Ziqmar Qabriel(alm. Sigmar Gabriel, 12.09.1959, Qoslar) — Alman siyasətçisi, Sosial Demokrat Partiyasının üzvü (2013–2018). Almaniya Xarici İşlər Naziri (2017–2018). Aşağı Saksoniya ərazisinin baş naziri (1999–2003). Ekologiya, təbiət mühafizəsi və nüvə təhlükəsizli naziri (2005–2009). 13 noyabr 2009-cu ildən Almaniya Sosial Demokrat Partiyasının sədri olmuşdur. Almaniya İqtisadiyyat və Enerji naziri(2013–2017).
| Ziqmar Qabriel | |
|---|---|
| alm. Sigmar Gabriel | |
| |
| 27 yanvar 2017 – 14 mart 2018 | |
| Əvvəlki | Frank-Valter Ştaynmayer |
| Sonrakı | Hayko Maas |
| 17 dekabr 2013 – 14 mart 2018 | |
| Sonrakı | Olaf Şolts |
| 13 noyabr 2009 – 19 mart 2017 | |
| Əvvəlki | Frants Münteferinq[d] |
| Sonrakı | Martin Şults |
| 18 oktyabr 2005 – 3 noyabr 2019 | |
| Sonrakı | Markus Paşke[d] |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Sigmar Hartmut Gabriel |
| Doğum tarixi | 12 sentyabr 1959[…] (66 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, yazıçı-dokumentalist[d] |
| Uşağı | 3 |
| Dini | Almaniyada protestant kilsəsi[d] |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | siyasət |
| | |
![]() | |
| sigmar-gabriel.de | |
Həyatı
Ziqmar hələ üç yaşında olarkən valideynləri boşanır. Anası tibb bacısı, atası isə bir bələdiyyə işçisi idi.
Ziqmar Qabriel, Qoslar Şəhər gimnaziyasını bitirdikdən sonra hərbi xidmətə çağrıldı.
Elmi fəaliyyəti
1988-ci ildə Göttingen Universiteti "Alman dili, siyasəti və sosialogiyası müəllimliyi"ni bitirir.
1989–1990-cı illərdə Qoslar xalq məktəbində işləmişdir.
1976–1989 Ziqmar Qabriel "Almaniyanın sosialist gəncliyi-Şahinlər" təşkilatında çalımışdır.. Tezliklə Ziqmar Qoslarda yerli şöbənin təşkilatın lideri, daha sonra isə, Braunşveyq şəhər təşkilatının rayon şöbəsinin sədir olmuşdur.
1987–1989-cu illərdə Qoslar rayonunun rayon qanunvericiliyinə üzv oluşdur.
1991–1999-cu illərdə sədr vəzifəsində çalışdı.
1990–2005-ci illərdə Aşağı Saksoniya torpağının millət vəkili seçilir.
1997-ci ildən bu yana torpaq sədrinin müavini vəzifəsində çalışmışdır.
1998–1999 və 2003–2005-ci illərdə Ziqmar Almaniya Sosial Demokrat Partiyasında fraksiyaya rəhbərlik edirdi..
Aşağı Saksoniya Baş nazirinin 15 dekabr 1999-cu ildə Qerhard Qloqovskinin istefasının ardından Ziqmar Qabriel vəzifəsinin başına keçdi.
2 fevral 2003-cü ildə Aşağı Saksoniya əyalətini seçkilərindən sonra Almaniya Sosial Demokrat Partiyasını itirdi və istefa verdi.
2005–2009-cu illərdə Ziqmar Angela Merkel koalisiya hökumətində Ekologiya, təbiətin mühafizəsi və Nüvə Təhlükəsizliyi Nazirliyi vəzifəsinə seçildi.
Sentyabrın 27-də seçkilərdə Sosial Demokratın məğlubiyyətindən sonra ASDPnın sədri Franz Münteferenq istefa etdi.
2009-cu il noyabrın 13-də Drezdəndəki partiya konqresində ASDPnın sədri seçilən Siqmar Qabriel 94,2% səs toplayır.
2013-cü ildə yenidən vitse-kansleri, iqtisadiyyat və energetika naziri kimi hökumətə qatıldı.
27 yanvar 2017-ci ildə Frank-Valter Ştaynmayeri əvəz edərək, Almaniyanın Xarici İşlər Naziri təyin edilir.
14 mart 2018-ci il Almaniyanın yeni koalisya hökumətinin formalaşmasından sonra Almaniya vitse-kansleri və Xarici İşlər Nairi vəzifəsindən ayrıldı.
Həmçinin bax
- Jan-Mark Ero
- Frank-Valter Ştaynmayer
- Emmanuel Makron
- Pavel Klimov
- Sergey Lavrov
- Jan-İv Le Drian
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ziqmar Qabriel haqqında məlumat. Ziqmar Qabriel nədir? Ziqmar Qabriel nə deməkdir?

