin bəzi cərəyanları", 1913), Osip Mandelştamın (1919-cu ildə nəşr olunan "Akmeizmin səhəri" məqaləsi), Anna Axmatovanın, Mixail Zenkeviçin, Georgi İvanovun, Yelizaveta Kuzmina-Karavayevanın nəzəri əsərlərində və bədii praktikasında öz təsdiqini tapmışdır.

1912-1913-cü illərdə "Şairlər sexi"nin "Hiperborey" (rus. «Гиперборей») jurnalı nəşr olunmuşdur.

Ədəbiyyat

  • Казак В. Лексикон русской литературы XX века.
  • Кихней Л. Г. Акмеизм: Миропонимание и поэтика. — 2-е изд. — М.: Планета, 2005. — 184 с. — 5-88547-097-X
  • Романова Г. И. Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. 2001. 1596. ISBN 5-93264-026-X.
  • Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Akmeizm haqqında məlumat. Akmeizm nədir? Akmeizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Matenadaran

  • Fevral 27, 2026

    Sergey Krikalyov

  • Fevral 27, 2026

    Blizzard Entertainment

  • Fevral 27, 2026

    Mehdi Bazərgan

  • Fevral 27, 2026

    Hücum dəstələri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst