Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sandra Elizabet Saakaşvili-Rulofs (gürc. სანდრა რულოვსი) (23 dekabr, 1968) — Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı, 2004-2013-cü illər

Sandra Rulofs

  • Ana Səhifə
  • Vikipediya
  • Sandra Rulofs

Sandra Elizabet Saakaşvili-Rulofs (gürc. სანდრა რულოვსი) (23 dekabr, 1968) — Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı, 2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı.

Sandra Rulofs
gürc. სანდრა რულოვსი
Doğum tarixi 23 dekabr 1968 (57 yaş)
Doğum yeri Terneuzen, Niderland
Vətəndaşlığı Niderland Niderland
Gürcüstan Gürcüstan
Həyat yoldaşı Mixail Saakaşvili
Uşaqları Eduard Saakashvili
Nikoloz Saakashvili
Fəaliyyəti diplomat, dilçi
Partiyası
  • Vahid Milli Hərəkat (Gürcüstan)
Mükafatları "Xidmətlərə görə" ordeni komandoru
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Rulofs 23 dekabr 1968-ci ildə Niderlandın Terneuzen şəhərində anadan olub, milliyətcə hollanddır. O, 1991-ci ildə Brüsseldəki Xarici Dillər İnstitutunu bitirib və 1993-cü ildə Strasburqda Beynəlxalq İnsan Hüquqları İnstitutunda ali təhsilini davam etdirib. Həmin il Strasburq şəhərində Mixail Saakaşvili ilə tanış olub və onunla birlikdə Nyu-Yorka köçüb. Nyu-Yorkda ikən Sandra Kolumbiya Universiteti və bir Niderland hüquq şirkətində işləyib. 1996-cı ildə cütlük Gürcüstana gəlib və Sandra Rulofs Beynəlxalq Qırmızı Xaç Komitəsində və Tbilisidə Niderland Krallığının konsulluğunda işləyib. 1999-cu ildə Tbilisi Dövlət Universitetinə mühazirəçi kimi dəvət edilmiş Sandra 2003-cü ilədək burada çalışıb və eyni zamanda universitetdə Belçikada istifadə edilən fransız dilinin aspektləri üzrə doktorluq dissertasiyası üzərində çalışıb. 2003-də Tbilisi Dövlət Universitetində elmlər doktoru elmi dərəcəsini alıb. Rulofs öz ana dili Niderland dilindən başqa daha beş dildə - fransız, alman, ingilis, rus və gürcü dillərində danışa bilir.

Rulofs 2008-ci ilin yanvarında Gürcüstan vətəndaşlığını qəbul edib və indi ikili vətəndaşlığı var: Niderland-Gürcüstan.

Rulofs və Saakaşvilinin Eduard (1995) və Nikoloz (2000) adlı iki oğlu var.

O, "İdealistin hekayəsi"(2005) adlı avtobioqrafik kitabın müəllifidir.

1998-də "SOCO" xeyriyyətçilik təşkilatını yaradıb. Burada əsas diqqət Qərbi Avropa və gürcü şirkətləri, eləcə də fiziki şəxslər tərəfindən maliyyələşdirilən proqramların həyata keçirilməsinə yönəldilib və aztəminatlı ailələrə yardım məqsədi daşıyır. Yeni hədəflərin yaradıldığı 2007-ci ildən etibarən SOCO daha fəal şəkildə Gürcüstanda reproduktiv sağlamlıq və uşaq rifahının qayğısına qalır.

2007-ci ildə Xanım Rulofs yalnız klassik musiqiyə həsr edilən ilk gürcü radiosunun - Radio Muzanın əsasını qoymuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sandra Rulofs haqqında məlumat. Sandra Rulofs nədir? Sandra Rulofs nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Novator

  • Fevral 28, 2026

    Dehdəşt

  • Fevral 27, 2026

    Əşrəf Abbasov

  • Fevral 27, 2026

    Hud peyğəmbər

  • Fevral 27, 2026

    Karlovı Varı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst