Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Trabzonspor 1967-ci ildə qurulmuşdur və qısa zamanda Türkiyə futbolunun önəmli simalarından birinə çevrilmişdir. Klub yaradıldığı ildən etibarən Türkiyə 2-ci Fu

Trabzonspor FK

  • Ana Səhifə
  • Vikipediya
  • Trabzonspor FK

Trabzonspor FK — Türkiyənin Trabzon şəhərini təmsil edən futbol klubu.

Trabzonspor FK
Loqonun şəkli
Klubun tam adı Trabzonspor İdman İnvestisiya və Futbol Rəhbərliyi Ticarət Anonim Cəmiyyəti
Ölkə
  •  Türkiyə
Ləqəb(lər) Qaradəniz fırtınası, Qaradəniz pələngləri
Rəng(lər)          Tünd qırmızı - Mavi
Yaranma tarixi 2 Avqust 1967
Stadionu Medikal Park Stadionu
Tutumu 40.782
Prezidenti Türkiyə Ertuğrul Doğan
Baş məşqçisi Türkiyə Şənol Günəş
Liqa Türkiyə Super Liqası
2024-25 7.
Ev forması
Səfər forması
Üçüncü forma
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Trabzonspor 1967-ci ildə qurulmuşdur və qısa zamanda Türkiyə futbolunun önəmli simalarından birinə çevrilmişdir. Klub yaradıldığı ildən etibarən Türkiyə 2-ci Futbol Liqasında (indiki adıyla 1-ci Liqa) mübarizə aparmağa başladı. İlk mövsümündə 20 komanda arasında yarışaraq Boluspordan sonra liqanı 6-cı sırada tamamladı.

Növbəti iki mövsümdə sabit çıxış edən komanda 2 dəfə ardıcıl olaraq 4-cü yeri tutdu. Daha sonra bir mövsüm liqanı 8-ci pillədə başa vurdu. Trabzonspor üçün əsl yüksəliş isə 1974-cü ildə başladı. Həmin ildən etibarən klub Türkiyə Super Liqasında mübarizə aparmağa başladı və bu tarixdən sonra Türk futbolunun əsas güclərindən biri oldu.

Trabzonspor-un ilk prezidenti Əli Osman Ulusoy olmuşdur. Klub, illər ərzində göstərdiyi uğurlu çıxışlarla Türkiyə Super Liqasında çempion olmuş 6 klubdan biri olmağı bacarmışdır. Qara dəniz bölgəsinin futbol təmsilçisi olan Trabzonspor, həm rəqabətçi ruhu, həm də azarkeş sevgisi ilə ölkədə xüsusi yer tutur.

Prezidentləri

  • 1967–68 Əli Osman Ulusoy
  • 1968–69 Rüfət Dədəoğlu
  • 1969–70 Əli Osman Ulusoy
  • 1970–71 Rüfət Dədəoğlu
  • 1971–72 Suat Oyman
  • 1972–75 Salih Ərdəm
  • 1975–80 Şamil Əkinçi
  • 1980–81 Cəlal Ataman
  • 1981–82 Mustafa Günaydın
  • 1982–88 M. Əli Yılmaz
  • 1988–89 Mazhar Afacan
  • 1989–92 M. Əli Yılmaz
  • 1992–94 Sadri Şənər
  • 1994–97 Faruk Özak
  • 1997–2000 M. Ali Yılmaz
  • 2000–03 Özkan Sümer
  • 2003–06 Atay Aktuğ
  • 2006–08 Nuri Albayraq
  • 2008–13 Sadri Şənər
  • 2013–15 İbrahim Hacıosmanoğlu
  • 2015–18 Muharrem Usta
  • 2018-hal hazırda Əhməd Ağaoğlu

Avropa kuboklarında iştirak

Trabzonspor 1975–1976 mövsümündə liqada çempion olaraq, növbəti mövsümdə UEFA (UEFA Çempionlar Kuboku) təşkilatında iştirak etmək hüququ qazanmışdı. Avropada ilk qarşılaşmasını İslandiyanın təmsilçisi İB Akraness ilə oynayan və bu komandanı məğlub edən Trabzonsporun Avropa arenasında ilk qolunu Nəcmi Perek vurdu. Trabzonspor ikinci turda Liverpul FK ilə qarşılaşdı. Trabzonspor, Trabzonda ilk matçını 1–0 qazanarkən, Böyük Britaniyada məğlub olmaqdan xilas ola bilmədi; Çempionlar Kubokunun qalibi Liverpul həmin il Avropa matçlarında yeganə məğlubiyyətini Trabzonda aldı. Trabzonsporun Avropa arenasında ən böyük uğuru UEFA Kuboku 3-cü mərhələsidir. Buna baxmayaraq tarixi boyu Olimpik Lion FK və Aston Villa FK kimi əhəmiyyətli Avropa klublarını yarışlardan kənarlaşdırıb. FC Internazionale Milan, Liverpul və FC Barcelona kimi Avropa çempionlarını məğlub etməyə müvəffəq oldu.

Trabzonspor Avropada ən böyük hesablı qələbəsini 2007-ci ildə 6–0 ilə Vllazniya Shkoder qarşı qazanır, 1990–1991 mövsümündə isə FC Barcelonaya qarşı 2–7 nəticəsi ilə ən böyük hesablı məğlubiyyətini aldı.

