Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

3-Nitroxlorbenzol normal şəraitdə açıq sarı rəngdə bərk kristalik maddədir. Suda praktiki olaraq həll olunmur, isti etanolda, dietil efirində, benzolda, xlorofo

3-Nitroxlorbenzol

  • Ana Səhifə
  • Vikipediya
  • 3-Nitroxlorbenzol

3-Nitroxlorbenzol (meta-nitroxlorobenzol) — C6H4ClNO2 düsturu olan üzvi maddədir.

3-Nitroxlorbenzol
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı 1nitro 3-xlorobenzol
Kimyəvi formulu C6H4ClNO2
Fiziki xassələri
Molyar kütlə 157,553 q/mol
Sıxlıq 1,534 q/sm³
Səthi gərilmə 0,0437 N/m
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 45 °C, 44,4 °C
Qaynama nöqtəsi 235,5 °C
Öz-özünə yanma temperaturu 260 °C
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,343
Təsnifatı
CAS-da qeyd. nöm. 121-73-3
PubChem 8489
EINECS-də qeyd. nöm. 204-496-1
SMILES
 
  • C1=CC(=CC(=C1)Cl)[N+](=O)[O-]
InChI
 
  • InChI=1S/C6H4ClNO2/c7-5-2-1-3-6(4-5)8(9)10/h1-4H
    KMAQZIILEGKYQZ-UHFFFAOYSA-N
RTECS CZ0940000
ChEBI 82420
ChemSpider 21106013
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Fiziki xassələri

3-Nitroxlorbenzol normal şəraitdə açıq sarı rəngdə bərk kristalik maddədir. Suda praktiki olaraq həll olunmur, isti etanolda, dietil efirində, benzolda, xloroformda, buzlu sirkə turşusunda, karbon disulfiddə sərbəst həll olunur. Soyuq etanolda qismən həll olunur.

Alınması

Laboratoriya şəraitində 3-nitroxlorbenzolu 3-nitroanilinin diazotlaşdırılması reaksiyası ilə, ardınca Zandmeyer reaksiyasına uyğun olaraq diazonium qrupunun xlor atomu ilə əvəz edilməsi yolu ilə əldə edilir.

Sənayedə 3-nitroxlorobenzolun alınması qızdırılaraq nitrobenzolun katalitik xlorlanmasından istifadə olunur; katalizator kimi FeCl3, SbCl3 və ya I2 istifadə edilə bilər. Yekun məhsula başqa, rektifikasiya yolu ilə ayrılan 3-nitroxlorbenzol və dinitroxlorbenzolların izomerləri ə alınır.

Kimyəvi xassələri

Ammonoliz reaksiyasına daxil olur, lakin 2 — və 4-nitroxlorbenzollardan fərqli olaraq, 200 °C-yə qədər qızdırmaqdan və 30–40 atmosfer təzyiqdən daha ağır şərtlər tələb olunur.

1-(3-nitrofenil)-1n-imidazol əmələ gətirərək imidazol ilə nukleofil əvəzetmə reaksiyasına daxil olur. Reaksiya 120 °C-də kalium karbonat və mis (II) oksidin iştirakı ilə gedir.

Tətbiqi

3-Nitroxlorbenzol əsasən soyuq boyamada istifadə olunan 3-nitroanilin, həmçinin boyaların, dərman preparatlarının istehsalında ara məhsul olan 3-fenilendiaminin sintezi üçün istifadə olunur.

Toksikliyi

3-Nitroxlorobenzol güclü hemo- və neyrotoksindir. Zəhərli təsirinə görə nitrobenzolla oxşardır və toksidermiyaya səbəb ola bilər. Nəfəs aldıqda və ya udulduqda aşağıdakı simptomlar meydana gəlir: dodaqların, dırnaqların və dərinin göyərməsi, baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qıc olma. Gözə düşdükdə qızartıya səbəb olur. Dəri vasitəsilə daxilə keçir.

Ədəbiyyat

  • Qarayev Ş. F., İmaşev İ. B., Talıbov G. M. Üzvi kimya, Bakı, 2003.
  • Məhərrəmov A. M., Məhərrəmov M. M. Üzvi kimya, BDU, Bakı, 2007.
  • Məhərrəmov A. M., Allahverdiyev M. Ə. Üzvi kimya, BDU, Bakı, 2007.
  • Справочник химика / Редкол.: Никольский Б.П. и др. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, 3-Nitroxlorbenzol haqqında məlumat. 3-Nitroxlorbenzol nədir? 3-Nitroxlorbenzol nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Telmatherinidae

  • Fevral 27, 2026

    Lalisa Manoban

  • Fevral 27, 2026

    Portuqaliyalı Mariya

  • Fevral 27, 2026

    Nardaran qalası

  • Fevral 28, 2026

    Müqəddimə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst