Pnitaqor (q.yun. Πνυταγόρας; e.ə. 332/331 ildə vəfat edib) — Kipr adasında yerləşən Salaminin hökmdarı.
| Pnitaqor | |
|---|---|
| q.yun. Πνυταγόρας | |
Salamin hökümdarı | |
| e.ə. 351/350 – e.ə. 332/331 | |
| Əvvəlki | II Evaqor |
| Sonrakı | Nikokreon |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | ? |
| Vəfat tarixi | -332/-331 |
| Fəaliyyəti | monarx |
| Uşağı | Nikokreon |
Həyatı
E.ə. 351/350-ci ildə hakimiyyətə gəlmişdir, bu farsların tərəfini saxlayan əmisi II Evaqoru qovduqdan sonra mümkün olmuşdur. E.ə. 340-cı illərdə Sidon hökmdarı II Tabnit ilə farslara qarşı Kipr üsyanında iştirak etmişdir. E.ə. 344—343-cü illərdə Afina strategi Fokion və keçmiş hökümdar Evaqoromun başçılığı ilə fars muzdurlar qoşunu Salamini mühasirəyə almışdır. Ada bütövlüklə farslar tərəfindən zəbt olunanda, Pnitaqor təslim oldu. Naməlum səbəbdən o, Artakserks tərəfindən şəhərin hökmdarı təyin edilmişdir.
Durisə əsasən, İss vuruşmasından sonra Pnitaqor öz flotuyla İskəndərə qoşuldu və Tir şəhərinin mühasirəsində iştirak etdi və orada flaqman gəmisini itirdi. Tirin alınmasından sonra e.ə. 332-ci ilin yayında o, evə buraxıldı və mükafata kimi Tamassos şəhərini aldı..
Növbəti ildə Salaminin hökümdarı onun oğlu Nikokreon oldu.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pnitaqor haqqında məlumat. Pnitaqor nədir? Pnitaqor nə deməkdir?