Turnir Çıxış etmə Oyun Qələbə Heç-heçə Məğlubiyyət Attığı qol Qapısında gördüyü qol
UEFA Çempionlar Liqası 3 14 4 6 4 12 15
UEFA Çempion Klublar Kuboku 6 14 6 1 7 12 19
UEFA Avropa Liqası 8 47 18 11 18 55 56
UEFA Konfrans Liqası 1 3 0 2 1 5 6
UEFA Kuboklar Kuboku 3 12 4 4 4 13 18
UEFA Kuboku 11 40 15 11 14 61 63
UEFA İntertoto Kuboku 2 8 3 1 4 19 12
Cəmi 34 138 50 34 52 177 189

Dost klublar

Trabzonspor Şanlıurfaspor və İrlandiyanın Droeda Yunayted klubu ilə dost klub sayılır.

Rəngləri

Trabzonsporun rəngləri tünd qırmızı və mavidir.

Trabzonspor azarkeşlərinin sevimlisi olan İbrahim Yattara

Azarkeşlər

Trabzonspor oyunlarını olduqca çox olan azarkeşləri qarşısında oynayır. Trabzonspor Türkiyənin ən çox azarkeşi olan 4. klubudur. Trabzonspor'un yalnız Trabzon şəhərindən olan yox, digər şəhərlərdən olan azarkeşləri də var. Azarkeşlər üçün 61. dəqiqənin xüsusi önəmi var.

UEFA reytinqində

YerÖlkəKlubXal
157İspaniyaReal Sosyedad27.442
158TürkiyəTrabzonspor27.340
159AlmaniyaŞtutqart26.399

Çempionat mübarizəsi

  • Türkiyə Super Liqası: 47

1974 — hal-hazırda

  • Türkiyə 1. liqası: 7

1967–1974

Stadion və təsislər

Hüseyin Avni Aker stadionu

Trabzonda yerləşən və Trabzonsporun 2017-ci ilə qədər oyunlarını oynadığı stadion. 1951-ci ildən 2017-ci ilin yanvar ayına qədər fəaliyyət göstərib.

Şənol Günəş stadionu

Trabzonsporun ev oyunlarını keçirdiyi stadion. 2017-ci ildə açılışı olub.

M. Əli Yılmaz təsisləri

Trabzonsporun oyunlara hazırlaşdığı təsislərdir. 2010-cu ildə yenilənmişdir.

Heyəti

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Türkiyə GK Uğurcan Çakır (Kapitan)
4 Türkiyə DF Hüseyin Türkmen
5 Türkiyə MF Berat Özdemir
6 Yunanıstan MF Manolis Siopis
7 Türkiyə MF Yusuf Sari
8 Türkiyə MF Dorukhan Toköz
9 Nigeriya FW Anthony Nwakaeme
10 Türkiyə MF Abdülkadir Ömür
11 Yunanıstan FW Tasos Bakasetas
13 Braziliya DF Vitor Hugo
14 Danimarka FW Andreas Cornelius
15 Norveç MF Anders Trondsen
16 Türkiyə GK Erce Kardeşler
17 Konqo Demokratik Respublikası FW Simon Banza
18 Bosniya və Herseqovina MF Edin Višća
Nömrə Ölkə Mövqeyi Futbolçu
19 Qvineya FW Bengali-Fodé Koita
21 Kabo-Verde FW Djaniny
23 Türkiyə DF İsmail Köybaşı
24 Niderland DF Stefano Denswil
27 Kot-d'İvuar FW Gervinho
28 Türkiyə FW Salih Kavrazlı
29 Türkiyə MF Yunus Mallı
33 Braziliya DF Bruno Peres
41 Azərbaycan MF Murat Akpınar
54 Türkiyə GK Muhammet Taha Tepe
59 Türkiyə GK Arda Akbulut
70 Türkiyə DF Ahmetcan Kaplan
77 Kot-d'İvuar FW Jean Evrard Kouassi
99 Türkiyə DF Serkan Asan

Uğurları

  • Türkiyə Super Liqası
Çempion (7): 1975-1976, 1976–1977, 1978–1979, 1979–1980, 1980–1981, 1983–1984, 2021-2022
İkinci (9): 1977–1978, 1981–1982, 1982–1983, 1994–1995, 1995–1996, 2003–2004, 2004–2005, 2010–2011, 2019–2020
  • Türkiyə Kuboku
Çempion (9): 1976–1977, 1977–1978, 1983–1984, 1991–1992, 1994–1995, 2002–2003, 2003–2004, 2009–2010, 2019–2020
İkinci (5): 1974–1975, 1984–1985, 1989–1990, 1996–1997, 2012–2013
  • Türkiyə Super Kuboku
Çempion (10): 1976, 1977, 1978, 1979, 1980, 1983, 1995, 2010, 2020, 2022
İkinci (3): 1981, 1984, 1992
  • Baş nazirlik Kuboku
Çempion (5): 1975–1976, 1977–1978, 1984–1985, 1993–1994, 1995–1996
İkinci (6): 1976–1977, 1989–1990, 1990–1991, 1992–1993, 1996–1997, 1997–1998
  • Türkiyə İkinci Liqası "Qırmızı qrup"
Çempion (1): 1973–1974

xəbər saytları

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Trabzonspor FK haqqında məlumat. Trabzonspor FK nədir? Trabzonspor FK nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Sten dövrü

    • Fevral 27, 2026

      Vittenberq

    • Fevral 10, 2026

      V

    • Fevral 26, 2026

      Hidroqrafiya

    • Fevral 23, 2026

      5 yanvar

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst