Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qriqori Balyan (erm. Գրիգոր Պալյան; 1764, Konstantinopol, Osmanlı imperiyası – 15 noyabr 1831, Konstantinopol, Osmanlı imperiyası) — erməni əsilli Balyan ailəsi

Qriqori Balyan

  • Ana Səhifə
  • Vikipediya
  • Qriqori Balyan

Qriqori Balyan (erm. Գրիգոր Պալյան; 1764, Konstantinopol, Osmanlı imperiyası – 15 noyabr 1831, Konstantinopol, Osmanlı imperiyası) — erməni əsilli Balyan ailəsinə mənsub Osmanlı memarı.

Qriqori Balyan
q.erm. Գրիգոր Պալեան
Şəxsi məlumatlar
Doğum tarixi 1764(1764)
Doğum yeri
  • Konstantinopol, Osmanlı imperiyası
Vəfat tarixi 15 noyabr 1831(1831-11-15) (66–67 yaşında)
Vəfat yeri
  • Konstantinopol, Osmanlı imperiyası
Təhsili
  • Milli Gözəl Sənətlər Məktəbi
Fəaliyyəti memar
Uşağı
  • Karpet Balyan
Ailəsi Balyan ailəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əslən Kayseri ermənisi olan saray memarlarından Bali kalfanın oğludur. Atasının adı səbəbilə "Balinin oğlu" mənasında Balyan soyadını alan ailənin ilk üzvüdür. 1764-cü ildə İstanbulda dünyaya gəldi. Parisdəki École des Beaux-Arts məktəbində təhsil aldı. Döndükdən sonra 1777-ci ildə sarayda xidmətə başladı və 1788-ci ildə Sultan Əbdülhəmid tərəfindən gənc yaşda saray memarı ünvanı aldı. Sultan Səlimin şəxsi müşavirlərindən biri oldu və bu illərdə Şahzadə Mahmudla yaxın münasibət qurdu.

1790-cı ildə saray memarlarından Minas kalfanın qızı Soqome ilə evləndi və cütlüyün bu nigahdan 6 övladı (Karpet, Sofiya, Hovannes, Lusiya, Xaçatur, adı bilinməyən bir qız) dünyaya gəldi. İndiki Bülbüldərə adlanan səmtdə yaşadı və çox sayıda saxladığı bülbüllər səbəbilə səmtin adının bu şəkildə anılmasında mühüm rol oynadı.

Yaxın münasibəti olduğu Sultan Mahmudun cülusunun ardından sarayda nüfuzu artdı və 1809-cu ildə verilən fərmanla vergidən azad edilərək çox sayıda imtiyaz qazandı. Həmin il Beşiktaş sarayının təmiri ilə vəzifələndirildi. Onunla yanaşı bir çox saray memarının vəzifələndirildiyi bu təmir əsasında sarayın mühüm bölümü dağıdılaraq yenidən inşa oldu.

1820-ci ildə Erməni Həvari kilsəsi və Erməni Katolik kilsəsi arasındakı məzhəb münaqişəsi əsnasında bilinməyən səbəblə Kayseriyə sürgün olundu. Burda qaldığı müddət ərzində kilsə inşa etdirdi. Çox keçmədən bağışlandı və İstanbula qayıtdı. 1825-ci ildə Səlimiyyə kazarmasının dağıdılaraq daşdan yenidən inşa olunması vəzifəsini aldı. 15 noyabr 1831-ci ildə Üsküdarda vəfat etdi və cənazəsi Üsküdardakı erməni məzarlığına dəfn olundu.

Sofiya adlı qızını erməni əsilli saray memarlarından Ohannes Sərvəryanla evləndirmişdir.

Əsərləri

  • Nüsrətiyə məscidi
  • Aynalıkavak qəsri
  • Sarayburnu sarayı
  • Beşiktaş sarayı
  • Validə sultan sarayı
  • Dəftərdar sarayı
  • Davudpaşa kazarması
  • Bəyoğlu kazarması
  • Səlimiyyə kazarması
  • Taksim topçu kazarması
  • Validə su bəndi
  • Topuzlu su bəndi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qriqori Balyan haqqında məlumat. Qriqori Balyan nədir? Qriqori Balyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Norodom Siamoni

  • Fevral 27, 2026

    Kətan

  • Fevral 27, 2026

    Moonzund arxipelaqı

  • Fevral 27, 2026

    Göyəm

  • Fevral 27, 2026

    Valun

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst