Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Niyazabad şəhəri — Xaçmaz şəhərindən 14 km şərqdə, Xəzər dənizi sahilində yerləşən Niyazabad bir zamanlar Xəzər dənizinin qərb sahilindəki ən mühüm limanlardan

Niyazabad

  • Ana Səhifə
  • Vikipediya
  • Niyazabad

Niyazabad şəhəri — Xaçmaz şəhərindən 14 km şərqdə, Xəzər dənizi sahilində yerləşən Niyazabad bir zamanlar Xəzər dənizinin qərb sahilindəki ən mühüm limanlardan biri idi. Azərbaycanın cənubundan başlayan ticarət yolu bu liman şəhərindən keçərək Dərbəndə çatırdı.

Qədim şəhər
Niyazabad
Ölkə  Azərbaycan
Vilayət Şirvan
Milli tərkibi azərbaycanlılar
Müasir yeri Niyazabad

Türk səyyahı Övliya Çələbi (XVII əsr) bu şəhər haqqında təfsilatlı məlumat verir. Müəllif yazır: ‚Əvsafi-şəhri-Niyazabad: Şirvan hüdudundadır. Yəzdigərd şah tərəfindən bina edilmişdir. Qədim zamanlarda böyük şəhər imiş. Hələ də mövcud olan binaları bir vaxtların ehtişamından xəbər verir. Moğollar, sonra da dağıstanlı qumuq, qaytaq və.s tayfalar buraya hücum edib təxrib etmişdirlər. Sultan III Muradın böyük komandanı Qoca Fərhad paşa bu şəhərdə qışlamış, sonra ordusu ilə Şirvan tərəfə hərəkət etməmişdən əvvəl Niyazabad qalasını təmir etdirmişdi. Bura Dağıstanla Şirvan arasındadır. Şəhərdə qırx məhəllə və qırx minbər (məscid) var. Şəhərdə cümə camesi, karvansara, hamam və bazar var. Niyazabad ayrıca sultanlıqdır, minə qədər nökəri (əsgəri-N. Ə), on iki hakimi var. Şəhərin kələntəri Niyazabadda 6000bağ-bağçalı evin olduğunu deyir. Abad, gözəlləri çox, əkinə yararlı torpaqları bol olan yerdir. Lakin şəhərin ortasındakı qala divarları xarabadır. Belə məhsuldar, ab-havası lətif yerdə qalanın olması çox vacib ikən uçub dağılmışdır. Niyazabadda xacə Əhməd Yəsəvinin nəslindən olan Əfşar babanın türbəsi var. Əcəmlərin bu şəxsin təriqətinə inam və ehtiramları vardır. Belə ki, buradakı təkyədə yüzdən çox füqəra (dərviş-E. N) var. Təkyədə gələn gedənə yemək verilir. Bu şəhərin əhalisi hənəfi məzhəbindədir.

Həmçinin bax

  • Xaçmaz

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Niyazabad haqqında məlumat. Niyazabad nədir? Niyazabad nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sələfilik

  • Fevral 27, 2026

    Kredit

  • Fevral 23, 2026

    Ləzgi dili

  • Fevral 27, 2026

    Uluğbəy

  • Fevral 24, 2026

    Folklend adaları

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst