Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qasım oğlu Qasımov (22 mart 1959, Şamaxı) — Yeni Azərbaycan Partiyası Qobustan Rayon Təşkilatının sədri, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının sabiq 1-ci

Qasım Qasımov

  • Ana Səhifə
  • Vikipediya
  • Qasım Qasımov

Qasım oğlu Qasımov (22 mart 1959, Şamaxı) — Yeni Azərbaycan Partiyası Qobustan Rayon Təşkilatının sədri, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının sabiq 1-ci müavini, sabiq müavini, Şamaxı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri (2000–2021).

Qasım Qasımov
Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri
4 yanvar 2000 – 5 mart 2021
ƏvvəlkiMahmud Məmmədov
SonrakıYAP-a birləşdi.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini
İyul 2011 – May 2020
SonrakıHikmət Şikarov
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini
Dekabr 1991 – Avqust 1995
Şamaxı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədr müavini
Oktyabr 1990 – Oktyabr 1991
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1959(1959-03-22) (66 yaş)
Doğum yeri
  • Şamaxı, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası (2021),
  • Azərbaycan Demokratik Sahibkarlar Partiyası (–2021)
Fəaliyyəti siyasətçi

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

Mündəricat

Həyatı

Qasım Qasımov 22 mart 1959-cu ildə Şamaxı şəhərində anadan olmuşdur.

1976-cı ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək "Mühəndis-mexanik" ixtisasına yiyələnmişdir. dekabr 1981-ci il – aprel 1982-ci il həmin institutun "Daxili yanma mühərrikləri" kafedrasında baş laborantı olmuşdur.

1998-ci ilin yanvar ayından 2000-ci ilin yanvar ayınadək "Günay" qəzetinin baş direktoru olmuşdur.

Siyasi fəaliyyəti

1980-ci ilin sentyabr ayında Mexanika fakültəsinin komsomol komitəsinin azad katibi, 1982-ci ilin mart ayından 1982-ci ilin noyabr ayınadək institutun komsomol komitəsinin katibi, 1982-ci ilin oktyabr ayından 1990-cı ilin oktyabr ayınadək Şamaxı rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur.

1990-cı ilin oktyabr ayından 1991-ci ilin oktyabr ayınadək Şamaxı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini olmuşdur. 1991-ci ilin dekabr ayından 1995-ci ilin avqustunadək Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini olmuşdur.

2007-ci ilin avqust ayından 2008-ci ilin avqust ayınadək Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasında Bələdiyyələrlə İş Departementinin direktoru, 2008-ci ilin avqust ayından 2010-cu ilin may ayınadək Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasında Departament direktoru – icraçı katibin müavini, 2010-cu ilin may ayından 2011-ci ilin iyul aylnadək isə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasında icraçı katib olaraq çalışmışdır.

2011-ci ilin iyul ayından 2020-ci ilin may ayınadək Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmişdir.

Partiya fəaliyyəti

1995-ci ilin sentyabr ayından 1995-ci ilin dekabrnadək Azərbaycan Demokrat Sahibkarlar Partiyasının (ADSP) Şamaxı rayon məclisinin sədri, 1995-ci ilin dekabr ayından 1998-ci ilin yanvar ayınadək partiyanın Mərkəzi Aparatında şöbə müdiri olaraq çalışmışdır.

2000-ci ilin yanvarından 2021-ci ilin mart ayınadək Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri olmuşdur.

1990, 1995(proporsional), 2000, 2005 və 2010-cu il parlament seçkilərində deputatlığa namizəd kimi qeydə alınmışdır.

1995-ci il parlament seçkilərində Qasım Qasımov Azərbaycan Demokratik Sahibkarlar Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında ikinci sırada olmuşdur. ADSP proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Qasım Qasımov isə deputat seçilə bilməmişdir.

ADSP 2021-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasına birləşmə qərarı almışdır. 5 mart 2021 tarixində keçirilən Yeni Azərbaycan Partiyası növbədənkənar VII Qurultayında birləşmə qərarı qəbul edilmişdir.

2021-ci il avqust ayının 4-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimində Qasım Qasımova partiyanın üzvlük vəsiqəsi təqdim olunmuşdur.

2022-ci ilin yanvar ayının 28-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında Tahir Budaqovun sədrliyi ilə keçirilmiş iclasında Qasım Qasımov Yeni Azərbaycan Partiyası Qobustan Rayon Təşkilatının sədri təyin olunmuşdur.

Mükafatlar

  • Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2003-cü il tarixli 1/575 №-li təşəkkür məktubu və 31 iyul 2018-ci il tarixli 371 №-li Sərəncamı ilə "Dövlət qulluğunda fəqlənməyə görə" medalı ilə təltif olunmuşdur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qasım Qasımov haqqında məlumat. Qasım Qasımov nədir? Qasım Qasımov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    XVI Lüdovik

  • Fevral 27, 2026

    Zədə

  • Fevral 27, 2026

    Ayran

  • Fevral 27, 2026

    7 (ədəd)

  • Fevral 23, 2026

    Qanunvericilik

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst