Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

W-Trio — Bakıda yaradılan, Azərbaycanın qızlardan ibarət pop qrupu. 1999–2006-cı illərdə fəaliyyət göstərmişdir. Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş

W-Trio

  • Ana Səhifə
  • Vikipediya
  • W-Trio

W-Trio — Bakıda yaradılan, Azərbaycanın qızlardan ibarət pop qrupu. 1999–2006-cı illərdə fəaliyyət göstərmişdir. Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxuyublar. Xüsusilə Aygün Kazımovanın konsertlərində dəfələrlə səhnə almışdırlar. Qrup "Ay ləli yar" mahnısı ilə məşhurlaşmışdır. "W-Trio"nun eks-kollektivi (Röya Ayxan, Elnarə Xəlilova, Natavan Həbibi) qrup parçalanandan sonra cəmi bir dəfə bir araya gələ bilib. O da xalq artisti Aygün Kazımovaya qarşı birləşərək "Kimdir nömrə 1" mahnısını ifa ediblər.

W-Trio
Əsas məlumatlar
Üslub Pop
Fəaliyyət illəri 1999–2006
Ölkə Azərbaycan Azərbaycan, Bakı
Keçmiş üzvlər Röya Ayxan(1999–2002) (vokal)
Elnarə Xəlilova(1999–2003) (vokal)
Natavan Həbibi(1999–2006) (vokal)
Səidə Sultan (2002–2006) (vokal)
Xuraman Şuşalı(2003–2006) (vokal)

Mündəricat

Qrupun üzvləri

Röya Ayxan

Qrupu ilk tərk etmişdir. Hal-hazırda solo fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Xalq Artistidir.

Elnarə Xəlilova

Qrupu tərk etdikdən sonra "SS Production" ilə 5 illik müqavilə imzalayaraq, ardıcıl olaraq sinqllarını təqdim etmişdir. Elnarə Xəlilova 2006-cı ildə teleaparıcı Rövşən Cahangirovla ailə həyatı qurmuş və sənətdən bir müddət uzaqlaşmışdır. Hal-hazırda solo fəaliyyətini davam etdirir.

Natavan Həbibi

2006-cı ildə qrupdan ayrılmışdır. Natavan Həbibinin qrupdan ayrılması ilə qrup dağılmışdır. Hal-hazırda solo fəaliyyətini davam etdirir. Dağıstan Respublikasının Əməkdar Artistidir.

Səidə Sultan

Röya Ayxan qrupu tərk etdikdən sonra, onun yerinə gəlmişdir. Hal-hazırda solo fəaliyyətini davam etdirir.

Xuraman Şuşalı

Elnarə Xəlilova qrupu tərk etdikdən sonra, onun yerinə gəlmişdir. Xuraman Şuşalının qrupdan ayrılması ilə qrup dağılmışdır. Hal-hazırda solo fəaliyyətini davam etdirir.

Mahnıları

  • Ay ləli yar
  • Kimdir nömrə 1 (duet Cin (Ceyhun Zeynalov))
  • Gəl məni aldatma yar
  • Eşq
  • Eşq (duet Aygün Kazımova)
  • Bu gecə (duet Şeron qrupu)
  • Bu nə gündür ay aman

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, W-Trio haqqında məlumat. W-Trio nədir? W-Trio nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Türk Briqadası

  • Fevral 26, 2026

    Andrey Tupolev

  • Fevral 27, 2026

    Hikmət Atayev

  • Fevral 27, 2026

    Skayler Vayt

  • Fevral 27, 2026

    Santander

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst