Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mario Püzo (ing. Mario Puzo; 15 oktyabr 1920[…], Nyu-York, Nyu-York ştatı – 2 iyul 1999[…], Lonq-Aylend, Nyu-York ştatı) — italyan əsilli ABŞ yazıçısı, ssenaris

Mario Püzo

  • Ana Səhifə
  • Vikipediya
  • Mario Püzo

Mario Püzo (ing. Mario Puzo; 15 oktyabr 1920[…], Nyu-York, Nyu-York ştatı – 2 iyul 1999[…], Lonq-Aylend, Nyu-York ştatı) — italyan əsilli ABŞ yazıçısı, ssenaristi və tənqidçisi.

Mario Püzo
ing. Mario Puzo
Doğum adı Mario Canluici Püzo
Təxəllüsü Mario Kleri
Doğum tarixi 15 oktyabr 1920
Doğum yeri Manhetten, Nyu-York, ABŞ
Vəfat tarixi 2 iyul 1999 (78 yaşında)
Vəfat yeri Qərbi Bey Şor, Nyu-York, ABŞ
Vəfat səbəbi ürək çatışmazlığı
Həyat yoldaşı Erika Püzo
Uşağı 5 (Dorothy Ann Puzo daxil olmaqla)
Təhsili ali
Fəaliyyəti romançı, ssenarist, yazıçı, fantastika yazıçısı[d], diplomat
Fəaliyyət illəri 1955-1999
Əsərlərinin dili ingilis dili
İstiqamət ssenari
roman
Janr detektiv
Tanınmış əsəri
  • Xaç atası
Mükafatları Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı — 1973 Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı — 1975
İmza
mariopuzo.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mario Püzo 15 oktyabr 1920-ci ildə italyan mühacir ailəsində anadan olmuşdur. İkinci dünya müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində Şərqi Asiya və Almaniyada xidmət etmişdir. Nyu-York Yeni Məktəbində və Kolumbiya Universitetində oxumuşdur.

Təxminən iyirmi il ABŞ-nin Nyu-Yorkda və xaricdəki dövlət idarələrində işləmişdir. 1963-cü ildən o, ştatdankənar jurnalist kimi fəaliyyətə başladı və peşəkar ədəbiyyatçı oldu.

Mario Püzonun ilk kitabı "Zülmət meydanı" 1955-ci ildə işıq üzü görmüşdür. Romandakı hadisələr müharibədən sonrakı Almaniyada baş verir. Hadisələrin mərkəzində Amerika əsgəri ilə alman qızının məhəbbəti dayanır. Yazıçının növbəti romanı "Xoşbəxt mühacir" 1965-ci ildə çap olundu. Roman ABŞ-də Böyük böhran dövründə italyan mühacirlərin ağır həyatından bəhs edirdi. Bu iki kitab Rusiyada ilk dəfə 1990-cı illərdə çap olundu.

Yazıçıya geniş dünya şöhrətini 1969-cu ildə işıq üzü görən "Xaç atası" romanı qazandırdı. Bu əsərdə italyan mafiyasının dərin köklərindən, qanunlarından, rüşvətxorluqdan, zorakılıqdan və alicənab qanqster don Karleonedən bəhs edirdi. 1970-ci illərdə bu roman bestsellerə çevrildi. 1972-ci ildə Mario Püzonun özünün ssenarisi əsasında kinorejissor Frensis Ford Koppola eyniadlı film çəkdi.

Mario Püzo 2 iyul 1999-cu ildə ürək çatışmazlığından Lonq-Aylenddəki evində vəfat etmişdir.

Mario Püzonun "Omerta" romanı onun ölümündən sonra, 2000-ci ildə çap olundu. "Ailə" adlı sonuncu romanı isə həyat yoldaşı Kerol Cino tərəfindən tamamlanmış və 2001-ci ildə işıq üzü görmüşdür.

Filmoqrafiya

  1. Xaç atası (film, 1972) / The Godfather
  2. Xaç atası 2 (film, 1974) / The Godfather Part II
  3. Zəlzələ (1974) / Earthquake
  4. Supermen (1978) / Superman
  5. Supermen 2 (1980) / Superman 2
  6. Siciliyalı (1987) / The Sicilian
  7. Xoşbəxt səyyah qız (1988)
  8. Xaç atası 3 (film, 1990) / The Godfather Part III
  9. Sonuncu don (1997)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mario Püzo haqqında məlumat. Mario Püzo nədir? Mario Püzo nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yulaf

  • Fevral 27, 2026

    Caelifera

  • Fevral 27, 2026

    Şəmsabad (Xalxal)

  • Fevral 25, 2026

    Qazaxlar

  • Fevral 25, 2026

    Tərlan (balet)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst